Bizans VI-XI əsrlərdə

Bizans imperiyasının güclənməsi. Bizans VI əsrdə Balkan yarımadasını, Kiçik Asiyanı, Suriyanı, Misiri, Fələstini, eləcə də Krım və Qafqazın Qara dəniz sahillərini, Ərəbistan və Şimali Afrikanın bir sıra torpaqlarını əhatə edirdi. Paytaxtı Konstantinopol keçmişdə Bizans adlanırdı. Bizans şərq ölkələri (Hindistan, Çin və s.) ilə ticarətdə varlanırdı. Burada ticarətin inkişaf etməsinə səbəb Konstantinopolun əlverişli coğrafi mövqedə yerləşməsi idi. Bu şəhər «Qızıl körpü» də adlanırdı və Avropadan Asiyaya, Aralıq dənizindən Qara dənizə gedən iki ticarət yolu üzərində yerləşirdi. Konstantinopoldan başqa burada Antioxiya, İsgəndəriyyə, Beyrut, Korinf və digər şəhərlər var idi. Onlar ticarət və sənətkarlıq mərkəzi idi.
Qərbi Avropada kənd təsərrüfatı tənəzzül etdiyi halda, Bizansda yüksək inkişaf etmişdi. Buna səbəb Bizansda iri torpaq sahibliyinə nisbətən xırda torpaq sahibliyinin inkişaf etməsi idi. Bizansda qüvvətli imperator hakimiyyəti gücünü itirməmişdi. Onun böyük ordusu, qüdrətli donanması, zəngin xəzinəsi var idi. Kəndlilərdən ağır dövlət vergisi alınırdı. Feodal nərdivanı vəgüclü cəngavər qoşunu yox idi. Bizansda şəhərlər sənətkarlıq mədəniyyət mərkəzi kimi qalırdı. Savadlı adamlar çox idi. Antik mədəniyyət abidələri qalırdı. İmperator ölkəni barbarlardan müdafiə edir, qalibiyyətli müharibələr aparırdı. İmperator Yustinian (527-565) Roma imperiyasını öz əvvəlki sərhədi daxilində bərpa etdi. Onun dövründə Şimali Afrikadakı Vandal krallığı, İtaliyadakı Ostqot krallığı,Vestqot krallığının cənub hissəsi Şərqi Roma imperiyasının tərkibinə daxil edildi. Lakin bu torpaqlar Yustinian öləndən sonra yenidən Bizansın əlindən çıxdı.cut name=«Ardı»>
Bizansda feodalizm quruluşunun yaranması. VI əsrdən başlayaraq slavyanlar Bizansa hücum edir, burada məskunlaşır, bununla da feodalizmin inkişafını sürətləndirirdilər. Slavyanlar əvvəlcə Balkan yarımadasının şimalını, sonra Makedoniya və Yunanıstanı işğal etdilər. Quldarlıq malikanələri ancaq Kiçik Asiyada qaldı. Beləliklə, Bizansda feodalizmin inkişafı slavyanlarla bağlıdır, onların Bizans ərazisində məskunlaşması quldarlıq quruluşundan feodalizmə keçidi sürətləndirdi. Slavyanlar icma üzvlərindən ibarət azad kəndlilər idilər. İcma daxilində təbəqələşmə yarandı. Var-yoxdan çıxan adamları «fağırlar», varlıları isə «güclülər»adlandırırdılar.
Bizans imperiyası (Şərqi və qərbi Roma imperiyası)
Bizansda feodalizm meydana gəlməsi dövrü VII əsrdən başlayır. Bu dövrdə feodal mülkləri yarandı, feodallar və asılı kəndlilər meydana gəldi. İri feodallar mülklərində qalalar tikdilər, imperatora tabe olmaq istəmədilər, nəticədə dövlət zəiflədi. Qərbi Avropadan fərqli olaraq, Bizansda quldarlıq quruluşu uzun müddət davam etdi, asılı kəndlilərin formalaşmasında qullar böyük rol oynadı. Feodalizm Qərbi Avropaya nisbətən zəif inkişaf etmişdi.

