Qərbi Avropa tarixi

XI əsr Qərbi Avropaya aiddir:
*   Meşələrin qırılması ilə əkin sahələrinin genişlənməsi;
*   Üçtarlalı əkin qaydasının yaranması;
*   Təkərli kotanlardan istifadə;
*   Yer dəyirmanlarının meydana gəlməsi;
*   Xamutun ixtira edilməsi;
*   Sənətin kənd təsərrüfatından ayrılması;
*   Yeni şəhərlərin yaranması;
*   İlk sənətkarlıq müəssisəsi olan  emalatxanaların yaranması;
*   Şəhər mərkəzlərində sobarun (baş kilsə) inşa edilməsi;
*   Eyni peşədən olan usta ittifaqlarının –sexlərin yaranması;
*   Bir sıra şəhərlərin azad olması (XI-XIII əsrlər);
*   Azad olunmuş şəhərlərin şəhər şurası tərəfindən idarə edilməsi (şəhər şura-sının binası ratuşa adlanırdı);
*   Usta  köməçilərinin usta olması üçün  “şah əsər” düzəltmələri;
*   Sexlərin nizamnaməyə malik olması (nizamnamədə xammalın keyfiyyətli olması və s. nəzərdə tutulurdu);
*   Sexlərin ağsaqqallar tərəfindən idarə edilməsi;
*   Tacir birlikləri olan gildiyaların yaranması;
*   Hanza ittifaqına Lübek şəhərinin rəh-bərlik etməsi;
*   Şampan yarmarkasının mövcud olması (XIII əsr)
*   Şimal ticarətinin mərkəzinin Brükge şəhərinin olması.

Xristian kilsəsi
XI əsrin ortalarına qədər xristian kilsəsi vahid olsa da, onun iki əsas mərkəzi var idi. Qərbi Avropada Papa, Bizansda isə Patriarx kilsəyə rəhbərlik edirdilər. Papa və pariarx kilsəyə rəhbərlik etmək və onun gəlirlərini bölüşdürmək uğrunda daima mübarizə gedirdi. Nəhayət, 1054-cü ildə xristian kilsəsi Qərb və Şərq hissələrə parçalandı. Qərb kilsəsi katolik, (yəni “ümumdünya” kilsəsi), şərq kilsəsi isə pravoslav (“həqiqi din” kilsəsi) adlanırdı. Xristian kilsələri içərisində ən qüdrətlisi Katolik kilsəsi idi.Katolik kilsəsi feodal dağınıqlığı dövründə Qərbi Avropada yeganə mütəşəkkil qüvvə idi.
Katolik kilsəsinə aiddir:
*   Ən böyük torpaq sahibi olması;
*   Əhalidən onda bir vergisinin alınması;
*   İndulgensiyaların (“cənnət qəbzləri”) satılması;
*   Papa vilayəti adlanan dövlətin qurulması (756-ci ildə);
*   Kilsə  təliminə qarşı çıxanları bidətçi adlandırması;
*   İnkvizsiya məhkəməsinin mövcud olması;
*   Krallar və imperatorlarla mübarizə  aparması (Məsələn, Papa VII Qriqori və IV Henrix arasındakı mübarizə);
*   III İnnokentinin dövründə (1198-1216) qüvvətlənməsi (Polşa, İsveç, Danimarka və İngiltərə kralları onun vassalı idilər).

Çexiya XV əsrdə
Çex kralı I Karla (1346-1378) aiddir:
*   Müqəddəs Roma imperiyasının imperatoru seçilməsi;
*   Təsərrüfatın inkişafı;
*   Gümüş pulların kəsilməsi;
*   Mədəniyyətin inkişaf etməsi.
XV əsrdə Çexiyada Katolik kilsəsinin hökmranlığı və alman feodallarının özbaşınalığı hökm sürürdü.Katolik kilsəsi və alman feodallarına qarşı Yan Qus mübarizə aparırdı. O, ruhanilərin vardövlətdən əl çəkməsini tələb edirdi. Yan Qus 1415-ci ildə Konstans məhkəməsinin qərarı ilə edam edildi.

