Рейтинг
+106.10

Məşhur rəsmlər və rəssamlar

93 üzv, 158 topik

Məhşur portiret - Mono Liza

«Mona Lisa» rəsmində qadının sifətində qaş və kirpikləri də daxil olmaqla heç bir tük yoxdur. Bəzi tədqiqatçılara görə, Da Vinçi həmin dövrün dəbinə görə Mona Lisanı qaşsız və kirpiksiz çəkib. Lakin 2007-ci ildə fransız mühəndis Pascal Cotte bəyan etdi ki, «ultra high resolution scan» zamanı Mona Lisanın əslində qaş və kipriklərlə təsvir olunduğu müəyyən olmuşdur. Çox güman ki, onlar zamanla bərpaetmə və təmizləmə proseslərində itmişdir.


Mono Liza haqqında 10 fakt:

 1. Mona Lizanı Fransızlar «La Joconde», İtalyanlar isə «La Gioconda» olaraq bilir yəni «Madonna Liza»nın qısaltması. Bu da «Leydim Liza» deməkdir.

2. Mona Lizanın gerçəkdə kim olduğu hələ bir sirr. Ancaq tarixçilər onu Florensialı bir işadamı olan Francesco del Giocondonun yoldaşı Lisa del Giocondo olduğuna inanır.


Ardı →

Salvador Dalinin hiyləsi

Məşhur və qeyri-adi rəssam Salvador Dali öz işlərinin dəyərini və əhəmiyyətini vurğulamağı sevirdi. Məsələn, o, müştərini rəsmlərini çəkərkən rəngləri yaratmaq üçün eşşəkarısı zəhərindən istifadə edib deyə onu aldada bilərdi.
Bəli, bəli məhz buna görə şəkil qiyməti  1 000 000 $-dır.
Restoran sahibləri ilə isə daha da hiyləgərcəsinə davranırdı. Dali bir qrup dost-tanışlarını toplayıb, onları menyudan öz sevimli yemək və ickilərinə qonaq edərək bütün axşamı keçirə bilərdi. Hesab vermək gələndə… rəssam səxavətli əli ilə böyük məbləğdə çeki imzalayırdı, sonra isə çeki çevirirdi və müəssisənin sahibinə bir neçə isti söz yazırmış: Hesab sadə idi....Özünün canlı dahiliyinin şöhrətidən istifadə edən Dali əmin idi ki, restoranın sahibi Dalinin orijinal imzası ilə olan qəbzi hec cure nəğd pula cevirməyə qerara gəlmiyəcək! Adətən, belə də olurdu: Restoratoran sahibləri başa düşürdülər ki, zaman keçdikcə bu çekə görə daha çox pul qazana bilərlər nəyiki indiki sade bir hesabdan. Rəssam isə çoxlu pul qənaət etmiş olurdu.
Davamı →

Da Vinci-nin yeni əsəri tapılıb


İsveçrə banklarının birində Leonardo da Vinci-nin olduğu deyilən əsər saxlanılır. Əsərdə İntibah dövrü rəssamlarının hamisi sayılan qraf Mantova-nın xanımı Isabella d’Este təsvir olunub.

Xəbəri «Corriere della Sera» qəzetinin  «Sette» adlı cümə əlavəsi yayıb. Qəzetin yazdığına görə, əsər 400 ildir kolleksiya toplayan italyan ailəsinə məxsusdur. Laboratoriya təhlilləri əsərin intibah dövründə yaradıldığını ortaya çıxarıb.


Ardı →

Qeyri-adiliyi ilə seçilən daha bir əl işi.

Türk rəssam dünyanı heyrətə gətirdi.
Onun əsərləri dünyada misli-bərabəri olmayan stildə hazırlanır. Çünki bu əsərlər kəpənəklər, ilbiz, hətta makaron və tikanların üzərində yaradılır.İstanbullu rəssamın əsərləri ilə dünyanın ən məşhur muzeyləri və özəl kolleksiyalarının sahibləri maraqlanmağa başlayıblar. 53 yaşlı Həsən Kale qabaq toxumu, düyü və qənd üzərində də əsərlər çəkir.Türk rəssam Həsən Kalenin yaradıcılığı fenomenaldır.


