Boyu müəyyən edən gen

Harvard və Oxford universitetlərinin əməkdaşlığı ilə aparılan tədqiqatlar nəticəsində insanlarda boyu müəyyən edən gen aşkar edilib. 35 min insanın DNT — ni nəzərdən keçirən alimlər bəzi insanların digərlərindən daha uzun olmasının səbəbini genetik şifrələrdə olan dəyişiklikdə görürlər. Tədqiqata görə boyu müəyyən eden “HMGA2” adlı genin şifrəsində T(timin) əvəzinə C (sitozin) olan bir insanın boyu digərlərindən yarım santimetr uzun olur. “Nature Genetics” jurnalında yayılan xəbərdə tədqiqatçı Joel Hirshhorn,”uzunluq cox qarışıq xüsusiyyətdir, genetik və genetik olmayan faktorlardan aslıdır. Həmçinin bu tədqiqatın diabet, xərçəng və insan xəstəliklərinə də faydalı olacağını düşünürük” deyə öz fikrini bildirib. Tədqiqatlar nəticəsində müəyyən olunub ki ,“HMGA2” geni şişin əmələ gəlməsinə təsir edir. Belə ki,uzun boylu insanlarda xərçəng olma ehtimalı daha yüksəkdir.