Xalqların böyük köçü

Amerikanın kəşfi ilə müqayisə olunacaq bir hadisə türk xalqlarının qərbə tərəf hərəkəti oldu. II əsrdə Altayda başlayıb və Avropaya tərəf yayılaraq 300 ildən çox davam edən bu köç Böyük adlandırıldı və bu hadisə bəşəriyyət tarixində mühüm iz qoydu.
Böyük Hun imperiyası dağıldıqdan sonra hun tayfaları (qərbə doğru hərəkət edib) Volqa və Ural çayları ətrafındakı torpaqları ələ keçirdilər.Onların qərbə doğru əziyyətli hərəkəti sonralar uzun müddət davam etdi.Hunların və digər xalqların qərbə axını ―Xalqların böyük köçü adlanır. Xalqların böyük köçü eramızın IV əsrində hunlarla Böyük Çin səddində başladı və VI əsrə qədər davam etdi.
Şimaldan, qərbdən və Pribaltikadan böyük qüvvə ilə cənuba və şərqə axışan qədim german tayfaları öz yollarında daha da güclü,köçəri türklərin axınına rast gəldilər.Bu iki cərəyan toqquşdu,qarışdı və güclü bir axının tərkibi oldular.Bu kütlə Avropanın içərilərinə daxil oldu və Roma imperiyasını məhv etdi, bir müddət sonra bu proseslərə Slavyan tayfaları da cəlb olundular.
Hansı səbəbdən hunlar Aral dənizinin Şimalındakı çölləri tərk etdilər və Avropaya üz tutdular? Biz bu haqda bilmirik. Təqribən 374-cü ildə, Cordanesin də dediyi kimi, hunlar Bulamerin rəhbərliyi altında Don çayını keçdilər,Terek və Kuban ərazilərində yaşayan alanları məğlub edərək özlərinə tabe etdilər. Dneprdən qərbdə hunlar osqotlara hücum etdilər. Kral Qermanirix öz qoşununu hunlara qarşı apardı.Onların ordusu darmadağın edildi və kral döyüşdə həlak edildi.Ammian Marsellinin məlumatına görə isə intihar etdi. Qara dəniz çöllərindəki hadisələr vestqotlardan da yan keçmədi.Vestqot hökmdarı Atanarix hunların hücumuna müqavimət göstərməyi qərara aldı və öz qoşununu Dnestr çayının qərb sahilində cəmləşdirdi.Xəbərdarlıq etmədən hunlar gecə ikən çayı keçib Atanarixin düşərgəsinə hücum etdilər. Visiqotlar hücumun qarşısını ala bilmədilər və Seretə çəkildilər. Xalqın böyük hissəsi imperiyada sığınacaq tapmağı qərara aldı; Atanarix və onun tərəfdaşları Olteriyanı keçib Kaukalanda getdilər.Patça görə Kaukaland Maros,Tissa və Dunay çayları arasında yerləşən Banatın dağlıq hissəsi idi.Təqribən 376-cı ildə cənubi Rusiyada böyük bir regionun hakimləri hunlar idi. 384-cü ilin yazında hun atlıları Norikum və Raetiyadan Qalliyaya keçdilər. 395-ci ildə hunların böyük orduları Don çayını keçərək cənub-şərqə döndülər, Qafqazdan keçib Ermənistanın cənub-qərbinə ,Roma əyalətlərinə və İrana hücum etdilər.
