Marazm

Çalışıram həmişə öz işimlə məşğul olum.Hər şeydən narazı olan insanlardan da uzaq qaçıram. Nəsə alınmayanda o dəqiqə narazılığımı bildirmir,haray-həşir salmıram.Amma bəzən reallıq qarşısında qalırsan.Elə şeylər olur ki,nə ali təhsil,nə böyük həyat təcrübəsi onları izah edə bilmir.Baxır və başa düşürsən ki,doğurdan da hər şey getdikcə pisləşir.

Bu cavanın şəhərin mərkəzində yolun ortasında dayanıb etdiyi hərəkəti heç cür anlaya bilmirəm.Burda olanların çoxu psixologiyanı yaxşı bilir,çoxları ağıllı uşaqlardır. Mənə bu hərəkətin mənasını izah etsəniz minnətdar olaram.

 

11 şərh

ramzes
Allah ağıl versin
Leyla
Bu harda olub? Dəqiq Bakıdır?
ramzes
Dəqiq Bakıdır, Səməd Vurğun parkının yanı
papatürk
Bəli,28 May.Səməd Vurğun bağı.
2ral
Psixologiya üzrə elmlər doktorundan,Freyddən də soruşsan xeyri yoxdur. Onlar hələ bu fenomeni aça bilməzlər.
Nailə_Rzayeva
Yaxşı deyiblər, Allah insanın ağlını əlindən almasın…
Ferbara
Video başlayanda oğlanın metal qab atdığını gördüm. Ola bilsin içkilidi. Mən tələbə vaxtı hər gün İqtisad Universitetinin Tibb Universitinə yaxın yerləşən korpusuna getmək üçün buradan keçməli olurdum. Cəfər Cabbarlı meydanında bir dəli oğlan var idi. Mən ondan qorxurdum. Hərdən xırda paltar-pultar satan xalalarla zarafatlaşırdı. Bəlkə bu odu? ))
Ferbara

Qab metal deyilmiş. Deməli içkili deyil.


Ümumiyyətlə belələrinə xarıcdə çox rast gəlinir. Onlar diqqəti özlərinə cəlb etmək üçün belə edirlər. Bunu isə dəli hesab edirəm.

təpəgöz
Deməli sən məndən qorxurdun?=))
Ferbara
Yox. Onun bir dənə təpədə gözü yox idi. Onun iki gözü var idi. =))
Əliyev
Qaqaş mərc edib.Çünki onu telefona çəkən adam əvvəldən telefonu hazırlayıb. Əvvəldən spora durub ki küçənin ortasında duracam.