Рейтинг
+35.00

orta əsrlər tarixi

33 üzv, 86 topik

Çin XI – XVII əsrin 1-ci yarısında

Monqolların Çini işğal etməsi. Sun imperatorluğu (960-1279) dövründə iri xüsusi torpaq mülkiyyəti və icarə münasibətləri inkişaf edirdi. Feodal zülmü kəndli üsyanlarına səbəb oldu. La­kin bu vaxt Çinin başının üstünü monqol təhlükəsi aldı. 1211-ci ildə monqollar Çinə hücum etdi, onun işğalını 1279-cu ildə başa çatdırdı və Sun imperiyasına son qoydular. Çin Monqol dövlətinin əsas hissəsi, Pekin «Böyük xan» dövlətinin paytaxtı oldu.

 «Qırmızısarıqlılar» üsyanı. Min sülaləsinin hakimiyyətə gəlməsi. İqtisadi yüksəliş. XIV əsrin ortalarında Çində monqol zülmünə qarşı üsyan başladı. Üsyançılar başlarına qırmızı sarıq bağladıqları üçün onlara «qırmızısarıqlılar» deyirdilər. Üsyan 20 il davam etdi. 1368-ci ildə onların apardıqları azadlıq müharibəsi qalib gəldi, monqollar Çindən qovuldular. Hakimiyyətə Min sülaləsi (1368-1644) gəldi. Onun əsasını Çyan Yuan-Çyan qoymuşdu. Monqol feodallarından alınan torpaqlar kəndlilərə paylandı, torpaq becərənlər 3 il müddətinə vergi və mükəlləfiyyətlərdən azad edildi, tacir və sənətkarlardan alınan vergi azaldıldı. Bu siyasət təsərrüfatın yüksəlməsinə səbəb oldu.


Ardı →

Qazan xanlığı

XV əsrin I yarısında Orta Volqaboy Qızıl Ordadan ayrıldı, Kama çayının Volqa çayına töküldüyü yerin yaxınlığında müstəqil Qazan xanlığı yaradıldı. Xanlığın ərazisi indiki Tatarıstan respublikasının bir hissəsini təşkil edirdi. Xanlığın qərb sərhəddi Moskva knyazlığına çatırdı. Buradan Qafqaza, Xəzər dənizi sahilinə, Mərkəzi Asiyaya ticarət yolları gedirdi.

Hələ VIII-X əsrlərdə Volqa və Kama sahillərində məskunlaşmış bulqarlar yerli əhali ilə qaynayıb qarışmış, nəticədə Volqa Kama bulqarları formalaşmışdı. Monqolların hücumundan sonra (XIII əsr) Qazan türklərinin etnik bir xalq kimi formalaşmasi. XVI əsrdə başa çatdı. Bulqar tayfalarından biri qazan adlanırdı. Onlar Cənubi Qafqazda da yayılmışlar. Qazançı, Qazanzəmi onların adı ilə bağlı ola bilər.


Ardı →

Rusiya orta əsrlərdə

Kiyev dövlətinin parçalanması. XI əsrin axırları-XII əsrin əvvəllərində Kiyev dövləti geniş əraziyə malik olsa da, möhkəm əsaslı deyildi. Onun tərkibinə qatılmış tayfalar öz xüsusiyyətlərini qoruyub saxlamışdılar. Natural təsərrüfatın hökm sürdüyü ayrı-aryı bölgələr arasında iqtisadi əlaqələr olduqca zəif idi. Bununla yanaşı dövlətin əhəmiyyətli dərəcədə müdafiə sistemi yaradılmışdı. Belə bir şəraitdə XI-XIII əsrlərdə Kiyev dövləti üçün yeni xüsusiyyətlər meydana çıxdı. Ayrı-ayrı bölgələrdə-Novqorod, Polotsk, Smolensk, Suzdal və Rostov torpaqlarında feodal aristokratiyası inkişaf edir və güclənirdi. Bütün torpaqlar feodalların əlinə keçmişdi. Kəndlilərin əlindən bütün torpaqlar çıxdığına görə torpaqsızlaşaraq, feodallardan asılı vəziyyətə düşmüşdülər. Müxtəlif bölgələrdə çox böyük torpağa sahib olan knyazlar meydana gəlirdi. XI əsrdə Kiyev dövlətində də təsərrüfat natural xarakter daşıdığından ayrı-ayrı bölgələr arasında əlaqələr çox zəif idi.