Ardı →

Frida Kahlo

Frida Kahlo1907 ci ildə Meksikada mavi evdə bir qız uşağı doğulacaqdı, amma mavi rəngin fərahlığından onun həyatına çox az şey düşəcəkdi. Meksika inqilabı dövründə doğulan və həyatı boyunca yaşadıqlarını ömrünün inqilabı edəcək qədər ehtiraslı olan bu qız, adı dünya miqyasında eşidiləcək, xüsusi ilə də ölkəsi Meksikanın seçilmiş adları arasına çəkiləcək rəssam Frida Kalo idi. Sosialist və feminist olan Frida Kalonun həm yaşayışına, həm də sənətinə eşq və kədərin təsir etdiyini deyə bilərik. Rəsmlərində həyatının kədərli bir hekayə olduğunu, göstərməyə çalışırdı.
Frida 6 iyul 1907-ci ildə dünyaya gəlib. O, macar yəhudisi Vilhem Kalo və qızıldərili əsilli Matilda Calderonun üçüncü uşağı idi. Həm içinə qapanmış, həm də hərəkətli bir uşaqlıq keçirmişdi. Həyatının uğursuzluqlarından biri olan “fiziki ağrı” onu hələ uşaqlıq illərində yaxalamıdşı.
Altı yaşı olanda uşaq iflici keçirir. Məhəllə uşaqlarının sağ ayağındakı fərqə görə “taxta ayaq” deyə çağırdıqları Frida, o biri qardaşlarına nisbətən atasından xüsusi diqqət görürdü. Fridanın uşaqlıqda kobud bir halı vardı.
Davamı →

Sürgünə göndərilən sovet avanqardizmi

Adil MirseyidBöyük Sovet Ensiklopediyasının (BSE) I cildində avanqardizm haqqında belə yazılıb: “Avanqardizmin XX əsr təsviri sənətində ənənəvi realist bədii obrazlarla əlaqəsini qıran, yeni ifadə vasitələri arayan və əsərin formal strukturunu vurğulayan hərəkatdır”.
Bəs, Sovet İttifaqında avanqard sənətə, nonkonformist rəssamlara münasibət necə idi? Sovet avanqardizmi mövcud idimi? Avanqard Rəssamlar nə düşünürdülər, nə istrəyirdilər? Onların dünya baxışları, estetik idealları, fəlsəfi söykənəcəkləri, sənət amalları hardan və nədən qaynaqlanırdı?

Deyəsən, sual çox oldu. Biz imkanlarımız daxilində bu suallara cavab verməyə çalışacağıq.

50-ci illərin ortalarında və 60-cı illərin əvvəllərində “Xruşşov qızdırması”ndan sonra şəxsiyyətə pərəstiş dövrü sona yetdi, sovey ədəbiyyatında keyfiyyətcə yeni əsərlər yarandı. Yeni ədəbi qüvvələr, yeni imzalar göründü. Bu gənc sənətçilər sonralar “60-cılar” kimi tanınmış ədəbi nəsildi. Onlar “Xruşşov qızdırması”nın ilğımlarına inandılar, bel bağladılar və aldandılar. “Xruşşov qızdırması”nın ömrü isə az oldu.
...Nikita Sergeyeviç Xruşşov bir dəfə gənc sovet ziyalıları ilə görüşündə səbrini cilovlaya bilmədi. Şair Andrey Voznesenki çıxış edərkən baş katib yumruğunu masaya çırpıb: “Siz bizi öyrətməyin, cənab Voznesenki” deyə bağırdı: “Ölkədən rədd olub çıxıb gedin!”
Ardı →