Bir qrup hunlar Anti-Taurusdan cənuba və qərbə tərəf olan ölkələri qarət etdilər.Onlar Fərat çayını keçəndə romalılar hücum edib onları məhv etdi. Digər qrup, Basiç və Kursixin rəhbərliyi ilə Dəclə və Fəratın vadiləri ilə Ktesifona tərəf getdilər. Fars ordusunun onlara tərəf gəldiyini eşitdikdə geri döndülər, lakin onlar məhv edildi,digər dəstə isə Azərbaycana qaçdılar, xəzər qapılarından keçərək cənubi rus çöllərinə üz tutdular.Üçüncü qrup Şərqi Kiçik Asiyanı və Suriyanı qarət etdi. Böyük köçün yaxın şərq səhifələrindən uzun zaman tarixçilər heç nə bilmirdilər.Bu hadisəni ancaq əfsanələr əhatə edirdi.Amma 1945-ci ilin dekabrında misirdə kəndlilər qədim məskənin xarabalıqlarında təsadüfən lüləyə bükülmüş papirus tapdılar.Sonralar alimlər bu hadisənin XX əsrin böyük arxeoloji kəşfinin olduğunu təsdiq etdilər.Bu əlyazmalar IV əsrdə yazılmışdı.Bu yazılarda Göy Tanrı barədə deyilirdi.Qədim türklər köçəri cəmiyyət dünyasına aid idilər,Köhnə dünyanın etnik tarixində rolları böyükdür.Uzun məsafələrə köç edərək,oturaq xalqlarla qarışaraq, əzəmətli imperiyalar yaradaraq, ictimai inkişafın gedişatını dəyişdilər,bir xalqın mədəni nailiyyətini digərlərinə ötürdülər,nəhayət özləri də dünya mədəniyyətinə töhfələr vermişdilər.
395-ci il yürüşünün səbəbi kimi hunlarda baş vermiş aclıq göstərilir. Həqiqətən də onlar özləri ilə bacardıqları qədər çoxlu iri buynuzlu mal sürülərini apardılar. Çoxlu qənimət ələ keçirdikdən sonra hunlar Abşeron yarımadasının yanından keçərək geri qayıtdılar.Hunların bir hissəsi Azərbaycan ərazisində məskunlaşmış, Azərbaycan xalqının formalaşmasında iştirak etmişlər. Türklərin Anadoluya fəth məqsədi ilə ilk gəlişləri hunlar zamanında bu şəkildə olmuşdur. Bundan sonra bu gözəl torpaqlara sahib olmaq arzusundan daşınmayacaqlardır.Amma bu arzu yeddi yüz il sonra Səlcuq türkləri tərəfindən gerçəkləşdiriləcəkdi.
Erkən orta əsrlərdə Azərbaycana gəlmiş türkdilli etnoslar hun ittifaqında birləşmişdilər.Bu ittifaqa bir çox türk etnosları,o cümlədən kəngər, peçənəq, bulqar, qıpçaq, sabir, utiqur, onoqur, xəzər, türk, uz, heptal, barsil tayfaları daxil idi.Hun ittifaqında adı çəkilən bir çox tayfalar qədim dövrdən Ön Qafqaz ölkələrinin sakinləri olmuşlar.Onların adı ilə bağlı bir çox toponimlər yaranmışdı.Azərbaycanın Gürcüstanla sərhədlərində hun adını daşıyan Hunarakert və Hunan toponimləri erkən orta əsrlərdə artıq mövcud idi.Beləliklə,hunlarla bərabər Azərbaycana və qonşu ərazilərə yeni türk etnosları gəlmiş,burada dil cəhətdən qohum olduqları yerli azəri türkləri arasında məskunlaşmış və onlarla qaynayıb qarışmışlar.
Beləliklə qısa zamanda Ural dağlarından Dunay çayınadək əraziləri ələ keçirən hunlar Avropada öz dövlətlərini qurdular. Pannoniya (müasir Macarıstan) bu dövlətin mərkəzinə çevrildi.
Xalqların böyük köçü VI əsrdə Slavyanların Bizans imperiyasında məskunlaşması ilə başa çatdı.Yeni eranın başlanğıcında onlar digər tayfalarla birlikdə antik quldarlıq sistemini məhv etmiş, Avropa tarixinin yeni səhifəsinin yazılmasında mühüm rol oynamışdılar.

 

0 şərh