Kristinanın dünyası


Amerikalı realist rəssam Andrew Wyeth-a məxsus rəsm. 20-ci əsrin ortalarına aid olan ən məşhur amerikan rəsmlərindən biridir.

Rəsmdə öz evinə baxarkən təsvir olunan və rəssamın Men ştatındakı evinə qonşuluqda yaşayan Kristina Olson (1893-1968), poliomielit xəstəliyindən əziyyət çəkirdi. Rəssam yay aylarını burdakı evində keçirirdi və onu bu rəsmi çəkməyə ilhamlandıran, evinin pəncərəsindən Kristinanı sahədə bu cür vəziyyətdə görməsi olmuşdu. Kristinanın möhkəmliyi və mətanəti rəssamı heyran etmişdi. Çünki o, fiziki cəhətdən qüsurlu olsa da, mənəvi cəhətdən qeyri-adi gücə, mətanətə sahib idi. Rəssam Men Ştatındakı evində yaşadığı zamanlar Olson ailəsi ilə dostluq münasibətləri sayəsində Kristina və onun kiçik qardaşını 1940 və 1968-cı-i illərdəki bir çox rəsmlərində təsvir etmişdi.

Baxmayaraq ki, rəsmin ilham qaynağı Olson idi, lakin əsas model Kristina deyil, rəssamın öz həyat yoldaşı Betsy olmuşdur. Wyeth bu işi yaradarkən Olson 55 yaşında idi.

Rəsmdə göstərilən ev Olson evi kimi tanınır. Farnsworth İncəsənət Muzeyi tərəfindən idarə olunan bu ev, hazırda ictimaiyyət üçün açıqdır və rəsmdəki görünüşünə bənzətmək üçün yenidən bərpa olunmuşdur.
Rəsm Nyu-Yorkda Müasir İncəsənət Muzeyində sərgilənir.

0 şərh