Termidorçular və Napoleon Babapart

9 termidor (iyulun 27-si) çevrilişi. Yakobin diktaturasının əsasını daxili çəkişmələr zəiflədirdi. Dantonun rəhbərliyi altında müxalifətçi qrup formalaşmışdı. Onlar terror siyasətindən əl çəkməyi və inqilabi demokratik diktaturanı ləğv etməyi irəli sürürdülər. Şomet və Eberin başçılığı ilə «İfrat» sol müxalifətçi qrup da Robespyerin rəhbərlik etdiyi ictimai Qurtuluş Komitəsinin siyasətinə qarşı çıxırdı. Bu qrup daha sərt tədbirlərin həyata keçirilməsinə çalışırdı.
Hər iki qrupun rəhbərləri inqilabi hökumətə qarşı çıxdıqları üçün edam edildilər. Bu hadisə yakobinçilərin mövqeyini daha da zəiflətdi. Yakobin bloku dağıldı. Konventin kənd təsərrüfatı fəhlələrinin çöl işlərinə göndərilməsi, varlı kənd bur-juaziyasının məhsulunun müsadirə edilməsi haqqında dekretləri vəziyyəti daha da gərginləşdirdi. Robespyer hökumətinə qarşı əks-inqilabi blok yarandı. 1794-cü il iyulun 27-də — 9 termidorda sui-qəsdçilər Robespyer başda olmaqla yakobin hökumətinin əsas simalarının həbs edilməsi haqqında qərar qəbul edilməsinə nail oldular. Səhərisi onlar edam edildilər. Yakobin inqilabi-demokratik diktaturası devrildi.
Termidor çevrilişi nə üçün baş verdi?
Çevriliş nəticəsində hakimiyyətə gələn termidorçular respublika quruluşunu saxladılar. Çevriliş nəticəsində hakimiyyət yenidən iri burjuaziyanın əlinə keçdi. Jirondist deputatlar Konventin ərkibinə qaytarıldı. Yakobin klubu bağlandı, üzvləri isə həbs və edam edildi. Milli qvardiya yakobin tərəfdarlarından təmizləndi. Monarxiya tərəfdarlarına qarşı qoyulan qadağalar zəiflədildi. Sabit qiymətlərin ləğvi bahalığın artmasına səbəb oldu. Ərzaq çatışmazlığı aclığa gətirib çıxardı.Napoleon müharibələri
1795-ci ilin yazında xalq kütlələri üsyan etdi. Üsyançılar çörək, həbs edilmiş demokratların azad edilməsini, Konstitusiyanın bərpa edilməsini tələb etdilər. Üsyanlar amansızcasına yatırıldı.
Direktoriya. 1795-ci ilin payızında Termidor Konventi yeni Konstitusiya qəbul etdi. Bu, respublika təqvimi üzrə «üçüncü il konstitusiyası» adlanırdı. Fransada respublika quruluşunu saxlayan bu Konstitusiyada seçicilər üçün əmlak, yaş, oturaqlıq senzi qoyuldu. Ümumi seçki hüququ ləğv edildi.
Yeni Konstitusiya qanunverici hakimiyyəti iki palatadan ibarət Qanunverici Korpusa verdi. icraedici hakimiyyət beş direktordan ibarət olan Direktoriyaya keçdi.
Zadəgan Barras Direktoriyada əsas rol oynayırdı. Direktoriyanın apardığı daxili iqtisadi siyasət də ölkədə bahalığın, ərzaq çatışmazlığının qarşısını ala bilmədi. Əhalinin yoxsul təbəqələrinin narazılığı daha da artdı. Bu narazılıq 1795—1796-cı illərdə Parisdə Fransua Noel Baböf başda olmaqla «Bərabərlik uğrunda hərəkat»ın yaranmasına səbəb oldu. Cəmiyyətin əsas məqsədi Direktoriyanı devirib yoxsullar diktaturasını qurmaq idi.
1796-cı ilin mayında Direktoriya Baböf və onun yaxın silahdaşlarını əvvəlcə həbs, sonra isə edam etdirdi. Fransa Respublikasının hərbi uğurları iri burjuaziyanın mövqeyini daha da möhkəmləndirdi.
