Рейтинг
+35.00

orta əsrlər tarixi

34 üzv, 85 topik

Orta əsrlərdə xristian kilsəsinin ağalığı

XI əsrin ortalarına qədər xristian kilsəsi vahid kilsə hesab olunurdu. Lakin Qərbi Avropada kilsənin başçısı Roma papası, Bixzansda isə Konstantinopol patriarxı idi. Patriarx Bizans imperatorundan asılı idi. Roma papası Şərqi Avropanın xristianlığı Bizansdan qəbul etmiş bəzi ölkələrini də özünə tabe teməyə çalışırdı. Xristian kilsəsinə ağalıq etmək və onun gəlirini bölüşdürmək üstündə papa ilə patriarx arasında şiddətli mübarizə gedirdi. 1054-cü ildə xristin kilsəsi Qərbvə Şərq kilsələrinə parçalandı. Papa ilə patriarx bir-birinə lənət oxudu. O zamandan Qərb kilsəsi katolik kilsəsi («yəni ümumdünya» kilsəsi), Şərq kilsəsi isə pravoslav kilsəsi (yəni «həqiqi din kilsəsi») adlanmağa başladı.


Ardı →

Rusiya orta əsrlərdə

Kiyev dövlətinin parçalanması. XI əsrin axırları-XII əsrin əvvəllərində Kiyev dövləti geniş əraziyə malik olsa da, möhkəm əsaslı deyildi. Onun tərkibinə qatılmış tayfalar öz xüsusiyyətlərini qoruyub saxlamışdılar. Natural təsərrüfatın hökm sürdüyü ayrı-aryı bölgələr arasında iqtisadi əlaqələr olduqca zəif idi. Bununla yanaşı dövlətin əhəmiyyətli dərəcədə müdafiə sistemi yaradılmışdı. Belə bir şəraitdə XI-XIII əsrlərdə Kiyev dövləti üçün yeni xüsusiyyətlər meydana çıxdı. Ayrı-ayrı bölgələrdə-Novqorod, Polotsk, Smolensk, Suzdal və Rostov torpaqlarında feodal aristokratiyası inkişaf edir və güclənirdi. Bütün torpaqlar feodalların əlinə keçmişdi. Kəndlilərin əlindən bütün torpaqlar çıxdığına görə torpaqsızlaşaraq, feodallardan asılı vəziyyətə düşmüşdülər. Müxtəlif bölgələrdə çox böyük torpağa sahib olan knyazlar meydana gəlirdi. XI əsrdə Kiyev dövlətində də təsərrüfat natural xarakter daşıdığından ayrı-ayrı bölgələr arasında əlaqələr çox zəif idi.


Ardı →

Qafqaz orta əsrlərdə

Qafqaz xalqları XI-XIII əsrlərdə. Bu dövrdə Cənubi Qafqazda feodal münasibətləri inkişaf edirdi. Cənubi Qafqazda kənd təsərrüfatının müxtəlif sahələri — taxılçılıq, çəltikçilik, pambıqçılıq geniş yayılmış, üzümçülük və şərabçılıq inkişaf etmişdi. Azərbaycanda ipəkçilik sahəsində müvəffəqiyyətlər əldə edilmişdi. Maldarlıq, xüsusilə atçılıq inkişaf etmişdi. Şimali Qafqaz əhalisinin məşğuliyyətində əsas yeri əkinçilik və maldarlıq tuturdu. Növbəli əkin sistemindən və süni suvarmadan istifadə edilirdi. Torpaqlar əsasən iri feodalların əlində toplanmışdı, iri feodal mülkləri genişlənirdi. Gürcüstanda meydana çıxan iri feodal mülkləri didebuli adlanırdı.


Ardı →

İslam mədəniyyəti

İslam mədəniyyəti Xilafətə daxil olan bütün xalqlar tərəfindən yaradılmışıdı. İslam mədəniyyətinə aiddir:
*   Onluq kəsrdən istifadə;
*   Hind rəqəmlərindən istifadə;
*   Cəbr (əlcəbr) elminin yaranması;
*   Xarəzminin hesaba dair əsəri;
*   Bağdadda və Dəməşqdə rəsədxanalarının açılması;
*   Yerin təxmini böyüklüyünün hesablanması;
*   Ulduzların vəziyyətinin müəyyən edilməsi
Ardı →

Çin tarixi

III-IV əsrlərdə Çində feodalizm quruluşu yarandı. Qərbi Avropadan fərqli olaraq Çin, feodalizmə dağıntılara və parçalanmaya məruz qalmadan keçmişdi. Çində bütün torpaqlar imperatorun mülkiyyəti hesab olunurdu.
Çində iri torpaq sahibləri “güclü ailə” adlanırdı. Dövlət “güclü ailə”lərin qüvvətlənməsinin qarşısını almaq üçün onların torpaqlarını müsadirə edərək kəndlilərə paylayırdı.


