Albrext Dürer (1471-1528)

Albrecht Dürer - Avtoportret      Dövrünü 600 il qabaqlayan Albrext Dürer, məni rəssamlar arasında ən çox təəccübləndirənlərdən biridir. XXI əsrdə yaşasaydı, hələ də qəribə bir rəssam kimi tanınardı. Michelangelo Sistine Şapel`i, Leonardo Mona Liza`ni boyayarkən, o, heç görmədiyi bir kərkədanın təsvirlərindən yola çıxaraq qravürasını çəkmişdi.
    Alman rəssamı Dürer hələ 13 yaşındaykən avto-portretini çəkdi. Beləliklə, atası onun rəssamlığa, rəsmə olan marağını hiss edib onu ailə sənəti olan zərgərlikdə saxlamaq yerinəç bir rəssamın yanına köməkçi verdi. Dürer bu gün dini təbliğ edən rəsimləriylə İntibah dövründə tanınsa da, onu daha çox qravüraları, taxta boyaçılığı və ən əsas da suluboyalı işləri ile məşhurdur. Hətta kərkədan və dovşan şəkilləri belə, Məryam şəkillərindən daha populyardır. Belinə qədər uzun dalğalı saçları və ağır cizgiləri ilə, 90-cı illərdə görünən, volkmənlə metal musiqi dinləyərkən dəftərinə qorxunc fiqurlar qaralayan o qəribə gəncləri xatırladır. Halbuki Dürer üçün o möhtəşəm saçları, sadəcə avtoportretlərində özünü İsaya oxşatmağa kömək edəcək bir vasitə idi.
     Wing of a Roller (1512), Albrecht DürerDürer sənətindən pul qazanmaq üçün daha çox şəkil çəkmək istədi. Bunun üçün fərqli çap texnikaları edib, qiyməti aşağı saldı və bu yolda Avropanı qarış-qarış gəzib rəsmlərini satmaqdan çəkinmədi. Bunu bacardı da, Dürerin rəsmləri təkce Kilsələrdə və asilərin (üsyançıların) evində deyil, orta sinifdən incəsənəti sevən insanların divarlarını da bəzədi. Vəziyyət belə olduqda təqlid də edildi. Mavi Quzğunun Qanadı rəsminin tam altında görə biləcəyiniz, adının baş hərfləri olan A və D`i loqo olaraq istifadə etdi.Tarixdə ilk ticarət markası olduğunu deyə bilərik. Amma bu loqo asanlıqla təqlid edilə bilirdi. 1512-ci ildə Roma imperatoru I Maksimilian istedadını görüb onu öz himayəsi altına aldı. Bu münasibətdən faydalanan Dürer, imperatorun əmri ilə öz rəsm əsərlərinə imtiyaz haqqı aldı, yəni ilk müəllif hüququ. Qısaca, Dürer rəsm çəkməkdən başını qaldırıb bir kitab yazmağa başlasaydı, çox güman ki, marketinqin 4P`ini Philip Kotlerdən daha əvvəl ərsəyə gətirərdi.Self-Portrait or Portrait of the Artist Holding a Thistle (1493), Albrecht Durer
     Dürerin xəstələnməsinə səbəb çox səyahət etmesi oldu və o, 57 yaşında doğulduğu Nürnberq şəhərində vəfat etdi. Ölümündən sonra Dürer, daha da qiymətləndirildi. Hətta Nasistlər onu ən saf Alman rəssamı elan edib, bağırlarına basdılar, jurnallarında nümayiş etdirdilər, halbuki Dürer`in atası macar əsilli idi, nə gözəl...
     Bu avtoportret isə qərb rəssamlıq tarixindəki ilk avtoportretdir. Rəssamların insanların sıx olduqları kompozisiyalarda özlərini bir yolla rəsmə daxil etmələri əvvəldən olan bir şey idi amma oturub məhz özünü çəkənə ilk dəfə rast gəlinirdi. Dürer. sən necə də istediyini əldə edən, necə də dahi bir adammışsan! Dürer`in 22 yaşında ikən çəkdiyi bu avtoportret bir ilk olaraq keçirdi tarixə, amma Dürer üçün ilk deyildi, çünki o hələ 13 yaşında olarkən artıq sadə karandaş ilə avtoportretini çekmişdi. Dürer bu rəsmi çəkdiyi vaxt atasının məsləhəti nəticəsində ailə həyatı qurmaq üzrə idi. Rəsimdə tarixin tam yanında bir qeyd var, burada bele deyilir: «Yuxarıda nə yazilibsa, başıma gəlir». Dürerin dinə, xüsusilə İsa`ya heyranlığından söz açmışdım, hətta məhz buna görə də saçını uzadır və İsa kimi pozalar verirdi. Bu rəsimdəki baxışı da bir az təəccüblü, hələ güzgüyə baxaraq özünü rəsm etməyi tam anlayamamış kimi görünür, ya da evlənəcəyi üçün bu təəccüblü halını bilərəkdən əlavə etmiş ola bilər. Əlində də bir dəvətikanı olduqca gülünc doğurucudur.
     Young Hare (1502), Albrecht DürerDürerin quaş və suluboya işlədərək, bu qədər kəskin bir reallıq yaratması sizcə də böyük dahilik deyilmi? Bu rəsmi Mavi Quzğunun Qanadından 10 il əvvəl çəkdi. Məşhur loqosu dovşanın tam altında dayanır. Dürerin marka qeydiyyatı və rəsmi loqotip kimi işlərlə məşğul olub, yaratdığı bu fövqəladə dəyərə sahib çıxmasına təəccüblənməmək lazımdı.
     Ən sevdiyim, Dürer deyincə ilk ağlıma gələn rəsm budur.
The Rhinoceros (1515), Albrecht DurerBu kərkədan rəsmi sizə bir az qəribə gələ bilər. Amma bundan əmin olun ki, bütün Avropa Dürer bu şəkli çəkdikdən sonrakı 300 il boyunca kərkədanı bu rəsimlə bildi və tanıdı. Hətta incəsənət tarixinə ən çox səs gətirən, kopyalanan heyvan rəsmi olaraq keçdi. Dürer bu rəsmi çəkdiyində heç vaxt bir kərkədan görməmişdi. Sadəcə yazılı bir təsvirdən yola çıxdı. Bu səbəbdən də həqiqi bir Hind kərkədanını əlbəttə ki əks etdirmir, anatomiyası baxımından bir çox səhv var. Salvador Dali də bir kərkadan maraqlısı olaraq, heykəlini belə düzəltdiyini bilirsiniz, amma Dürerdən tam 415 il sonra!

Lola
 

2 şərh

24199601
Dan Braun «The Lost Symbol» kitabında onun mason olduğunu və əsərlərində masonik simvollardan istifadə etdiyini  bildirir. 
istorik_c
Mason olduğunu bilmirəm. Ən populyar əsəri «Qiyamətin 4 atlısı» taxta qravürüdür.