VII əsrdə cənubdan ərəblər hücum edib Suriya və Misiri tutdular. Bizansın əlində Balkan yarımadası və Kiçik Asiya qaldı. Beləliklə, IX-XI əsrlərdə Bizansda feodalizm quruluşu qəti olaraq möhkəmləndi.
Bizans mədəniyyəti. Erkən orta əsrlərdə Bizans maddi və mənəvi mədəniyyət mərkəzi idi. Bizans mədəniyyəti ellinizm Roma mədəniyyəti ilə yanaşı, Bizans ərazisində olan bütün xalqların mədəniyyəti ilə uyuşurdu. VII-VIII əsrlərdə yunan diliimperiyanın dövlət dilinə çevrildi. Bizansda həm kilsə və dövlət məktəbləri, həm də xüsusi məktəblər var idi. Savadlı adamların sayı getdikcə çoxalırdı. Dövlət işində çalışanlar dünyəvi təhsil də alırdı. Bizansda antik təhsil mərkəzləri olan Afina, İsgəndəriyyə, Beyrut, Qəzzə şəhərləri qalırdı. Zaman keçdikcə Konstantinopol təhsil mərkəzinə çevrildi.
IX əsrdə Konstantinopolda görkəmli alim Matematikin başçılığı ilə ali məktəb açıldı,1045-ci ildə burada ilk universitet fəaliyyətə başladı. Burada hüquq və fəlsəfə öyrədilirdi. Burada ilk ali tibb məktəbi də yaradılmışdı. Həkim Nikita cərrahiyyənin əsasını qoydu. VII əsrin əvvəllərində Kalinnik hərbi işdə böyük rol oynayan, qətran və neftin qarışığından düzəldilən «yunan odu»nu kəşf etdi. Su ilə işləyən ilk liftdən istifadə olunmuşdu. Bizans başqa ölkələrlə ticarət və diplomatik əlaqələr yaratmışdı. Bu isə tarixi və coğrafi biliklərin inkişafına səbəb oldu. X əsrdə kənd təsərrüfatı ensiklopediyası yaradıldı.
Memarlıq. Müqəddəs Sofiya məbədi.Rəssamlıq. V-VI əsrlərdən başlayaraq sıra tağları olan bir neçə mərtəbəli binalar tikilməyə başladı. Qədim yunanlarda allahların heykəli məbədin içərisində qoyulur, insanlar məbədin qarşısında ibadət edirdilər. Lakin xristianlar isə ümumi ibadət üçün kilsənin içərisinə toplaşırdılar. Kilsənin daxili təmtəraqlı və geniş olurdu.
Bizansda ən gözəl binalar imperator sarayları idi. Bizans memarlığının ən gözəl nümunəsi «Müqəddəs Sofiya» kilsəsidir. Onu Möcüzələr möcüzəsiadlandırırdılar. Deyilənə görə, bir mələk yuxuda olan Yustiniana Süleyman peyğəmbərin əfsanəvi sarayını kölgədə qoyacaq bir saray tikdirməyi əmr edir. O, 532-537-ci illərdə «Müqəddəs Sofiya» kilsəsini tikdirmişdir. Onu Kiçik Asiyadan olan memar Antemiya və İsidor tikmişdir. 1453-cü ilin mayında osmanlılar Konstantinopolu tutdular və kilsənin hər küncündə bir minarə tikib, onu «Aya Sofiya» məscidi adlandırdılar. 1935-ci ildən muzeydir.
Bizansda rəssamlığın əsas forması divar mozaikası və divar naxışlarıdır. «Bizans qadınlarının geyimi», imperator saraylarında mozaika xüsusi əhəmiyyətə malik idi. Mozaika rəssamlığında Bibliya sujetlərindən istifadə olunurdu. İkona yaradıcılığı, mü­qəddəslərin (övliyaların) şəkilləri çəkilirdi.
Bizans mədəniyyəti Avropa xalqlarının, xüsusilə cənubi və şərqi slavyanların mədəniyyətinə böyük təsir göstərmişdir. Bolqarıstan, Serbiya, Kiyev Rus dövlətləri xristianlığı Bizansdan qəbul etmişdi.

0 şərh