Kazimir Maleviç

Kazimir MalevichRəssam Kazimir Maleviçin düşündüyü məbəd həqiqət işığının kor edilməsi üçün əsl rəssam emalatxanası idi.
Deyirlər ki, «incəsənət yalnız o zaman dəyərlidir ki, o bizimlə danışır». Hansı dildə danışırsa danışsın, ancaq məramı xoş olsun. Əsrlər boyu müxtəlif janrlarda ərsəyə gələn sənət əsərləri öz dövrünün tələblərinə uyğun yaranmışdır. XX əsrdə də dadaizm, modernizm, ekspressionizm, abstraksionizm, fovizm, kubizm, sürrealizm, futurizm və suprematizm kimi yeni janrlar incəsənətə özünəməxsus ab-havanı gətirə bildi. Yum fəlsəfəsinə görə, proses o vaxt tarixə çevrilir ki, o öz qanunlarını yarada bilsin. Və əlbəttə, bu qanun bəşəriyyətin gələcək rifahı naminə həyata keçsin.
Rəssamlıqda «novatorluq» göstərən Kazimir Maleviç XX əsrin əvvəllərində müxtəlif rəngli kvadrat şəkilləri vasitəsilə tamaşaçısına nə demək istəyib? O, «Qara kvadrat» şəklinin mövzusunu sakrallaşdıraraq onu kosmik şüurun təsiri altında yarandığını iddia etmişdir. O, əslində qəlbinin, düşüncələrinin qaranlıq tərəfini incəsənət vasitəsi ilə reallaşdırmışdı. Deyilənə görə, qaralamasını bitirdikdən sonra rəssam bir həftə nə yeyib, nə də içib və incəsənətdə «suprematizm» cərəyanının əsasını qoyub. Bu əsəri «zamanın ikonası» adlandıranlar da az deyil. 
Görkəmli filosof M.Baxtin gözəl deyib: «Janrlarla düşünürük». Hər kəs özünəməxsus istedadını təsdiq edən janra uyğun əsərlər yaradır, bununla da öz tamaşaçısını, dinləyicisini, oxucusunu qazanır. Əslində Maleviçin yaradıcılığında binar müxalifət nəzərə çarpmır. Çünki hər hansı bir əsərdə binar müxalifət mövcud ola bilər. Andrey Yaxnin «Antiincəsənət» məqaləsində qeyd edir ki, Mefistofelə xas olan bütün cəhətləri Maleviçdə tapmaq olar. Rəssamın 1910-cu ildə çəkdiyi avtoportret isə buna əyani sübutdur. O, ikonoqrafiyanı yaxşı bilirdi. Rəssamın suprematizm janrında bu müqəddəs mövzunu qırmızı, ağ kvadratlarının rəngləri vasitəsi ilə əks etdirməsinə apofatik yolla bəraət qazandıran da tapıla bilər. Georgi Pobedonosets ikonasında onun atının sinəsinin ağ rəngi ağ kvadratda, al qırmızı rəngli geyimi isə qırmızı kvadratda guya öz əksini tapmışdı. Buna bənzər suprematik eksperimentlərlə rəssam maniakal nifrətlə işığın antropomorf prinsiplərini məhv etməyə çalışmışdı. K.Maleviç öz radikal çıxışlarında qeyd edirdi: «Məbəd pedaqogika üçün deyil, yeni ideyalar üçündür. İsa və Məhəmməd pedaqoqdur. Məbəd həyat üçün vacib olan işarələrin yeridir. Məbədə öyrətməyə deyil, yaratmağa gedirəm.» Onun düşündüyü məbəd həqiqət işığının kor edilməsi üçün əsl rəssam emalatxanası idi. Onun yaradıcılığı da kamproçikosların fəaliyyətindən geri qalmırdı. Kamproçikoslar canlı gözəl varlığın eybəcər hala salınmasının texnologiyalarını bilirdi. Maleviç də Mefistofelsayağı riyakarlıq edir, qaranlıq fikirlərinin nifrətini qara kvadrata çevirirdi. Maraqlıdır ki, «Mefistofel» sözü yunanca «işığı sevməyən» deməkdir. Bu iki qəhrəman arasında nə qədər mənəvi yaxınlıq, qohum fikirlər var.
Rəssama siyasi sifarişlər bolşeviklər tərəfindən verilirdi. Hakimiyyəti ələ keçirmək planlarında Maleviçin «sehrli» rəssam fırçası fəallaşmışdı. Bolşeviklər onun əsərlərinin sarsıdıcı, dağıdıcı ezetorik enerjisindən ustalıqla istifadə edirdilər. N.Berdyayevin fikrincə: «Hər bir yaradıcı akt universal kosmik məna daşıyır.» Kazimir Maleviç Oktyabr inqilabından sonra «incəsənət xadimi» kimi yeni təkliflər irəli sürürdü: «Bütün xristian məbədləri kommunist adlarını daşımalıdır.» Təsadüfi deyil ki, Leninin mavzoleyi ateistlərin məbədinə çevrilmişdi.