Qusçullar hərəkatı (1419-1434)
Yan Qusun tərəfdarları qusçular adlanırdı. Onlar mötədillər və taborçulara bölünürdülər.
Qusçular hərəkatına aiddir:
*   Əsas qüvvəsini kəndlilər, xırda sənətkarlar, cəngavərlər və şəhər yoxsullarının təşkil etməsi;
*   Səlibçi ordularının ləğv edilməsi;
*   Səhra toplarından istifadə;
*   Katolik kilsəsi və alman  cəngavərlərinə qarşı yönəlməsi;
*   Almanların Çexiyadan qovulması;
*   Katolik kilsəsinə güclü zərbənin vurulması.
Qeyd: 1434-cü il Lipani döyüşündə mötədillər taborçuları məğlub etdilər.

İspaniya
VIII əsrdə Pireney yarımadasında ya-ranmış Kordova xilafəti Əndəlis adlanırdı. Onun əhalisi  mavrlar, bərbərlər, vestqostlar və yəhudilərdən ibarət idi. XII əsrdə Əlkəsar sarayları XIII-XIV əsrlərdə isə Əlhambra sarayı inşa edilmişdir. Kordova xilafəti 1030-cu ildə müstəqil əmirliklərə parçalandı.
Rekonkista
Əndəlis müsəlman əhalisinin Pireney yarımadasından zorla qovulması hərəkatı rekonkista adlanır.
Rekonkista hərəkatına aidddir:
*   Kastilya, Araqon və Navarra krallıqlarının yaranması,
*   Müsəlmanların təqib edilməsi;
*   Toledonun tutulması (1085-ci il);
*   Saraqossa və Lissabonun tutulması;
*   Las-Navas de Tolosa döyüşündə Mavrların məğlub edilməsi (1212-ci il);
*   Kastiliya və Araqon krallıqlarının bir uniyada birləşməsi nəticəsində İspaniya krallığının yaranması (1479-cu il);
*   Qranadanın işğal edilməsi (1942-ci il).
Qeyd: Rekonkistanın başa çatmasından sonra  İspaniya  güclü  Katolik ölkəsinə çevrildi və autodafe quruldu.

İtaliya
İtaliyaya aiddir:
*   Bəzi şəhərlərin kommuna  hüququ əldə etməsi;
*   Manufakturalrın geniş yayılması (XIV əsr);
*   Florensiyada Çompi üsyanının baş verməsi (1378-ci il);
*   Florensiyanın senyoriya tərəfindən idarə edilməsi;
*   Tiranlığın mövcud olması;
*   Florensiyada əhalinin “piylənmiş camaat” və “arıq camaat”a bölünməsi;
*   Mediçi ailəsinin ən varlı ailə olması;
*   İlk bankın fəaliyyətə başlanması (1156-cı il Venesiyada).

Qərbi Avropa mədəniyyətinə aiddir:
*   Su mühərriklərindən istifadə;
*   Aşağıdan və yuxarıdan fırladılan çarxların ixtirası;
*   Domna sobalarının ixtirası (XIV əsr);
*   Polad istehsalı;
*   Tapança və muşketlərin ixtirası (XVI əsr);
*   Karavellanın ixtirası (XV əsr);
*   Quttenberqin çap dəzgahını ıxtira etməsi (1445-ci il);
*   Odlu silahın ixtirası (XVI əsr).
*   “Marko Polonun kitabı”nın tərtib edilməsi (XIII əsr);
*   Boloniya inversitetinin açılması (1158-ci il );
*   İntibah mədəniyyətinin yaranması;
*   Memarlıqda Roma üslubundan istifadə (XII-XIV əsrlər);
*   Leonardo da Vinçinin (1452-1519) “Mona Liza” əsəri;
*   Mikelencalonun (1475-1564) “David” heykəli;
*   Rafaelin (1483-1520)”Sikst Məryəm anası” əsəri;
*   Rembrant Van Reynin (1606-1669) “Yolunu azmış oğulun qayıtması” əsəri;
*   Diyeqo Velaskesin (1599-1660) “Əyrici qadınlar” əsəri;
*   “Ronald haqqında nəğmə” poeması (XIXV əsrlər);
*   “Tülkü haqqında roman” (XII əsr);
*   Fransua Rable (1494-1553) “Qarqantua və Pantaqruel” əsəri;
*   Migel Servantes (1547-1616) “Don Kixot” əsəri;
*   Tomas Mor (1478-1535) ”Utopiya” əsəri.
 

0 şərh