Diptix Merilin | Endi Uorxol


Amerikan rəssamı Endi Uorxolun pop-art stilində işlədiyi məhşur rəsm əsəri «Diptix Merilin».

Uorxol rəsm üzərində işləməyə 1962-çi ildə Merilin Monronun ölümündən bir həftə sonra başlamışdır. Trafaret çapının vasitəsiylə rəssam aktrisanın 1953-çü ildə çəkildiyi «Niaqara» filminin çəkilişləri zamanı çəkilmiş fotodan əlli ədəd eyni şəkli kətan üzərinə köçürmüşdür. Əsər bir neçə ay sonra tamamlanmışdır.

Monronun əsərin sol tərəfindəki 25 şəkli parlaq boyanmışdır, digər hissədəki rəsimlər ağ-qara olub yerlərlə dağılmış, cızma qaranı xatırladan və sönük haldadır. Belə hesab edilir ki, Uorxol rəsmi iki, parlaq və sönük, hissəyə bölməklə kontraslarla dolu olan Merilin Monronun həyatı və ölümünü assosiasiya etmişdir.

2004-çü ildə «The Guardian» qəzetinin müasir incəsənətin 500 ən parlaq nümunələri arasında Uorxolun bu işi üçünçü yerə layiq görülmüşdür.

Rafiq

0 şərh