Rəssamlıqda cərəyanlar-2

Novatorçu rəssamlar şərq sənətindən də örnəklər alaraq rənglərin demokratikliyinə üstünlük verməkdə idilər.Hansı üslubda çalışırsanız çalışın, rəngi öyrənmək, ondan doğru istifadə etməyi bacarmaq, rəngləriçirkablıqdan çıxarmaq yolu plenerdən keçir. Çünki təbiəti kirli rənglərdə yazmaq olmaz. Emalatxanada palitranızdaqalan artıq rəng qarışımını tablonuzun hər hansı bir yerinə çəkə bilərsiniz. Amma plenerdə bunu edə bilmərsiniz.Səbəb-təbiətdə heç bir kirli rəngin olmamasıdır.Impressionizm cərəyanının əsas meyarı plener olduğu halda ifa tərzində əsasən üstünlük, gördükləri obyektinbirbaşa özünü deyil, onun ilk təəssüratını əks etdirməyə verilirdi. Bu ona görədir ki, impressionist rəssamlarınəsərlərində rəng münasibətləri qurulurkən daha çox əlvan rənglərə yer verilirdi. Rənglərin əlvan, təmiz və işıqlıolması böyük təsir qüvvəsinə malik idi və daha çox tamaşaçı auditoriyası toplamağa müyəssər olurdu. Real sənətüslubundan fərqli olaraq daha az müddətli yazılırdı. Havanın mavisi real mavidən daha artıq nəzərə çarpacaqdərəcədə yazılırdı. Qırmızı olduğundan daha çarpıcı yaşıl, sarı və s. rənglərin effektlərindən ən maksimal dərəcədəistifadə etməyə çalışılırdı. Yüksək effektə malik olduğundan tez bir zamanda vüsət aldı və bütün dünyanı bürüdü.Dünyanın hər yerində impressionist rəssamlar meydana çıxdı. Plener sahəsində o qədər gözəl əsərlər yazılırdı ki,istər Rusiya, istər Balkanlarda, çox sonralar Azərbaycanda və s. , hətta bu cərəyanın mərkəzi sayılan Fransanı geridəqoymağa başlamışdı. Əlbəttə ki, başlanğıc dövründən uzaqlaşdıqca daha obyektiv qiymət vermək mümkündür.

Yaxın tarixdən başlayaraq rəssamlıq sənətində müxtəlif cərəyanlar meydana gəldi ki, bütün rəssamlıqənənələrindən imtina edərək, dövrün modasına uyğun olaraq, dekorativ başlanğıcda fəlsəfi fikirlərə üstünlükverilərək fərqli adlarda ortaya çıxdı. Əlbəttə ki, sənətin gözəlliklərindən biri də odur ki, özündə hər cür fərqliliyiyaşatsın. Ancaq bütöv bir ənənədən imtina etmək bu doğru deyil. Nədən doğru deyil? Bir rəssam nə cür əsərlərüzərində çalışırsa çalışsın, avanqard, modern, klassik yüksək ustalıq göstərməlidir ki, bu da onun rəssamlıqqabiliyyətini fərqləndirməlidir. Rəssamlığın əsrlərdən keçərək günümüzə qədər gələn atributlarından uzaqlaşmaqrəssamlığın ümumilikdə səviyyəsinin aşağı düşməsinə səbəb olmaqdadır.Rəssamlıqdan uzaq olan dırnaq arası rəssamlar isə sənətə fərqli donlar geydirərək məqsəddən uzaqlaşdırmağaçalışırlar ki, etdiklərinin rəssamlıqla heç bir əlaqəsinin olmaması göz qabağındadır. Çünki adı rəssamlıq olan sənətrəssamlıqdan ibarətdir. Ikincisi isə budur ki, dəb ilə gələn dəbin gedişi ilə bərabər gedər. Hər şeyin bir təməli vardır,o cümlədən rəssamlığın da. Bir şeyi öyrənmək istədiyimizdə onu təməldən öyrənməyə çalışmalıyıq. Belə düşünürəmki, nə vaxtsa rəssamlıq yenidən təbiətə müraciət edəcək ki, bu müraciətdən yeni cərəyan doğulacaqdır. Bu cərəyanıniçində yer tutmaq üçün ustalıq səviyyəmizi artırmalıyıq. Ustalığın yollarından biri plenerdən keçir ki, onun damahiyyətini məşğul olanlar bilir.

