Рейтинг
+106.10

Məşhur rəsmlər və rəssamlar

91 üzv, 122 topik

Niko Pirosmani - 2

Aslan Pirosmaninin oğlu Niko gənc rəssam Le-Dantyu və Zdaneviç qardaşları tərəfindən Tiflisdə heç kəsin fərqində belə olmadığı xəzinə kimi milli sərvət kəşf olundu.
***
1913-cü ilin mart ayının 24-də indiki Puşkin küçəsində “Mişen” qrupunun sərgisində ilk dəfə olaraq Pirosmaninin də əsərləri sərgiləndi və sənətsevərlərin, özəlliklə də futuristlərin diqqətini cəlb etdi. “Mişen”in kataloqunda Pirosimaninin “Pivə içən qız”, “İ.M.Zdaneviçin portreti”, “Maral” əsərlərinin adları çəkilir.
Ardı →

Niko Pirosmani - 1

XX əsrin əvvəllərində Tiflisdə, Kür çayının sol sahilində qəribə bir adam yaşayırdı – o, kinto Niko idi. Ucuboylu, solğun bənizli kinto Nikonu Tiflisdə hamı tanıyırdı, onu Tiflisin hər yerində görmək olardı, o, saatlarla şəhərin labirintə bənzər küçələrində fikirli-fikirli gəzib dolaşardı, çox vaxt da yüngülcə sərxoş olardı.
Tiflisdə onun məhəbbət macərası dillərdə dastan idi, o, Marqarita adlı bir aktrisanı dəlicəsinə sevirmiş, o, məhəbbətin uğrunda hər şeyindən keçib. Niko bir gün evini-eşiyini, dükanını – sata biləcəyi hər şeyini dəyər-dəyməzinə satır. Tiflisin bütün qızılgüllərini alıb aktrisanını yaşadığı küçəyə səpir.
Alla Puqaçovanını “Milyon, milyon qızılgül” mahnısını yada salın – bu məşhur mahnıdakı bədbəxt rəssam kinto Nikodur, Niko Pirosmanidir. Mahnının sözlərini Andrey Voznesenski yazıb, Voznesenski görkəmli şair, istedadlı memar və orijinal rəssamdır. Tiflisin mərkəzində ucaldılmış “Ana dili” abidəsinin üç müəllifindən biri Andrey Voznesenskidir.
Ardı →

Salvador Dali

1934-cü il… Nyu-York Salavador Dali kimi birisini gözləyir. Qəzetlər dinc, ekssentrik, intellektual tacir – Dali haqqında yazır. Dali ilə görüşün ilk təəssüratı belədir: əlində 2,5 metrlik fransız bulkası gəzdirən balaca və əsəbi insan bədəninə ən azı yarım düjün şəkil bağlamış tərzdə var-gəl eləyir. O, Nyu-Yorkun oğrularından qorxur. Jurnalistlər bu insanla çiyinlərində epolet əvəzinə donuz kotletləri çəkilmiş Qalanın portretindən sonra maraqlanmışdılar. Hamı bu kotletlərin çiy, yaxud qızardılmış olmasını müzakirə eləyir. Dali isə jurnalistlərə izah eləyir ki, bu kotletlər onun Qalanı yemək arzusunun simvoludur.


Ardı →

"Paris məktəbi" rəssamları-1

İyirminci əsr təsviri sənətində, ümumiyyətlə incəsənət tarixində “Paris məktəbi” rəssamları önəmli yer tutur. Maraqlıdır ki, bu rəssamların arasında mənşəcə bir fransız sənətkar belə yoxdur. “Paris məktəbi”nə mənsub olan rəssamlar Birinci Dünya Savaşı ərəfəsində və savaşdan sonra Avropanın müxtəlif ölkələrindən, fərqli mədəniyyətlərdən gəlib kosmopolit Parisdə məskunlaşan, burada yaşayıb-yaradan sənətkarlardır. Bununla belə, onların yaradıcılığını Fransız mədəniyyəti konteksində qəbul etmək və incələmək ən düzgün yoldur.