Maleviç mədəniyyət sahəsində çalışan insanları öz ideyalarının ardınca çağırır, onlara guya yalnız özünün tanıdığı yeni torpaq, səma vəd edirdi: «Yaşasın sosial yolların yeni simmetriyası! Yaşasın incəsənətdə yeni simmetriya! Yaşasın yeni həyat sistemi!» Bolşeviklər müəyyən zamana qədər rəssamın xidmətindən istifadə edir, dövlətlə məxfi surətdə əlbir işinə görə ona yüksək vəzifələr verilirdi.
Tarixə müraciət etsək, Fransada futurizm cərəyanının banisi «Qırmızı qənd» poemasının müəllifi Filippo Marinetti olmuşdur. Futuristlərin manifestində deyilir: «Bu günə qədər ədəbiyyat fəaliyyətsizlik göstərərək, xəyalpərvərliyə üstünlük verirdi. Biz isə aqressiv hərəkatı dəstəkləyir, dünyanı təmizləmək xüsusiyyətinə malik olan müharibəni tərənnüm edirik. Biz muzeyləri, kitabxanaları dağıtmaq istəyirik. Bizim ürəyimiz heç bir yorğunluq bilmir, çünki alovla, nifrətlə qidalanmışdır.» 1912-ci ildə futurist rəssamların ilk sərgisi təşkil edilir. Onlar öz gələcək fəaliyyətində «ayın işığını da öldürməyə» hazır olduqlarını bəyan edirlər. Bu radikal çağırışların əks-sədası Parisdə, Rusiyada keçirilən tədbirlərdə özünü göstərirdi.
İndi isə inqilabdan əvvəlki Rusiyaya qayıdaq. 1912-ci ildə Kazimir Maleviç Moskvada futuristlərin «Uzunqulağın quyruğu» rəsm sərgisində 20 əsəri ilə iştirak edir, bəstəkar Matyuşinlə orda tanış olur.

Rusiyada Brinci Dünya müharibəsi ərəfəsində 1913-cü ildə Maleviç futurist dostları ilə «Günəş üzərində qələbə» operasını hazırlayırlar. O, səhnədə dekorasiyaların, həmçinin kostyumların eskizini ağ və qara rənglərdə verir. Tamaşanın musiqisi M.Matyuşinin, mətn A.Kruçenninin, proloq isə V.Xlebnikovundur. Həmin ildə Moskvanın «Veçerniye novosti» qəzetində «Futuristlər kütləni necə aldadır?» adlı məqalə çap olunur.
Maraqlıdır ki, keçmiş bədii dəyərlərdən imtina edənlər, azad incəsənəti təbliğ edənlər arasında V.Mayakovski də vardı. O, kubofuturistlərdən ibarət qrup yaradaraq, «Cəmiyyətin zövqünə sillə» adlı Manifestə imza qoyub. 1915-ci ildə «Sakvarlı bulud» poemasında yazır: «Bütün yaradılanların üzərinə «nihil» (möhrü) vururam. Manifestə görə Tolstoy, Dostoyevski və Puşkinin əsərləri zamanın arxivinə verilməliydi (elə bizim cəmiyyətdə də buna bənzər manifest tərəfdarlarına az rast gəlinmir).

1914-cü ildən futuristlərə cəmiyyətdə tutduğu mövqeyə görə «volterçi», «nihilist», «farmazon» deyilirdi. Məsələn, Maleviç pencəyinin petləsində taxta qaşıq gəzdirirdi. Əgər rəssam Böyük Piter Breygelin «Kənd toyu» rəsmi yadınızdadırsa, şənlikdə yemək daşıyan cavanların papağında taxta qaşıq var. Bu, onların çox kasıb olduğuna dəlalət edir. Belə adamların nə evi, nə də ailəsi olur. Maleviçin isə şəxsi işləri heç də pis getmirdi. Taxta qaşıq onun farmazonluğunu nəzərə çatdırmaq üçün bir vasitə idi.
Qara kvadrat əsəri sərgidə
Ümumiyyətlə, keçən əsrin əvvəllərində teatr səhnəsində oynanılan əsərlərin mövzuları ikrahedici idi, əsəbləri zəif, daha doğrusu, adi tamaşaçılar futuristlərin insanlığa qarşı yönələn tamaşalarına baxa bilməzdilər. «İntiqam vaxtı», «Qəbir daşında», «Qucaqda ölüm», «Sonuncu haray» və s. teatr tamaşalarının ayrıca öz həvəskarları vardı. O dövrdə hətta «Özünə qəsd edənlər liqası», kimi klublar da yaradılmışdı. İspan kinorejissoru sürrealist Luis Bunyuel yadıma düşdü. Onun Salvador Dali ilə birlikdə çəkdiyi «Əndəlis iti» filmi zörakılığa çağırış idi. Amansızlığı eybəcər şəkildə təbliğ edən filmə hamilə qadınlar kino zalında baxarkən uşaqlarını itirmişdilər. Bu film böyük qalmaqala səbəb olmuşdu. Rejissor mətbuat nümayəndələri ilə görüşündə bildirmişdi ki, «Əndəlis iti» filmi insanları cinayətə kütləvi çağırışdır. Alman yazıçısı və şairi, esseist Qotfrid Benn də XX əsrin nihilist ziyalılarından biri idi. O, sübut etməyə çalışırdı ki, stil həqiqətdən üstündür, çünki o öz varlığına bəraət qazandırır. 1912-ci ildə onun «Morq və digər şeirlər» kitabı nəşr edilir. İnsan hüquqları, cəmiyyətin və dövlətin hüquqları yaradıcılıq predmeti kimi öna yad idi. «Yeni incəsənətin müalicəvi gücü onun amansızlığındadır». — deyirdi.
K.Maleviç də öz xarici həmkarlarından geri qalmır, cəmiyyətə 1915-ci ildə ilk nifrət kvadratını təqdim edir. «Günəş üzərində qələbə» operasının davamı olan
«Qara kvadrat»dan iki il sonra rus imperiyası qara günlərini yaşayır. İnqilabdan sonra da çəkdiyi qara kvadratlar ölkədə repressiyaların qara niyyətinə yol açır. Qaranlığa can atan «Günəş üzərində qələbə» ideyası isə günahsız insanların üzərində qələbə kimi həyata keçir. Deyirəm ki, ağdərili qaragünlü olmaqdansa, qaradərili ağgünlü olmaq ondan yaxşıdır.

