İmpressionizmdə natürmort | Eduard Mane

XVII əsrdən etibarən natürmort Avropada müstəqil janr kimi meydana çıxdı, daha parlaq və dərin məzmunu ilə Flandriya və Niderlandda çiçəklənərək inkişaf etdi. Bu dövrdə milli məişətin xüsusiyyətlərini, təbiətin nemətlərini, sadə insanların əməyini və yaşayış tərzini özündə əks etdirən əşyalar rəssamların diqqətini daha çox cəlb edirdi. Məhz bu dövrdə məişət, mənzərə və natürmort kimi müstəqil janrlar meydana gəldi.
Natürmort özünün həm çiçəklənmə, həm də tənəzzül dövrlərini yaşamışdır. İntibah dövründə XV-XVI əsr rəssamlarının yaratdıqları tablolarda natürmort çox sadə bir yer tuturdu: əşyalar sanki tablonun küncünə sığınmış kimi təsvir olunurdu. Natürmort janrının ən yüksək inkişaf dövründə XVII əsrdə əşyalar artıq əsərin “əsas qəhrəmanı” kimi təsvir edilirdi. Eduard Mane “Qızılbalıqla natürmort”. Şəxsi kolleksiya. 1869
Realist üslubda yaradılmış natürmort öz inkişafını böyük fransız impressionisti Eduard Manenin yaradıcılığında tapmışdır. O, natürmortlarda kompozisiyanı sadələşdirmək üçün əşyaların sayını azaldırdı. Manenin natürmortlarında o dövr sənətkarlarının çox sevdiyi hədsiz yüklənməyə və yaxud süni yaradılmış mürəkkəbliyə rast gəlmək mümkün deyil.
Parisdə sənətçilərin özlərini xalqa tanıtmasının prestijli yolu, sənət əsərlərini Salonda sərgiləməkdir. Salon jüriləri sərgilənəcək olan rəsm əsərlərinin seçimində sərt və diqqətli olduğundan bu asan bir iş deyildi. “İspanyol Musiqiçi” tablosunu Salona göndərəndən sonra juriden təsdiq cavabı alan Maneyə, bu əsərə Salon tərəfindən verilən şərəfli rəy oldu.864-cü ildə Mane daha çox əsərlərini Salona təqdim etsədə onların hamısı digər sənətçilər və akademiklər tərəfindən sərt tənqidlərlə qarşılandı. Tənqidçilər tərəfindən baxılan “Öküz Döyüşündə İnsident” adlı əsərinin perspektiv baxımından səhvlərlə dolu olduğu vurğulandığı halda, “Ölmüş Məsih və Mələklər” əsəri isə ‘ədəb əksikliyi’ səbəbindən başqalarında təsirsiz təəssürat buraxdı. Ruhani və mənəvi birisinin əvəzinə, necə ki əsl Məsih belə olmalıdir, o, Məsihin bədənini ölü bir kömür mədənçisinin bədəninə bənzətdiyi üçün hücuma məruz qaldı. Tabloda mənəviyyat və həqiqət tonlarının olmaması ən çox da tənqidçiləri hiddətləndirmişdi.
Eyni şərhlər xüsusilə modern səhnələri sərgiləyən digər tablolar üçün də keçərliydi. Ən mübahisəli rəsmlərindən olan “Olympia” əsəri mövzusuna görə deyil, Manenin bu mövzunu təqdim etmə şəklinə görə bir çox tənqidçiləri məyus etdi. Bu rəsmdəki çılpaq bir qadının görünüşü tənqidçilərin gözü və hissləri üçün kifayət qədər məqbul və ya layiq görünmürdü.
«Olympia» o zamanki mətbuatda karikatura mövzusuna çevrilməsinə baxmayaraq, Fransız avangard cəmiyyəti tərəfindən dəstəkləndi və rəsmin əhəmiyyəti Pol Sezan, Clod Mone, Piyer- Ogüst Renuar və sonra Gogen, Van Qoq kimi sənətçilər tərəfindən yüksək qiymətləndirildi. Baxmayaraq ki, açıq rənglərdən istifadə etməyə xüsusi diqqət edən Manenin əsərlərində həmin dövr rəngkarlığına xas olmayan qara çalarları çox görmək olar. Manenin əsərləri İmpressionizmdən təsirlənib, lakin o, sənətin bu dövründə sərgilərə cəlb olunmaqda maraqlı deyildi. İşlərini daha çox Salonda sərgiləməyə can atan rəssam İmpressionist tərz rəngkarlığın təmsilçisi olmaq fikrindən uzaqlaşmaq istəyirdi.
Manenin “Folies-Bergeredə Bir Bar” adlan son işi 1882-ci ildə Salonda sərgilənmiş, bundan əvvəlki ildə isə, Fransa hökumətindən ‘Legion of Honour’ mükafatına layiq görülmüşdü. Bu həyatı boyu aldığı ən yüksək tanınma forması idi.
1880-ci ildən etibarən, Mane ciddi sağlamlıq problemlərindən əziyyət çəkirdi, bu səbəbdən də Bellevue-da müalicə almağa məcbur edildi. Beləliklə, Parisin ətrafında sakit bir tərəfdə villa kirayəyə götürməyə qərar verdi. Bu yer həm də, həyat yoldaşı Suzanne Leenhoffun portretlərindən sonuncusunu tamamladığı yer idi.
Mane, 1883-cü ildə vaxtsız ölümünə qədər sənətə məftun idi. 420 rəsmdən başqa, Eduard Mane geridə elə bir iz qoydu ki, onu müasirlərindən əbədi olaraq ayrı tutacaq və cəsur, nüfuzlu bir sənətçi kimi müəyyən edəcəkdi. “Hər şey sadəcə görüntüdür, keçən gecənin zövqləri, yaz gecəsinin yuxusu. Yalnız rəsm, bir əksin əks olunması — həm də əbədiyyətin əks olunması — bu ilğımın parıltısını yansıta bilər.” Eduard Mane

Mənbə:Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Təsviri İncəsənət fənni üzrə DƏRSLİK, bilge.az

0 şərh