Rauf Canıbəyov firçası

Rauf Canıbəyov özü haqqında çox danışmağı sevmir, əsərlərinin onun haqqında danışmasını və onu tanıtmasını daha məqsədəuyğun hesab edir.

Rauf Canıbəyov 19 dekabr 1956-cı ildə Bakıda anadan olub. Azərbaycan Tibb Universitetinin məzunu olan Rauf bəy ixtisasca cərrahdır. 1984-1993-cü illərdə Bakı Dəmiryol Xəstəxanası, 1993-2003-cü illərdə Mərkəzi Kliniki Xəstəxanada plastik cərrah kimi çalışıb. 2004-cü ildən Azərbaycan səhiyyə sistemini tərk edib.

İncəsənət üzrə heç zaman, bir gün də olsun dərs almadığını deyən Rauf Canıbəyovun əl işləri görənləri heyran edir.

Rəssam yağlı boya, karandaş və rəqəmsal qrafika ilə işləməyə üstünlük verir.

9 şərh

pascal
Bu cür gözəl topiki necə olub görməmişik? :)
Gözəl rəsmlərdi. Ümumiyyətlə, rəsmə baxmağı sevənlərdənəm. Burdakılardan ən çox «Yaşıl çay»la «Balıqçı koması»nı bəyəndim. Bəzilərində rənglər gözü doydurur. Еlə bil ki, lazımından daha artıq istifadə olunub...mənə görə. :)
_BUMERANQ_
əsas odu gördün :)

Mənim daha çox ispan rəqsi, flamenko, balerina və yağışlı rəsmləri xoşuma gəlir.
Flamenko rəsmi lap Fabian Perezin əsərlərini xatırlatdı.  
pascal
Hə, bir də, 2-ci rəsm. Qalanlarında rənglərin «işiğı» gözlərimi ağrıtdı bir az. «Doyunca» baxa bilməyimçün rənglərin az olması gərəkirdi. :)
_BUMERANQ_
Perezin rəsmləri də çox gözəldi.