Monqol imperiyası

Monqollar Kulun –Bigir gölündən başlayaraq Altay dağlarının qərb ətəklərinə qədər olan ərazidə yaşayırdılar. Onlar köçəri maldarlıqla məşğul olurdular. Monqollarda qəbilələrin birləşməsi nəticəsində ordular yaranırdı. Ordulara bahadur və noyon rəhbərlik edirdi.
XII əsrin sonlarında monqollarda qəbilə münasibətləri dağılırdı. Monqol tayfaları arasında mübarizə gedirdi.Monqol tayfa başçılarından biri olan Temuşin (Çingiz) bütün rəqiblərini məğlub edərək 1206-cı il Onon qurultayında özünü xan elan etdi. Dövlətin paytaxtı Qaraqorum şəhəri oldu. Çingiz xana aiddir:
* Hərbi yürüşlərə başlaması;
* Sibir və Şərqi Türküstanın tutulması (1207-1211-ci illər);
* Şimalı Çinə yürüşün başlanması (1211-ci il);
* Pekin daxil olmaqla Şimali Çinin tutulması (1215-ci il);
* “Otrar fəlakəti”nin baş verməsi;
* Xarəzmşahlar dövlətinə hücum etməsi (1218-ci il);
* Xarəzmşahların mühüm şəhərlərinin işğal edilməsi (1219-1221-ci illər);
* Mərkəzi Asiyanın işğal edilməsi və irriqasiya sistemlərinin dağıdılması;
* Cəbə və Sabutayın Kalka döyüşündə qələbə qazanması (1223-cü il);
* Güclü ordunun qurulması;
* “Böyük yasa” nın qəbul edilməsi (feodalların imtiyazını qoruyurdu);
* Dövlətin 4 ulusa bölünməsi.

 

Böyük Monqol imperiyasına aiddir:
* Qaraqorum qurultayında Avropanın cənub-şərq hissəsinə hərbi səfər etmək barəsində qərarın qəbul edilməsi (1235-ci il);
* Batı xanın Novqorod və Pskovdan başqa rus knyazlıqlarını işğal etməsi (1237 -1240-cı illər);
* Batı xanın Volın və Qalisiyanı işğal edərək, Polşa,Macarıstan və Çexiyaya hücum etməsi (1240-cı il);
* Xubilay xanın paytaxtı Pekinə köçürməsi (1264-cü il);
* Xubilay xanın Çinin cənub hissəsini işğal etməsi;
* Monqol imperatorluğunun parçalanması (XIV əsrin əvvəllərində);
* Hülakü xanın İran və Azərbaycan işğal etməsi (1256-1258-ci illər);
* Abbasilər xilafətinin süqutu (1258-ci il).
Həmçinin bax:
Böyük Monqol imperiyası Azərbaycanda

0 şərh