Qustav Kurbe

Realizm cərəyanın yaradıcılarından və əsas nümayənlərindən biri Qustav Kurbe idi. O, İsveçrə ilə sərhəd olan Fransa şəhəri Ornanda dünyaya gəlmişdi. Uşaqlığı üzüm bağlarında, Fransanın şərqində, gözəl mənzərəli kiçik şəhərdə keçmişdir.

12 yaşından rəssamlığa maraq göstərməyə başlamışdır. 18 yaşında atasına hüquq üzrə təhsil alacağına söz verərək, Bezanson Kral Kollecində təhsil almağa başlayır. Lakin hüquqdan çox rəsamlıqla maraqlanır və iki il sonra paytaxt Parisə yollanır. Luvr-a baş çəkir, məşhur əsərləri kopyalayır, özünü inkişaf etdirir.

Kurbe Parisə gələndə çox iddialı, cəsur, heç kimdən, heç nədən çəkinməyən gənc idi. Tənqidçilər tək onun əsərlərini deyil, həmçinin onun özünü də tənqid edirdilər. Onu «kəndli ayı» adlandırırdılar. Hətta bir tənqidçi onun barəsində yazırdı: “Kurbe hər mövzuda rekord vurur- ən uçadan o qışqırır, ən çox bakal pivəni o içir, ovdan ən böyük ovu o gətirir və bir peyzajı ən tez o, iki saatdan daha az vaxta işləyir.”

Kurbe həyatdan nə istəyirdisə onu da alırdı, bunu necə edəcəyini yaxşı bilirdi. İndiki dildə desək, üzsüzün biri idi.

O qədər üzsüz ki, öz dostunun qadınını əlindən alacaq qədər.
Sonradan Paris kommunasına rəhbər seçilib və məşhur Vandom (qeydi oxu ) sütunlarını məhv edən, kommuna rejimi dağılandan sonra öz hesabına sütunları bərpa etdirmək məcburiyyətində qalan Kurbe, ömrünün sonunda müflisləşmiş, sütunlar üçün olan borcunu belə tam ödəyə bilməmişdir.
Şəxsi həyatı ilə ümumi tanış olduğumuza görə keçək əsərləri ilə tanış olmağa.

Bu məqamda yaxşı xüsusiyyətləri ilə tanış olmuş olacağıq. 
Şəkillərə baxaraq avtoportretlərini və nisbətən yaşlı dövr fotolarını görə bilərsiniz. —













Qeyd: 1805-ci ildə rus-avstriya qoşunu üzərindəki qələbəsinə həsr edilmiş abidədir. Döyüşdən sonra qənimət olaraq əldə edilən 120 topdan ərdilərək hazırlanıb. 3.5 metrdir, üzərində Austerlitz döyüşünü əks etdirən 76 barelyef işlənib. Hazırda Parisdə eyni adlı meydanda yerləşir.


aart.az
 

0 şərh