Рейтинг
+35.00

orta əsrlər tarixi

33 üzv, 88 topik

İngiltərə XI-XVII əsrlərdə

1066-cı ildə Normandiya  hersoqu Vilhelm Qostinqs döyüşündə anqlo-saks ordusunu məğlub etdi. Vilhelm Londonu ələ keçirərək ingilis kralı oldu.
Vilhelm Fatehə aiddir:
  • Yerli feodalların torpaqlarının müsadirə edilməsi;
  • İri və orta feodalların tabe edilməsi;
  • İngiltərə torpaqlarının yeddidə birinə sahib olması;
  • Kral hakimiyyətinin gücləndirilməsi;
  • Mərkəzləşdirilmiş dövlətin əsasının qoyulması;
  • İngiltərədə torpaqların və əhalinin siyahıya alınması nəticəsində azad kəndlilərin də təhkimli kimi qeydə alınması;
  • Şəhərlərin onu müdafiə etməsi (“yüz zülmkardansa, bir zülmkar yaxşıdır” ifadəsi.

II Henrixin  islahatına əsasən hər bir kəndli feodalın xəbəri olmadan kral məhkəməsinə müraciət edə bilərdi. Eyni zamanda İngiltərədə “andlı məhkəmə” yaradılır. Orduya çağırılmayan cəngavərlərdən “qalxan pulu” vergisini alınırdı. 1265-ci ildə İngiltərədə  parla-ment çağırılır. Parlament lordlar və nümayəndələr palatasından ibarət idi. XIII-XIV əsrlərdə İngiltərədə silki mütləqiyyət yarandı.

Uot Tayler üsyanına aiddir(1381-ci il):
  • Feodal zülmünə və vergilərin artırıl-masına qarşı baş verməsi;
  • Londona yürüş edilməsi;
  • Krala tələblərin verilməsi;
  • Ədalərli krala inamın mövcud olması;
  • Xəyanət nəticəsində məğlub olması.
Qeyd: Üsyan nəticəsində biyar ləğv edildi. XV əsrdə İngiltərədə bütün kəndlilər ödənc verərək şəxsi azalıq əldə etdilər.

Al qızılgül və Ağ qızılgül müharibəs (1455-1485)

Al qızılgül və ağ qızlgül müharibəsi feodal qrupları arasında baş vermişdir. Ara müharibələrindən istifadə edən VII Henrix Tüdor hakimiyyəti ələ aldı (1485-1509). O, Tüdorlar sülaləsinin əsasını qoydu (1485-1603). VII Henrix Tüdor feodalları mərkəzi hakimiyyətə tabe edərək, nümayəndələr palatasının hüquqlarını azaldır.

XVI əsr İngiltərəyə aiddir:
  • Manufakturalriın  mövcud olması;
  • Çəpərləmlərin genişlənməsi;
  • Kapitalist münasibətlərinin yaranması;
  • Yeni zadəganlar və fermenlərin meydana gəlməsi;
  • Ticarət şirkətlərinin yaranması;
  • Ost-Hind şirkətinin yaranması (1600-cü il);
  • Dəniz ticarətində İspaniya ilə rəqabətin güclənməsi;
  • La-manş döyüşündə “məğlubedilməz armada”nın məhv edilməsi (1588-ci il);
  • Burjuaziyanın qüvvətlənməsi (çəpə-ləmələr, dəniz quldurluğu, qul alveri və müstəmləkələrin talan edilməsi burjuaziyanın gəlir mənbəyi idi);
  • “İsçi qanunları”nın qəbul edilməsi (yoxsullara qarşı).

