Vanitas

Vanitas janrına 16-17-ci əsrlərdə əsasən Flandriya və Niderland rəngkarlığında rast gəlinir. Bu janrda olan əsərlər dünyanın faniliyini ifadə edirdi. Əsərlər tamaşaçıya həyatın istənilən saniyədə bitə biləcəyini xatırladır.

Bu janrda olan əsərləri tanımaq çox da çətin deyil. Çünki əsərlərin mərkəzində əsasən böyük kəllə (skillet) dayanır. Lakin bu əsərlərə baxanda hər şey o qədər gözəl görsənir ki, bir anlıq dəhşətin fərqinə varmaya bilirsən. Bir neçə saniyə sonra isə cəh-cəlallı həyatın ortasında qaçınılmaz ölümün dayandığını görürsən.

Bu janrın yarandığı illərdə Avropa mədəniyyəti özünün çox da yaxşı olmayan dövrlərindən birini yaşayırdı. Gələcəyə dair yaranmış bədbinlik duyğusu rəngkarlığa vanitas janrını bəxş edir.

Kətanın üzərindən insanın üzünə baxan ölümün qarşısında adi məişət problemlərindən tutmuş, bütün siyasi, dini və digər mövzular adiləşmiş olurdu. Rəssamlar da dövrün mövcud vəziyyətinə fikrini bu cür bildirirdi.

Vanitas janrında olan əsərlərdə meyvələrə, güllərə, sınmış qablara, musiqi alətlərinə, karnaval maskalarına, qum saatına, silaha, güzgülərə və s. rast gəlmək olar. Hər biri müəyyən mənanı rəmzləşdirir. Bu əsərlərdə az hallarda canlı insan görmək olar.

aartaaz
 

0 şərh