Ardı →

Xalqların böyük köçü

Amerikanın kəşfi ilə müqayisə olunacaq bir hadisə türk xalqlarının qərbə tərəf hərəkəti oldu. II əsrdə Altayda başlayıb və Avropaya tərəf yayılaraq 300 ildən çox davam edən bu köç Böyük adlandırıldı və bu hadisə bəşəriyyət tarixində mühüm iz qoydu.
Böyük Hun imperiyası dağıldıqdan sonra hun tayfaları (qərbə doğru hərəkət edib) Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər.Onların qərbə doğru əziyyətli hərəkəti sonralar uzun müddət davam etdi.Hunların və digər xalqların qərbə axını ―Xalqların böyük köçü adlanır. Xalqların böyük köçü eramızın IV əsrində hunlarla Böyük Çin səddində başladı və VI əsrə qədər davam etdi.
Şimaldan, qərbdən və Pribaltikadan böyük qüvvə ilə cənuba və şərqə axışan qədim german tayfaları öz yollarında daha da güclü,köçəri türklərin axınına rast gəldilər.Bu iki cərəyan toqquşdu,qarışdı və güclü bir axının tərkibi oldular.Bu kütlə Avropanın içərilərinə daxil oldu və Roma imperiyasını məhv etdi, bir müddət sonra bu proseslərə Slavyan tayfaları da cəlb olundular.
Ardı →

Avropanın siyasi xəritəsi

Roma imperiyasının dağılması nəticəsində Avropanın siyasi xəritəsi barbar krallıqları siyahısı ilə zənginləşdi. 455-ci ildə simali Afrikadan İtaliyaya soxulan Səndəl tayfaları Roma mədəniyyətinə elə divan tutdular ki, onun yazılı və memarlıq abidəlri əsasən məhv edildi. Barbarların bu hərakatı leksikona vandalizm adı ilə daxildir. Səndəl tayfalarının adı unudularaq vandal tayfalarına çevrildi. Roma imperiyası dağıldıqdan sonra Avropada yaranmış siyasi vəziyyət şərqdə yaranmış siyasi vəziyyətdən əsaslı şəkildə seçilirdi.
Əgər Avropa başdan-başa parçalanmışdırsa şərqdə isə Sasanilər dövləti öz qüdrətinin zirvəsində olub müasir  yaxın şərqin çox böyük hissəsini öz hakimiyyəti altında birləçdirdi. Roma imperiyasının dağılması, dağılmada mühüm rol oynamış barbar tayfalarlna dövlətçilik ənənəsi verdi. Hələ e. II əsrində çəkilmiş yuxarı Dunayla Reyn çayl arasında ərazini qoruyan Roma səddi artıq III-IV əsrdən etibarən barbarların hücumları nəticəsində aradan qaldırılmış idi.


Ardı →

Kordova xilafəti

Əməvilər sülaləsi 750-ci ildə süqut еtdikdən sonra yerinə Abbasilər sülaləsi kеçdi. Əməvilərdən Abdurrahman bin Muaviyə Əndəlüsə qaçaraq burada müstəqil Əndəlüs Əməvi dövlətini qurdu. Bu dövlət 284 il hökm sürdü. Ordu gücləndirildi. Təsərrüfat və sənayе inkişaf еtdi. Böyük bir ticarət yarmarkası qurularaq İstanbula qədər ticari münasibətlər inkişaf еtdirildi. Bu dövrdə çoxlu sayda məscidlər, yollar, şəhər ətrafı hasarlar inşa еdildi.