1796—1797-ci illərdə gənc general Napoleon Bonapartın başçılığı ilə İtaliyaya yürüş edildi. Lodi döyüşündə İtaliyadakı Avstriya qoşunları darmadağın edildi. Avstriya ilə bağlanan sülh müqaviləsinə əsasən Belçika Fransanın tabeliyinə keçdi. Napoleon Bonapartın hərbi istedadı nəticəsində İtaliya tabe edildi.
1798-ci ildə N.Bonapart Misirə yürüş etdi. Direktoriya Osmanlı dövlətinə məxsus olan Misiri öz müstəmləkəsinə çevirmək niyyətində idi. Napoleon Misirin əsas şəhərləri olan İsgəndəriyyə və Qahirəni tutdu.
İngiltərə dənizlərdə müharibəni davam etdirirdi. İngilis admiralı Nelson Abukir yaxınlığındakı döyüşdə fransız donanmasını darmadağın etdi. Bu zaman Napoleon Bonapart Suriyaya yürüşdə idi. Amma uğur qazana bilməyib ordusunu Misirə qaytardı və ölkəni tamamilə zəbt etdi. Bu uğurdan sonra o, Fransaya qayıtdı.
İri burjuaziyanın diktaturası. Konsulluq. Direktoriyanın hakimiyyəti dövründə Fransanın daxili vəziyyəti qeyri-sabit idi. Ölkədə iqtisadi tənəzzülün qarşısı alınmırdı. Xalq kütlələrinin güzəranı getdikcə pisləşirdi. İşğalçı müharibələr ölkəyə baha başa gəlirdi.
İri burjuaziya Direktoriya hökumətini ölkədə qayda-qanun yarada bilməməkdə günahlandırırdı. Xüsusən demokratik qrupların güclənməsi iri burjuaziyanı qorxudurdu. Yeni Yakobin klubu yaranmışdı. Digər tərəfdən royalistlər — monarxiya tərəfdarları
canlanırdı. İri burjuaziya monarxistlərdən və demokratik qüvvələrdən qorunmaq üçün möhkəm hökumət yaratmağa çalışırdı. Çevriliş tərəfdarları üçün Napoleon Bonapart ən layiqli namizəd idi. Müdaxiləçilərin ölkədən qovulmasındakı xidmətləri, İtaliya, Misir səfərləri onun şöhrətini artırmışdı. Sui-qəsdçilər Napoleonu Paris qarnizonunun komandanı təyin etdirməyə nail oldular.
18 brümer çevrilişi. 1799-cu il noyabrın 9-da Napoleon Bonapart qoşunu ilə Qanunverici Korpusa daxil oldu və onun təzyiqi altında hakimiyyətin üç konsula verilməsi haqqında qərar qəbul edildi. Direktoriya buraxıldı. Nəticədə iri burjuaziyanın hərbi diktaturası quruldu. Hakimiyyət üç konsulun əlinə keçdi. Əslində, hakimiyyət Napoleon Bonapartın əlində idi.
İlk dəfə hansı ölkədə konsulluq təsisatı olub?
1799-cu il dekabrın 24-də plebissit (ümumxalq səsverməsi) yolu ilə Fransanın yeni Konstitusiyası qəbul edildi. Konstitusiyaya görə Fransa yenə də respublika quruluşuna malik olurdu. Ancaq hakimiyyət on il müddətinə seçilən üç konsula tapşırılırdı. Birinci konsul kimi Napoleon Bonaparta böyük səlahiyyətlər verilmişdi. Birinci konsul qanunvericilik təşəbbüsü edə bilərdi. İkinci və üçüncü konsulların məşvərətçi səsi var idi.təbdə həvəslə oxuyurdu. Xüsusilə tarix, coğrafiya və riyaziyyatı daha həvəslə öyrənirdi. On beş yaşında Napoleon Parisin hərbi məktəbinə daxil olur. Atasının ölümündən sonra o, ali hərbi məktəbi yarımçıq qoyub orduda xidmətə başlayır. Napoleon fransız maarifçilərinin əsərlərini maraqla oxuyur, çoxlu ədəbi əsər mütaliə edirdi. Xüsusilə Roma hüququnu, demək olar ki, əzbər bilirdi.