Davamı →

Son orta əsrlər və yeni dövrün əvvəllərində Avropa

Məlum olduğu kimi, XIV-XVI yüzilliklər nəinki Avropada, habelə Şərqdə də mərkəzləşmiş feodal dövlətlərinin yaranmasında mühüm mərhələ hesab edilir. XVI əsrdəİngiltərə hələ ancaq adalardan ibarət olub, 3,5-4 mln əhaliyə malik idi. Ancaq burada mərkəzləşmiş feodal dövlətlərinin yaranması 1066-cı ilə aid edilir. Son dərəcə böyük əraziyə vəəhaliyə malik Rusiya imperiyası beynəlxalq münasibətlərdə dominantlıq etmək imkanlarına malik deyildi və Avropa siyasətinə təsir göstərmirdi. XVI əsr Avropasının əsas dövlətləri Fransa vəİspaniya sayıla bilər.
Habsburqlar imperiyasının ayrı-ayrı qolları Alman knyazlıqlarını da əhatə edirdi. Dünya siyasətinin müəyyənləşməsində Portuqaliyanın da rolu vardır. 1492-ci ildə Amerikanın kəşfi, 1498-ci ildə Ost-Hində gedən dəniz yolunun açılması tezliklə dünya ticarətinin yaranmasını şərtləndirdi. Dünya ticarəti ilə birlikdə isə təbii ehtiyatdan məhrum, qiymətli metalların təsadüfən müəyyənləşdiyi Avropada zənginləşmə prosesi başladı. Bu proses burjua istehsalını şərtləndirdi.


Ardı →

Ərəb imperiyası

Sasanilər imperiyasının feodallaşma dövrünə qədəm qoyması imperiyanın hüdudlarının genişləndirilməsi ilə paralel baş vermişdir. Bizim eranın V-VI əsrlərində imperiyanın sərhədləri şimalda Mərkəzi Asiyanın ortalarına, Qafqaz dağlarının ətəklərinə, qərbdə Aralıq dənizinin sahillərinə, cənubda Səudiyyə Ərəbistanının ərazisi də daxil olmaqla Asiyanın cənubuna, şərqdə Çinə qədər uzanırdı. Eramızın 570­ci ilində Sasani qoşunları Həbəşləri Yəsrib və Məkkədən qovaraq buranı öz hakimiyyəti altına aldı. Həmin ildə də Məhəmməd peyğəmbər anadan olmuşdur.
Sasanilər imperiyasının qüdrəti uzun sürmədi. Hələ qədimdən ticarət karvanlarının yönəldiyi bu yerlər Bizans imperiyasının da diqqətində idi. I Xosrovun Hicazda ağalığı uzun sürmədi. Eramızın 575-579-cu illərində hərbi əməliyyatlar nəticəsində SəudiyyəƏrəbistanının ərazisi bölündü.
Davamı →

Fransa XI-XVII əsrlərdə

XI əsr Fransa krallığına aiddir:
*   İri və xırda feodal mülklərinə parçalanması;
*   Paris və Orlean şəhəri daxil olmaqla ölkənin şimal şərqindəki torpaqları əhatə etməsi;
*   Xırda və orta feodallarına kral hakimiyyətini müdafiə etməsi;
*   Normandiya və Tuluzanın birləşdiril-məsi (XIII əsr)
*   Silki quruluşun  mövcud olması (ruhanilər, zadəganlar, yerdə qalan bütün əhali).
Ardı →

Xaç yürüşləri

1095-ci il Klermo qurultayında II Urban kütlələri Şərqə yürüşə çağırıd. Bu çağırış kütlələrin böyük marağına səbəb oldu. Qərbi Avropadakı təhkimçi kəndlilər öz gələcəklərini Şərqdə görürdülər. Feodallar isə Şərqdə asılı kəndlilər əldə etmək istəyirdilər. Roma Papası isə Şərqdə öz mülklərini artırmaq istəyirdi.
Xaç yürüşü (1096-1099)-I Xaç yürüşünə aiddir:
  • Fransa, Almaniya və İtaliya feodallarının üstünlük təşkil etməsi;
  • Qüdsün tutulması (1099-cu il);
  • Aralıq dənizinin Şərq sahillərində səlibçi dövlətlərin yaranması (Qüds krallığı ən başlıca səlibçi dövləti hesab olunurdu).  