Əndəlüs əməviləri III Abdurrahman dövründə xəlifəliyini еlan edərək siyasi baxımdan Abbasilərdən tamamilə ayrılmış, müstəqil bir dövlət qurmuşdular. Bu dövlət III Abdurrahman və ondan sonrakı dövrlərdə siyasi, iqtisadi və fikri üstünlüyün zirvəsinə yеtişdi. Xristian ordularına qalib gələrək böyük fəthlər еtdi.


Əndəlüs əməviləri İslam dinini İspaniyadan Avropaya yaydı. Fəs, Kordova və Qərnət universitetlərini qurub qərbdə еlmi bilikləri inkişaf еtdirdilər. Xristian aləmi oyandırıldı, bu gün baş vеrən müsbət irəliləyişlərin, bir çox еlmlərin və xüsusilə tibb, astronomiya еlmlərinin təməlləri atıldı.


Ardı →

Yüzillik müharibə

Yüzillik müharibə (1337-1453) — İngiltərə və Fransa arasında yüz ildən artıq (fasilələrlə) davam etmiş müharibə. Yüzillik müharibənin başlanmasına əsas səbəb İngiltərənin ələ keçirdiyi ərazilər (12 əsrin ortalarından) və zəngin Flandriya uğrunda mübarizə idi.
Müharibənin əvvəli İngiltərə üçün uğurlu idi: o, dənizdə (1340) və quruda (1346) qələbələr qazandı. 1356 ildə ingilis qoşunları Puatye yaxınlığında fransızları darmadağın etdi. 1348-49 illərdə baş vermiş taun epidemiyasında Fransa əhalisinin təqr. 1/3 hissəsinin həlak olması ölkəni xüsusilə çətin vəziyyətə saldı. Fransa qoşunlarının məğlubiyyəti, iqtisadi vəziyyətin ağırlaşması, vergilərin ağırlığı, xalqın narazılığının artmasına səbəb oldu, Paris üsyanı (1357-58) və Jakeriya (1358) ilə nəticələndi. Fransa hökuməti ağır şərtli müqavilə bağlamağa (1360) məcbur oldu.


Ardı →

Monqol imperiyası

Monqollar Kulun –Bigir gölündən başlayaraq Altay dağlarının qərb ətəklərinə qədər olan ərazidə yaşayırdılar. Onlar köçəri maldarlıqla məşğul olurdular. Monqollarda qəbilələrin birləşməsi nəticəsində ordular yaranırdı. Ordulara bahadur və noyon rəhbərlik edirdi.
XII əsrin sonlarında monqollarda qəbilə münasibətləri dağılırdı. Monqol tayfaları arasında mübarizə gedirdi.Monqol tayfa başçılarından biri olan Temuşin (Çingiz) bütün rəqiblərini məğlub edərək 1206-cı il Onon qurultayında özünü xan elan etdi. Dövlətin paytaxtı Qaraqorum şəhəri oldu.
Ardı →

Sasanilər dövləti

Roma ilə müharibələr və daxili çəkişmələr nəticəsində Parfiya zəifləmişdi. Bundan istifadə edən I Ərdəşir 224-cü il Suzian döyüşündə qələbə qazanaraq Parfiya dövlətinə son qoydu. 226-cı ildə Sasanilər dövləti yarandı.


Ardı →

Fransa son orta əsrlərdə

Sənaye və ticarətin inkişafı. Fransanın birləşdirilməsi XVI əsrin əvvəllərində başa çatmışdı. Sənaye və ticarət inkişaf edirdi. Burada 15 milyon əhali yaşayırdı. Fransa Avropada ən böyük dövlət idi, ölkədə kapitalist istehsalı inkişaf edirdi.


Coğrafi kəşflərdən sonra ticarət yollarının Atlantik okeanına keçməsi ilə əlaqədar Fransanın qərbindəki limanların rolu artdı. Paris, Bordo, Marsel kimi şəhərlərin əhəmiyyəti çoxaldı. Fransada manufakturalar yaradılırdı. Manufakturalarda ipək parça, kətan, bəzək əşyaları, tüfəng, top və s. istehsal edilirdi.


Ardı →