Maleviçin yaradıcılığının «şah əsəri» olan «Qara kvadrat»ı sənət əsəri kimi qəbul etməyənlər arasında Almaniyanın Rəssamlar İttifaqının üzvləri Yuri və Yeqor Romanovlar metafiziki məna daşıyan əsərin uzun illər davam edən qara niyyətli məqsədini sıfıra endirmək qərarına gələrək, «Günəş və pikselin qələbəsi» ideyasını irəli sürürlər. Onlar 22 mart 2003-cü ildə Veymarda, Erfrutda təşkil edilən rəsm sərgilərində «Günəşin qələbəsi» adlı bədii layihəni həyata keçirirlər. Sərgidən bir gün sonra heyrətedici hadisə baş verir, Yaponiya səmasında günəş optik kvadrat təsəvvürü oyadır. Bu hadisə dünya mətbuatında geniş işıqlandırılıb. Allah işığın tərəfdarıdır. Təsadüfi deyil ki, Quranda «Nur» surəsində deyilir ki, Allah göylərin və yerin nurudur. Heç bir varlıq, heç bir qüvvə onu söndürməyə qadir deyil.

Bilmək istəyirsinizsə, əslində incəsənət tarixində bu şəklin ekiz böyük qardaşları olub. Maraqlısı odur ki, onların müəllifləri rəssam Pol Bilhod və Alfons Alle heç vaxt Maleviç kimi məşhurlaşmayıb. Çünki bu əsərlər siyasi xarakter daşımayıb, heç vaxt baha qiymətlərə satılmayıb. Maleviçin əsərini isə bir çoxu az qala dəfinə yarpaqları ilə bəzəməyə hazırdır. Çarlz Koltonun yaradıcı adamlar haqda yaxşı bir fikri var: «Siz fikri müasirlərinizdən oğurlasanız plagiatlıqda pislənəcəksiniz, yox, əgər qədim müəlliflərdən oğurlasanız erudisiyanıza görə təriflənəcəksiniz». Maleviçi də plagiat, yaxud erudit hesab etmək mədəniyyətşünasların işidir. İspan yazıçısı Ramon Qomes de la Sernanın da maraqlı bir fikri var, mən onu Maleviçin «Qara kvadrat»ina şamil edərdim: «Əks-səda ilə mübahisə etmə, onsuz da son söz onundur». O, da incəsənətdə bu əsərlə son sözünü demişdir. Yeri gəlmişkən qeyd edək ki, Maleviçdən əvvəl Pol Bilhodun 1882-ci ildə Parisdə «Zirzəmidə zəncilərin döyüşü», Alfons Allenin «Gecəyarısı mağarada zəncilərin döyüşü» əsəri 1893-cü ildə sərgilərdə nümayiş etdirilmişdi. Qara rəngdən savayı tabloda heç nə görməsən də heç olmazsa mağaranı təsəvvür edirsən, zəncilərin məhz gecəyarısı orda nəyə görə vuruşması haqda düşünürsən, (aydındır ki, gözəl Yelena üstündə müharibə getməyib). Əslində Alfons Alle 19-cu əsrin sonlarında «Formasız incəsənət» qrupunun yaradıcılarından biri olub. Bəlkə də dünyada abstrakt janrda şəkil çəkən ilk rəssamdır.
Combate de negros en una cueva, durante la noche