Davamı →

Teymurun imperiyası və Cənubi Qafqaz

Cənubi Qafqaz tarixinin 1385-1408-ci illəri əhatə edən 23 illik dövrü ölkənin ictimai-siyasi həyatının gərginliyi, yadelli istilaçıların azğınlığı, xalq kütlələrinin vəziyyətini həddindən artıq ağırlığı ilə səciyyələnir. Teymuri ordularının 23 il davam edən fasiləsiz talançı yürüşləri nəticəsində Şirvanşahlar dövlətinin ərazisi istisna olmaqla bütün Cənubi Qafqaz vilayətləri var-yoxdan çıxarıldı. Orta əsr müəlliflərinin yazdığına görə, teymuri qoşunlarının ayağı dəydiyi yerdə daş-daş üstə qalmırdı, Teymurləng təkcə şəhər və kəndləri qarət edib dağıtmaqla kifayətlənmirdi, istila olunmuş yerlər başdan-başa talan edilir, əhali isə bəzən ucdantutma məhv edilirdi. Adamları diri-diri torpağa basdırmaq, divara hörmək, qala hasarlarından aşağı tullamaq, qılıncla doğramaq, işgəncə ilə öldürmək, xalqın əsrlər boyu yaratmış olduğu mədəniyyət abidələrini uçurub yerlə yeksan etmək adi hal almışdı. Teymur məhv etdiyi şəhərlərin yerinə günahsız insanların başlarından qüllələp düzətməyə adət etmişdi.


Ardı →

Əmir Teymurun işgalları ərəfəsində Cənubi Qafqazda beynəlxalq vəziyyət

XIII əsrdə Cənubi Qafqazın başı üzərini iki böyük fəlakət almışdır ki, bunların hər ikisi monqol istilaların ilə bağlı idi. Monqolların Azərbaycana birinci (1220-1223) və ikinci (1228-1230) yürüşləri zamanı əhalinin sıx yaşadığı 7 Azərbaycan şəhəri – Marağa, Ərdəbil, Sərab, Beyləqan, Şamaxı, Gəncə və Şəmkir əsasən xarabalıqlara çevrilmişdi. Beyləqan şəhərinə elə amansız divan tutulmuşdu ki, şəhər bir daha özünü düzəldə bilməmişdi. İri şəhərlərdən yalnız Təbriz və Naxçıvan böyük xərac bahasına öz varlıqlarını qoruyub saxlaya bilmişdi.
XIII əsrin ikinci yarısında Azərbaycanın başı üzərini yeni fəlakət aldı. Belə ki, Çingiz xanın nəvəsi Hülakü xan 1254-cü ildə 120 minlik böyük bir ordu iləİrana və Cənubi Qafqaza doğru hərəkətə başladı. 1255­1256-cı illərdə bütün İran və Azərbaycan, az sonra Ön Asiya başdan-başa Hülakü xanın hakimiyyəti altına keçdi. 1258-ci ilin fevralında Hülakü xan və onun sərkərdəsi Bacu Bağdadı aldılar, şəhər 40 gün qarət olundu və xarabazara çevrildi. Beləliklə, Abbasilər sülaləsinin 508 ildən yuxarı davam edən hakimiyyətinə (750-1258) son qoyuldu.