Ardı →

Pol Qogen

1895-ci ildə fransız müstəmləkəsi olan Taitinin əsas limanı — Papeetaya bir neçə ay əvvəl Marseldən çıxmış gəmi yan alırdı. Göyərtədə gəzişən sərnişinlərin gördüyü mənzərə heç də ürək gedən deyildi: kobud şalbanlardan yığılmış körpü, palma yarpaqlarıyla örtülmüş və ağardılmış evlər, taxta kilsə və «Jandarmeriya» yazılmış ikimərtəbəli koma.
Bu gəmidə gəlmiş 47 yaşlı Pol Qoqen sınıq-salxaq ömrünü, ümidsiz arzularını qoyub qaçmışdı. Müasirlərinin gülüb ələ saldığı rəssamı, uşaqların unutduğu atanı və Paris jurnalistlərinin ələ saldığı yazıçını irəlidə heç nə gözləmirdi. Ticarətçilər və çinovniklərlə bir dəstədə vaxtından qabaq qocalmış, hündür və kürəyi əyilmiş insan da sahilə düşdü. Vaxt vardı, indi hamının rədd etdiyi rəssam firavan burjua sayılırdı.
Davamı →

Modilyani (Amedeo Modigliani)

Parisə yağış yağırdı və kimsə itlərlə birgə islanırdı…
İtlər onu tanıyırdı. İtlər, sərxoşlar, avaralar və Parisin bütün sənət mühiti onu tanıyırdı.
Onun Parisdə şərab içmədiyi meyxana, tiryək çəkmədiyi dalan, hansısa qızla sevişmədiyi otaq və çılpaq rəsmlərini çəkmədiyi qadın, demək olar ki, qalmamışdı.
Onu ölməmişdən dahi sayırdılar. Pikasso onun rəsmlərini dəli kimi qısqanırdı. Ən yaxın rəqibi, dostu və düşməni Pikasso kimi əsərlərini pula çevirə bilmirdi. Düzü, heç cəhd də eləmirdi.
O, əyyaşın, avaranın, tərbiyəsizin biriydi.
Ardı →

Amedeo Modilyani

Sovet dönəmində hər hansı intelligentin evində «Leopold Zborovskinin portreti», yaxıd «Janna Ebüternin portreti»nin reproduksiyasını görmək olardı. Axı o vaxtlar çoxu «Monparnas 19» filmini görmüş və qadınların sevimlisi, «bogema şahzadəsi», alkoqol, narkotik  və vərəmin birgə səyi ilə məhv olandan sonra dünya şöhrəti qazanmış dahi rəssam haqqında əhvalatı yaxşı bilirdi. Bir balaca artıq məlumatı olanlar Anna Axmatovanın Modilyaniyə «Rotonda» kafesində çılpaq pozaları haqqında qeybətlər də eləyirdi. Kimsə İlya Erenburqun «qarğışlanmış rəssam» haqqında şerlərini oxumuşdu. «Modi» ifadəsi fransızca qarğışlanmış, lənətlənmiş mənasını verir.


Ardı →

Diana Dengel (Dianne Dengel)

Diana Dengel (Dianne Dengel)


diana Dengelin rəsmiDiana Dengel əslən İspanıylı olan ABŞ rəssmıdır. O,  1939-ci il yanvar ayının 1-ində dünyaya göz açıb. Diananın çox erkən yaşda yaradıcılıq istedadı olduğunu demək olar ki, onu tanıyan hər kəs hiss edib. Diananın ailəsi çox kasıb idi. O, kasıbçılıqdan rəng, fırça və s. bir sözlə şəkil çəkmək üçün lazım olan materiala sahib deyildi. Hətda rəsmlərini fırça olmadığından öz barmaqları ilə və yaxud diyirləyib fırça kimi istifadə edə biləcəyi vəziyyətə gətirdiyi qazet parçaları ilə rəngləməli olurdu. Belə ehtiyac içində olmasına baxmayaraq o istedadlı idi və bu qız gecə-gündüz maddi cəhətdən nə isə əldə etmək üçün yaxşı şəkillər çəkməyə çalışırdı bu səbəbdən sənəti günü-gündən inkişaf etdi və nəhayət Diana Dengel tanınmış rəssamlardan biri olmağı bacardı.


Ardı →

Veneranın doğuluşu

Veneranın doğuluşu


İtaliyalı rəssam Sandro Botticellinin 1482-1486 -cı illərdə çəkmiş olduğu Veneranın doğuluşu tablosu dünyanın ən məhşur əsərlərdən biridir. Əsərdə Veneranın dənizdən bir gənc qadın olaraq doğuluşu təsvir olunub. Hal hazırda bu rəsm əsəri Florensiyada Uffizi müzeyində (İtalyanca: Galleria degli Uffizi) sərgilənməkdədir.


Ardı →