Hindistan feodalizmdə

Hindistanda feodalizmin ilkin əlamətləri IV- V əsrlərdə yaranmışdır. V əsrin ortalarında feodal qaydalarının inkişafı nəticəsində Qupta imperiyası dağıldı. Qupta imperiyasının dağılması nəticəsində quldarlıqdan feodalizmə keçid yarandı.
Xarşa dövləti (VI-648)
VI əsrdə Hindistanda Xarşa dövləti yarandı. Xarşa keçmiş Qupta imperiyasına daxil olan torpaqların bir hissəsini özündə birləşdirdi. 648-ci ildə daxili çəkişmələr nəticəsində Xarşa dövləti dağıldı və feodal dağınıqlığı başladı. Feodal dağınıqlığının əsas səbəbləri:
*     Kasta quruluşunun mövcud olması;
*     Kənd icmalarının mövcud olması;
*     Şəhər və kənd icmaları arasında  əmək bölgüsünün zəif olması;
*     Natural təssərrüfatın hökm sürməsi;
*     Racələrin müstəqilləşməsi;
*     Xarici hücumlar.
VIII əsrin əvvələrində ərəblər Hindistanın şimal-qərbini fəth etdilər. Tezliklə Hindistanda Mənsurə və Multan müsəlman əmirlikləri yarandı. 1002-1026-cı illərdə Sultan Mahmud Hindistana yürüş edərək Pəncab, Kəşmir və Qucarat əyalətlərini ələ keçirdi.
+-
Hindistan mədəniyyətinə aiddir:
*     Buddizm;
*     Çarvaklar məktəbi;
*     Riyaziyyat elminin inkişafı;
*     Acantada mağara məbədlərinin in-şası;
*     Hinduizm (müxtəlif dini inanc və təriqətlər, mürəkkəb çoxallahlılıq tə-liminə əsaslanan dini sistem idi);
*     Freskalardan istifadə(divar rəsmi);
*     Rəqs edən allahın heykəli;
*     Tökmə dəmir qüllənin inşası (Vəsr).
Həmçinin bax:
Hindistan tarixi
qədim Hindistan mədəniyyəti

0 şərh