Quşların cəhənnəmi | Maks Bekman

«Quşların cəhənnəmi» (1938) nasist Almaniyasının alleqoriyasıdır. Bu Bekmanın "Gernika«sıdır, bu əsər nasistlərin rəssamın vətəninə edilən təcavüzə bir cavabdır. Hələ heç bir əsərində Bekman bu qədər düzünə, birbaşa tənqid etməmişdir. Gəlin bu əsəri biraz təhlil edək.


Niyə məhz quşlar insanlara əzab verir?
Xalq arasında yüksək rütbəli nasist məmurlara təntənəli formalarına görə „Goldfasanen“ yəni „qızıl qırqovullar“ deyilirdi. Həmçinin qartal nasist Almaniyasının rəmzi olmuşdur. Bəs mərkəzdəki nəhs quş nə təmsil edə bilər? Bu nasist fəlsəfəsinin əsas amillərindən biri Ana-torpaqdır, onun bir neçə döşü var (bu məhsuldarlığa işarədir, axı arilər irqi sağlam, „təmiz“ nəsil yetişdirməli idi) və o sağ qolunu qaldırmaqla nasist salamı verir. Bu ilahə qorxunc şəkilə dişlərini ağardır, onun yanında isə yerdə qızıl pullar səpilib.

Sağ küncdə faşizm təbliğatının əvəzolunmaz hissəsi olan səsgücləndiriciləri görmək olur. Onlların altında rəssam nasistlərə satılmış və heç bir müqavimət göstərməyən din xadimlərini qara geyimli quş qismində təsvir etmişdir.

Sağ küncdə yerdə qəzet parçaları görmək olar, bu mətbuatın da nasistlər tərəfindən zəbt etildiyinə işarədir. Sol tərəfdə isə kiçik masanın üzərində nasistlər gəlməmişdən əvvəl insanların yiyələndiyi əşyalar: üzüm (bolluq), kitab (bilik və incəsənət) və şam (idrak işığı rəmzi) təsvir edilib. Əlbəttə ki, bu əsəri onsuz da təqiblərə uğrayan Bekman Almaniyada çəkməmişdir, o Hollandiyada yaradılıb. Lakin bu ölkədə də nasistlər rəssamdan əl çəkmir və buna görə Bekman ABŞ-na emiqrasiya etməli olur.

0 şərh