Ardı →

Avropanın siyasi xəritəsi

Roma imperiyasının dağılması nəticəsində Avropanın siyasi xəritəsi barbar krallıqları siyahısı ilə zənginləşdi. 455-ci ildə simali Afrikadan İtaliyaya soxulan Səndəl tayfaları Roma mədəniyyətinə elə divan tutdular ki, onun yazılı və memarlıq abidəlri əsasən məhv edildi. Barbarların bu hərakatı leksikona vandalizm adı ilə daxildir. Səndəl tayfalarının adı unudularaq vandal tayfalarına çevrildi. Roma imperiyası dağıldıqdan sonra Avropada yaranmış siyasi vəziyyət şərqdə yaranmış siyasi vəziyyətdən əsaslı şəkildə seçilirdi.
Əgər Avropa başdan-başa parçalanmışdırsa şərqdə isə Sasanilər dövləti öz qüdrətinin zirvəsində olub müasir  yaxın şərqin çox böyük hissəsini öz hakimiyyəti altında birləçdirdi. Roma imperiyasının dağılması, dağılmada mühüm rol oynamış barbar tayfalarlna dövlətçilik ənənəsi verdi. Hələ e. II əsrində çəkilmiş yuxarı Dunayla Reyn çayl arasında ərazini qoruyan Roma səddi artıq III-IV əsrdən etibarən barbarların hücumları nəticəsində aradan qaldırılmış idi.


Ardı →

Teymurilərin hakimiyyəti dövründə beynəlxalq münasibətlər

Cənubi Qafqaz xalqları mürəkkəb və rəngarəng hadisələrlə zəngin çoxəsrlik tarixə malikdir. Həmin tarixin olduqca maraqlı, lakin az öyrənilmiş XIV-XV əsrlər dövrü xalqın təşəkkülü, Azərbaycan və Gürcüstanda milli dövlətlərin meydana gəlməsi, azəri və gürcü ədəbi dillərinin formalaşması kimi proseslərlə səciyyələnir.
Ölkəmizin təbii-coğrafi mövqeyi, beynəlxalq ticarət yolları üzərində yerləşməsi və strateji əhəmiyyəti hələ qədim zamanlardan yadelli işğalçıların diqqətini cəlb etmiş, Cənubi Qafqaz torpaqları vaxtdan-vaxta onu ələ keçirmək istəyənlər arasında mübarizə meydanına çevrilmişdi. XIV-XV əsrlərin hüdudunda həmin mübarizə xüsusilə kəskinləşmişdi. Belə ki, şimaldan Qızıl Orda, şərqdən Teymurləng, cənubdan cəlairi orduları tarixi mənbələrdə «Hülakü ulusu» adlı ilə xatırlanan Qafqaza can atırdılar.


Ardı →

Fransada feodal demokratiyasi

IX əsrdə Roma imperiyasının süqutundan sonra Avropada minilliyi əhatə edən orta əsrlər dövründə ilk mərkəzləşmiş dövlətlər bərqərar olmağa başlayır. Mərkəzləşmiş dövlətlərin yaranması orta əsr şəhərlərinin güclənməsinə, külli miqdarda iqtisadi resursların şəhər varlılarının əlində cəmlənməsinə gətirib çıxarır. Daim pula ehtiyacı olan hökmdarlar nə bu sərvətdən keçə bilir, nə də ciddi müqavimətə görə əhalinin razılığı olmadan onun üzərinə vergi qoya bilirdilər. 

Əhalinin razılığını almaq üçün hakim sinif cəmiyyətin əsas təbəqələrinin nümayəndələrini yığıncağa çağırmalı olurdu. Bu dövrdə Almaniyada reyxstaq və landtaq, İngiltərədə parlament, İspaniyada korteslər, Fransada və Niderlandda baş ştatlar s. yaranırdı. Kral hakimiyyətinin və onun nəzarət etdiyi mərkəzləşdirilmiş bürokratiyanın getdikcə güclənməsi bu təsisatların əhəmiyyətini azaltsa da, onlar demokratiyanın inkişafında öz izini qoya bilmişdi. Orta əsrlərə xas olan bu demokratiyanın yaranması və inkişafı prosesini XIV əsrin əvvəllərində Fransada meydana gələn Baş Ştatların timsalında daha bariz şəkildə müşahidə etmək olar.
Davamı →