Çünki, əks etdirdiyimiz hər hansı bir kompozisiya mütləq bizim həyatımızlabağlıdır. Həyatımız isə təbiətin bir parçasıdır. Ümumiyyətlə, hansı cərəyan başda olursa-olsun, gözəl bir mənzərənin,etüdün öz xüsusi yeri vardır. Hansı muzeyə getsəniz, nə qədər müxtəlf əsərlər izləsəniz də çox füqurlukomporisiyalar, mürəkkəb yazılışlı portretlər heyran etsə də naturadan çəkilimiş kiçik bir mənzərə öz səmimiyyəti,gözəlliyi ilə oradakı bütün əsərlərdən seçilərək önündə durmağa, ayaq saxlamağa insanı vadar edir. Biz heç bircərəyana uymadan sənət yolumuzu plener üzərində qursaq yenə heç bir zaman peşiman olmarıq. Çünki, təbiətin vəonun içində bulunan şeylərin heç bir zaman dəbin keçməyəcəkdir. Adı sənət dünyasının tarixinə yazılan bir çoxrəssam vardır ki, onlar bütün sənət yolunu məhz plener üzərində qumuşdular. Bunlardan V. Van qoq, Klod Mone,A.Sisley, Klever, Kuinci, Şişkin, Levitan, S. Bəhlulzadə və s. Bu siyahını əlbətdə ki, uzatdıqca uzatmaq mümkündür.Şişkin rus rəssamlıq məktəbinin böyük ustalarındandır. Sənət yolunu məhz plener üzərində qurmuşdur ki,bunun da nəticəsi olaraq sənətsevərlərə yüzlərlə biri-birindən gözəl və sənət yönündən yüksək səviyyəli əsərlər bəxşetmişdir. Günümüzdə bir çox evlərdə, iş yerlərində və s. onun tablolarının böyüdülmüş foto reproduksiyalarısevilərək interyerləri bəzəməkdədir. Əsərlərini real üslubda işləyən rəssam adətən Rusiya təbiətini əks etdirmişdir.Rəssam o qədər mürəkkəb motivlər seçmişdir ki, bu əsərlərə baxdığımızda ilk başda belə bir sual meydana çıxır:görən bir insanın ömrü yetərmi ki, bu qədər mürəkkəb, istər süjet baxımından, istərsə ifa baxımından əsərləri bitiribsona gətirsin? Demək ki, yetərmiş.

Çox zamanını plenerdə, axtarışda keçirən rəssam hətta kəmərində baltagəzdirərmiş ki, baltanın plenerlə nə əlaqəsi var, deyəcəksiniz. Rəssam işləmək üçün təbiət mənzərəsi seçərkən bəzənelə olurdu ki, böyük bir ağac onun önünü kəsərək maneçilik törədirmiş. Belə olan təqdirdə rəssam baltanı götürübhəmən ağacı kəsərək maneəni aradan qaldırarmış. Əsərlərini seyr etdiyimiz zaman rəssamın o qədər gözəl, dəqiqnöqtədən yer seçərək çalışdığının şahidi oluruq ki, əgər yerini dəyişib kompozisiyanın mərkəzini bir az sağa və yasola doğru hərəkət etdirsən hər şeyin pozulub, təsirini itirəcəyi fikri peyda olur. Bu da seçəcəyimiz nöqtənin nəqədər böyük əhəmiyyət daşıdığını isbat edir. Məşhur tatar rəssamı N.I.Feşinin gündəlik iş rejimini səhər erkəndən plenerə çıxaraq başlardı. MəşhurAzərbaycan rəssamı Səttar Bəhlulzadə günlərlə plenerdə olar, biri-birindən maraqlı, gözəl əsərlərlə sənətsevərlərisevindirərdi. Onun sevilən əsərlərindən biri olan "Kəpəzin gözyaşları" nı işləmək üçün bütün gecəni səhərədək Göy-Gölün kənarında keçirmiş, onun neçə haldan hala dəyişdiyini izləmiş, lazımi qeydlər edərək bu cür gözəl əsərmeydana gətirmişdir.İmpressionizmin başlanğıc dövrlərində bu yolu seçmiş olan rəssamların əsərlərində klassik ənənələrintamamən yox olmadığının nişanələri hiss olunmaqdadır. Zaman keçdikcə klassizmin diktə etdiyi qəti qanunlarəriyərək ortadan qalxmağa başladı və bu da əslində gələcəkdə peyda olacaq digər cərəyanların da başlanğıcınıqoymuş oldu. Asudəliyin sərxoşluğu içində üzən bəzi rəssamlar heç bir sərhəd tanımadan bütün maneələri aşmağahazır idilər. Nəticədə bu da baş verdi və XIX əsrin ortalarından başlayaraq təsviri sənət saysız şaxələrə ayrılmağabaşladı. Həqiqətən də təsviri sənətdə artıq heç bir məhdudiyyət qalmamışdır və hətta o qədər demokratiklik qazanılmışdır ki, əlində qələm tuta bilən hər kəs özünü rəssam adlandırmaqdan çəkinmirdi.

Mənbə:  Yusif Əlizadə
Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti
 

0 şərh