1789-cu ildə Fransa inqilabı başlayandan sonra onun karyerası sürətlə yüksəlməyə başladı. 1793-cü ildə Tulon şəhərinin ingilis qüvvələrindən azad edilməsində hazırladığı çarpaz artilleriya planı Napoleonun şöhrətini artırdı. İyirmi dörd yaşında ona briqada generalı rütbəsi verildi. Yakobinçilər onu Fransanın «daxili hərbi qüvvələrinin» komandiri təyin etdilər. 9 termidor çevrilişindən sonra Napoleon həbs olunmuşdu. Onu yakobinçilərlə əlaqədə olduğuna görə vəzifəsindən azad etmişdilər. Lakin hərbi uğurlarının nəzərə alınması onun həyatını xilas etdi. Di- rektoriya dövründəki bütün əsas müharibələr Napoleonun rəhbərliyi ilə qələbələrlə başa çatmışdı.
İkinci və üçüncü konsullar hökumətdə hansı səlahiyyətə malik idilər?
Napoleon Bonapart, həmçinin silahlı qüvvələrin ali baş komandanı idi. O, 1801-ci ildə Roma Papası VII Piylə saziş bağladı. Saziş xristian dininin katolik məzhəbini fransızların əksəriyyətinin məzhəbi hesab edirdi. Beləliklə, katolik kilsəsi Napoleonun idarə üsulunu möhkəmləndirən vasitəçiyə çevrildi.
Ölkədə əvvəllər qəbul edilmiş əksər azadlıqlar, o cümlədən mətbuat azadlığı ləğv edilmişdi. Fransada yeni monarxiya quruluşu hazırlanırdı. Bu monarxiya əvvəlki kimi feodal-mütləqiyyət formalı yox, iri burjuaziyanın hakimiyyətini həyata keçirən monarxiya olmalı idi. Napoleon Bonapart özünü ömürlük konsul elan etməklə monarxiya sisteminə doğru geriyə addım atmışdı.
Napoleon Bonapart. Napoleon Bonapart nəinki öz ölkəsinin tarixində, həmçinin Avropa tarixində dərin iz qoymuş görkəmli hərbi və dövlət xadimi olmuşdur. O, 1769-cu ildə Korsika adasında vəkil ailəsində dünyaya gəlmişdi. Kiçikyaşlı Napoleon məktəbdə həvəslə oxuyurdu. Xüsusilə tarix, coğrafiya və riyaziyyatı daha həvəslə öyrənirdi. On beş yaşında Napoleon Parisin hərbi məktəbinə daxil olur. Atasının ölümündən sonra o, ali hərbi məktəbi yarımçıq qoyub orduda xidmətə başlayır. Napoleon fransız maarifçilərinin əsərlərini maraqla oxuyur, çoxlu ədəbi əsər mütaliə edirdi. Xüsusilə Roma hüququnu, demək olar ki, əzbər bilirdi.
1789-cu ildə Fransa inqilabı başlayandan sonra onun karyerası sürətlə yüksəlməyə başladı. 1793-cü ildə Tulon şəhərinin ingilis qüvvələrindən azad edilməsində hazırladığı çarpaz artilleriya planı Napoleonun şöhrətini artırdı. İyirmi dörd yaşında ona briqada generalı rütbəsi verildi. Yakobinçilər onu Fransanın «daxili hərbi qüvvələrinin» komandiri təyin etdilər. 9 termidor çevrilişindən sonra Napoleon həbs olunmuşdu. Onu yakobinçilərlə əlaqədə olduğuna görə vəzifəsindən azad etmişdilər. Lakin hərbi uğurlarının nəzərə alınması onun həyatını xilas etdi. Di- rektoriya dövründəki bütün əsas müharibələr Napoleonun rəhbərliyi ilə qələbələrlə başa çatmışdı. 

Müəllif: Yaqub Mahmudlu, Sabir Ağayev,  Tofiq Nəcəfli, Babək Xubyarov, Amənə KərbəlayevaMənbə: Ümumi Tarix — 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün DƏRSLİK

0 şərh