Sasanilər dövləti

Roma ilə müharibələr və daxili çəkişmələr nəticəsində Parfiya zəifləmişdi. Bundan istifadə edən I Ərdəşir 224-cü il Suzian döyüşündə qələbə qazanaraq Parfiya dövlətinə son qoydu. 226-cı ildə Sasanilər dövləti yarandı.
Əhali təbəqəsi:

  • Kahinlər (“ali maq” rəhbərlik edirdi);
  • Döyüşçülər (ali baş komandan rəhbərlik edirdi);
  • Əyanlar (“böyük mirzə” rəhbərlik edirdi);
  • Tacir, kəndli, sənətkar (vastrio-şansalar rəhbərlik edirdi).

Torpaq mülkiyyəti:

  • Dastakert –İri feodalların şəxsi torpaqları;
  • Xostak-Şərti torpaqlar;
  • Mülk-Hərbiçilərə verilən torpaq.

Vergilər:

  • Xaraq-torpaq vergisi;
  • Gezit-can vergisi;
  • Bac-tacir və sənətkarlardan alınırdı.

Mani hərəkatı:
III əsrdə Mani xristianlıq,zərdüştlük və buddizm dininin əsasında yeni təlim yaratdı. Mani təliminə görə:
İşıq və qaranlıq arasında daima mübarizə gedir və bu insanlara təsir göstərir;
İnsan şər ünsürlərdən azad olmalı və dünya nemətlərinə həris olmamalıdır.
Qeyd: 276-cı ildə Mani edam edildi.

Məzdəki hərəkatı (481-529)

  • Məzdəki ideyaları:
  • Ədalətli cəmiyyət qurmaq;
  • Kəndlilərə torpaq vermək;
  • Xeyrin şər üzərindəki qələbəsini işıqı qüvvələrin köməyi ilə təmin etmək;
  • Şər qüvvələrə qarşı mübarizə aparmaq;
  • Maddi nemətləri insanlar arasında bərabər bölmək.

481-cil ildə İranda baş vermiş aclıq Məzdək hərəkatının başlanmasına təsir edən əsas amil oldu. I Qubad feodalları və din xadimlərini zəiflətmək üçün Məzdəklə yaxınlaşdı. O, Məzdəki İranın baş kahini təyin edərək, onun tərəfdarlarına mühüm dövlət vəzifələri verdi.Məzdək hərəkatı Sasani dövlətinə sarsıdıcı zərbə vurdu və onun daxili həyatının zəif cəhətlərini aşkara çıxardı.

VII əsrin əvvəllərində Sasani dövləti xeyli zəiflədi. Dövlətin zəifləməsinin səbəbləri;

  • Hakimiyyət uğrunda mübarizə;
  • Daxili çəkişmələr;
  • Qonşu dövlətlərlə müharibələr;
  • Xalq hərəkatı.

632-ci ildə hakimiyyətə III Yezdəgerd gəldi. 633-cü ildə ərəblər Sasanilərlə müharibəyə başladı. 636-cı il Kadisiyyə 638-ci il Ktesifon, 642-cı il Həmədan və Nəhavənd döyüşlərində ərəblər qələbə qazandı. Beləliklə,651-ci ildə Sasanilər dövləti süqut etdi.
Həmçinin bax:

Oxşar məqalələr

0 şərh