Ardı →

Hindistan feodalizmdə

Hindistanda feodalizmin ilkin əlamətləri IV- V əsrlərdə yaranmışdır. V əsrin ortalarında feodal qaydalarının inkişafı nəticəsində Qupta imperiyası dağıldı. Qupta imperiyasının dağılması nəticəsində quldarlıqdan feodalizmə keçid yarandı.
Xarşa dövləti (VI-648)
VI əsrdə Hindistanda Xarşa dövləti yarandı. Xarşa keçmiş Qupta imperiyasına daxil olan torpaqların bir hissəsini özündə birləşdirdi. 648-ci ildə daxili çəkişmələr nəticəsində Xarşa dövləti dağıldı və feodal dağınıqlığı başladı.
Ardı →

Ərəb imperiyasının tarixi

“Cəzirət-əl-ərəb” adlanan, Ərəbistan yarımadasında yaşayan əhali iki yerə bölünürdü.
*     Köçəri ərəblər (bədəvilər)-maldarlıqla məşğul olurdular. Onların ən yaxın köməkçisi “səhra gəmisi” ad-lanan dəvələr idi;
*     Oturaq ərəblər-vahələrdə yaşayır və ticarətlə məşğul olurdular.
610-cu ildən başlayaraq Hz. Məhəmməd peyğəmbər İslam dinini təbliğ etməyə başladı. İslamı qəbul etmiş hər bir müsəlman aşağıdakı 5 şərti qəbul etməli idi:
1.Kəlmeyi-şəhadəti bilməli;                         
2.Gündə 5 dəfə namaz qılmalı;                    
3.Oruc tutmalı;                                               
4.Zəkat verməli;
5.Həccə getməli;
Ardı →

İngiltərə XI-XVII əsrlərdə

1066-cı ildə Normandiya  hersoqu Vilhelm Qostinqs döyüşündə anqlo-saks ordusunu məğlub etdi. Vilhelm Londonu ələ keçirərək ingilis kralı oldu.
Vilhelm Fatehə aiddir:
*   Yerli feodalların torpaqlarının müsadirə edilməsi;
*   İri və orta feodalların tabe edilməsi;
*   İngiltərə torpaqlarının yeddidə birinə sahib olması;
*   Kral hakimiyyətinin gücləndirilməsi;
Ardı →

Son orta əsrlər və yeni dövrün əvvəllərində Avropa

Məlum olduğu kimi, XIV-XVI yüzilliklər nəinki Avropada, habelə Şərqdə də mərkəzləşmiş feodal dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdəİngiltərə hələ ancaq adalardan ibarət olub, 3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir. Son dərəcə böyük əraziyə vəəhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək imkanlarına malik deyildi və Avropa siyasətinə təsir göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa vəİspaniya sayıla bilər.
Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə təbii ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən müəyyənləşdiyi Avropada zənginləşmə prosesi başladı. Bu proses burjua istehsalını şərtləndirdi.


Ardı →

Ərəb imperiyası

Məlum olduğu kimi Sasanilər imperiyasının feodallaşma dövrünə qədəm qoyması imperiyanın hüdudlarının genişləndirilməsi ilə paralel baş vermişdir. Bizim eranın V-VI əsrlərində imperiyanın sərhədləri şimalda Mərkəzi Asiyanın ortalarına, Qafqaz dağlarının ətəklərinə, qərbdə Aralıq dənizinin sahillərinə, cənubda Səudiyyə Ərəbistanının ərazisi də daxil olmaqla Asiyanın cənubuna, şərqdə Çinə qədər uzanırdı. Eramızın 570­ci ilində Sasani qoşunları Həbəşləri Yəsrib və Məkkədən qovaraq buranı öz hakimiyyəti altına aldı. Həmin ildə də Məhəmməd peyğəmbər anadan olmuşdur.
Sasanilər imperiyasının qüdrəti uzun sürmədi. Hələ qədimdən ticarət karvanlarının yönəldiyi bu yerlər Bizans imperiyasının da diqqətində idi. I Xosrovun Hicazda ağalığı uzun sürmədi. Eramızın 575-579-cu illərində hərbi əməliyyatlar nəticəsində SəudiyyəƏrəbistanının ərazisi bölündü.
Ərəblərdə nəsli qəbilə quruluşu və bir sıra adətlər aradan qalxmaqda idi. Ərəb qəbilələrinin birləşdirilməsi müəyyən ideya hazırlıq mərhələsi keçməmişdi. Bu proses yalnız xarici hərbi təhlükənin mövcudluğu və təsiri şəraitində reallaşmışdı. Ərəb qəbilələri tərkibcə yekcins deyildi.


Ardı →