Ərəb imperiyasının tarixi

“Cəzirət-əl-ərəb” adlanan, Ərəbistan yarımadasında yaşayan əhali iki yerə bölünürdü.
*     Köçəri ərəblər (bədəvilər)-maldarlıqla məşğul olurdular. Onların ən yaxın köməkçisi “səhra gəmisi” ad-lanan dəvələr idi;
*     Oturaq ərəblər-vahələrdə yaşayır və ticarətlə məşğul olurdular.
610-cu ildən başlayaraq Hz. Məhəmməd peyğəmbər İslam dinini təbliğ etməyə başladı. İslamı qəbul etmiş hər bir müsəlman aşağıdakı 5 şərti qəbul etməli idi:
1.Kəlmeyi-şəhadəti bilməli;                         
2.Gündə 5 dəfə namaz qılmalı;                    
3.Oruc tutmalı;                                               
4.Zəkat verməli;
5.Həccə getməli;

622-ci ildə Hz Məhəmməd peyğəmbər islam dininə qarşı maneələri aradan qaldırmaq üçün Məkkədən Mədinəyə hicrət etdi və Mədinədə müsəlman icması yarandı. Qəbilə icmasından fərqli olaraq müsəl-man icmasında insanları islam dini birləşdirirdi.
Xəlifə Məhəmməd peyğəmbərin müavini və dövləti idarə edən şəxs hesab olunurdu. Xəlifə əsasən rəhbərlik edirdi:
*     Xilafətin təsərrüfat həyatına;
*     Məhkəmə və hərbi işlərə;
*     Dini işlərə;
*     Vəzifəli şəxslərin və əyalət hakimlərinin təyin edilməsinə.
Qeyd: Ərəb xilafəti Atlantik okeanından başlayaraq Çin səddinə qədər geniş ərazini əhatə edirdi.


Əməvilər xilafəti (661-750)
661-ci ildə I Müaviyə Əməvilər xilafətinin əsasını qoydu. Əməvilər xilafətinə aiddir:
*     İspaniyanın fəthinin başlanması (711 -ci il);
*     Puatye döyüşü (732-ci ildə franklara  məğlub olan ərəblərin Qərbi Avropada irəliləməsi dayandı);
*     Paytaxtın Dəməşq (Şam) şəhəri olması.

Abbasilər xilafəti (750-1258)
Abbasilər xilafətinə aiddir:
*     Təsərrüfatın və mədəniyyətin in-kişafı;
*     “Billik evi”nin qurulması (805-ci il);
*     Daxili üsyanların başlanması;
*     Harun ər-Rəşidin vergi islahatı (əkilməyən torpaqlardan da ver-gi alınırdı);
*     783-785-ci illərdə Orta Asiyada Müqənna üsyanınının baş verməsi (Məzdəki təlimini yenidən bərpa etmişdi);
*     Türklərin orduya cəlb olunması;
*     Zəifləməyə başlaması( IX əsrdən etibarən)
*     Bağdad xilafəti adlanması;
*     Ərəb ədəbiyyatının inkişafı (“qızıl dövr”);
*     İspaniyada Kordova əmirliyinin yaranması (VIII əsr);
*     İri feodalların güclənməsi və xalq üsyanları nəticəsində dağılması;
*     Misir, Mərkəzi Asiya, İran və Əfqanıstanın ayrılması (IX əsr);
*     Ərazisində müxtəlif əmirliklərin yaranması.

Torpaq mülkiyyəti:
*     Mülk-iri feodallara məxsus idi və sahibi malik adlanırdı;
*     İqta-hərbi xidmətə görə verilirdi;
*     Vəqf-dini müəssisələrə aid idi;
*     Divan-dövlət torpaqları;
*     İcma-ümumi istifadə olunan torpaqlar;
*     Xassə- xəlifə nəslinə aid torpaqlar.                

Vergilər:
*     Xərac-məhsul vergisi;
*     Zəkat-yoxsulların xeyrinə varlılardan alınırdı;
*     Cizyə-İslam qəbul etməyən yəhudi və xristianlardan alınırdı;
*     Xüms- daşına biləcək əmlakdan və insanların faydalandığı bütün məhsullardan alınırdı.

Həmçinin bax:
VI-IX əsrlərdə Ərəblər
Ərəb xilafətinin işğalları
 

0 şərh