Müəllif: Zöhrə Əsgərova, yazıçı-publisist. 2006-cı ildən Gənclər və İdman Nazirliyində birinci dərəcəli dövlət qulluqçusu, baş məsləhətçidir. İki övladı var. Müxtəlif illərdə onun “İki tale”, “Tənhalıq”, “Özgə evin işığı”, “Mirvari toy”, “Özəl poçtdan məktub var” nəsr kitabları çap olunub.
Davamı →

Paul Kuczynski-''Dünyada nə baş verir?''

Paul Kuczynski(Pawel Kuczynski)-məşhur polyak satirik fəlsəfi rəssamıdır.Əsərləri əsasən ekologiya və müharibə mövzusunda olmaqla maddi nemətlərin çatışmazlığı,qəddarlıq,terrorizm və s. kimi bəşəri məsələləri özündə əks etdirir.Əsərləri isə bu sual üstündə qurulur.-''Bu gün dünyada nə baş verir?''..............

Onun əsərlərindən bir neçə nümunə:


Ardı →

Səttar Bəhlulzadə

Səttar Bəhlulzadə yüz il əvvəl Bakının qədim Əmircan kəndində çörəyi torpaqdan çıxan Bəhlul kişinin ailəsində dünyaya göz açmışdı. Ata iki qız övladının ardınca ona sonsuz sevinc bəxş edən ilk oğlan uşağının ona tezliklə ev-eşik işlərində dəstək olacağına çox ümidliydi. Lakin bu oğul payı Bəhlul kişinin istəyinin əksinə olaraq çörək pulunu torpaqdan, əkib-becərməkdən yox, torpağa sonsuz sevgidən çıxaran oldu. Sonda da təkcə ata-anaya, qohum-əqrəbaya yox, bütün millətə qürurverici övlad oldu, sənətinin qüdrəti ilə başqa xalqlara da doğmalaşdı. Ən böyük qazancı da yəqin ki, bir vaxtlar saç-saqqalını ağartdığı atasının üzünü ağartması, xalqına başucalığı bəxş etməsi oldu. Doğma Azərbaycanı başdan-başa böyük məhəbbətlə dolaşıb onun təbiətinə, sayagəlməz nemətlərinə vurğunluğunu bənzərsiz bir bədii biçimdə dünyaya göstərdi. "Ömür qatarı«ndan „ölüm qatarı“na minəndə də dünyanı öz boyaları, öz cizgiləri, bənzərsiz və əlçatmaz „Səttar görümü“ ilə tərk etdi, ecazkar rənglərində „əriyib“ əbədiyyətə qovuşdu, adını sənət tarixinə yazdı. Rəssamlıq tarixində isə oxşarı olmayan „Sənətin Məcnunu“ ayamasını qazandı.
Ardı →

Documenta


Documenta – hər 5 ildən bir Almaniyanın Kassel şəhərində keçirilən beynəlxalq müasir incəsənət sərgisidir.
Hər Documenta sənət aləmində böyük bir hadisəyə çevrilir, çünki incəsənətdəki ən müasir tendensiyalar, ən yeni cərəyanlar məhz bu böyük sərgidə təmsil olunur. Hər Documenta sərgisi 100 gün davam edir, bu da güclü turist axınına səbəb olur. Sərgidə həmçinin çox vaxt rəssamlar tərəfindən oxunan mühazirələr böyük marağa səbəb olur. İlk dəfə Documenta 1955-ci ildə rəssam və kurator Arnold Bode tərəfindən təşkil olunmuşdu. Sərginin təşkili Almaniyada 1937-ci ildən bəri (yəni nasistlərin qadağasından sonra) heç bir avanqardist sərgi təşkil olunmamasından irəli gəlirdi.
Bu il 13-cüsü keçirilən Documenta, 9 iyundan sentyabrın 16-dək davam edib. Yuxarıda sərgidə iştirak edən misirli müasir rəssam Həsən Xanın (1975) “Düyün” heykəlini (2012; süşə) görə bilərsiniz.

 
Davamı →