Рейтинг
+16.48

İnam və etiqadlar

12 üzv, 7 topik

Niyə hər kəsin öz şəxsi dini olmalıdır?

Mən ilk dəfə ateizmə qərar verəndə gənc idim. Bəlkə də, qədərindən daha çox gənc.
Yarıdindar bir ailədə böyümüşdüm, ailəm ifrata varmırdı. Buna baxmayaraq, həmin dövrdə dinin mənə diqtə etdiyi ən kiçicik qaydaları belə gözüm götürmürdü.

Balaca yaşlarımdan valideynlərimin heç də həmişə haqlı olmadıqlarını öyrəndim və üstündən çox keçməmiş, onların mənə söylədikləri demək olar hər şeyi sorğu-sual etməyə başladım. Məni bir uşaq kimi başa salmaq asan deyildi və çox güman, məni bir uşaq kimi böyütmək də asan olmayıb.

Valideynlərimin mənə yeritməyə çalışdığı bir çox dəyərlər gözümə mənasız görünürdü, ona görə də ağla gələn hər cür məntiqlə onlara qarşı çıxmağa çalışırdım.
Davamı →

“Yasin” surəsinin ölən insana təsiri varmı?

Ölüm bir həqiqətdir ki, heç kəs ondan qaça bilməz. Ona görə də insan dünyadakı əməllərinə diqqət etməlidir ki, ölən zaman həsrət çəkənlərdən olmasın.

Ölüm — yox olmaq demək deyildir. Belə ki, Həzrət Peyğəmbər (s) buyurur: «Siz fani olmaq və yox olmaq üçün xəlq olmamısınız, bəlkə qalıcı olmaq üçün xəlq olmusunuz».

O zaman ki, ölənlərimizin qəbri üstünə gedirik, onlara nə isə hədiyyə etmək istəyirik. Quran oxumaq ölənlərimiz üçün ən yaxşı hədiyyədir.
Davamı →

Zülm daha pisdir, yoxsa küfr?

Zülm və küfr — hər ikisi də kəbirə günahlardan sayılır. Günahların arasında ən pisi onlardır. Çünki hər ikisi də Allahın əmrinə müxalifətlik etməkdir. Hər ikisinin həm dünya və həm də axirət cəzaları vardır.

Əgər bu iki günahdan hansının daha pis olduğunu bilmək istəsək, görərik ki, Quran küfrü zülmün ən böyük nümunəsi hesab edir. Çünki hər bir günah həm özünə və həm də başqalarına edilən zülmdür.

Buyurulur: «Və yəhudilərə sənə öncə söylədiklərimizi haram etdik. Biz onlara zülm etmədik, lakin onlar (özləri) özlərinə zülm edirdilər». («Nəhl» 118).

«Kumeyl» duasında oxuyuruq: «Mənim Allahım! Mən günahlarımla özümə zülm etmişəm».
Ona görə də hər bir günah zülmdür, hətta küfr belə. Bəzi günahlar özünə zülmdür, ancaq bəziləri həm özünə, həm də başqalarına edilən zülmdür. Adətən ikinci növ günahı zülm adlandırırlar.
Davamı →

Azərbaycanda peyğəmbər məzarı

«Ekskavator türbəyə toxunanda hamı heyrət içində donub qaldı...»
«Nəhəng bir ilan ekskavatorun çalovuna sarılaraq, işi davam etdirməyə mane olurdu...»* Uşaqlığım, demək olar ki, onun ətrafında keçib. O vaxt düşünürdüm ki, niyə onu məndən, kənd camaatımızdan və ya uzaqbaşı rayon camaatımızdan başqa heç kim tanımır, heç kim onu ziyarətə gəlmir? Baxmayaraq ki, tanıyanların inancında o, müstəsna rol oynayırdı.

Lakin illər keçdi, böyüdüm, Bakıya gəldim. Ali təhsil aldım. Bir neçə ölkə gəzdim və gördüm ki, rayonumuzda olan, haqqında danışdığım ziyarətgahı əslində bütün müsəlman dünyası tanıyırmış. Sadəcə, o vaxt mən bunu hiss edə bilməmişəm. Bunu sonradan bilməyim məni utandırdı da…
Davamı →

Allahın evləri

«Cin və insanları Mənə ibadət etmələri üçün yaratdım» buyuran Rəbbimiz, həmin məxluqların ibadətləri üçün hər şey yaradıb. Belə ki, göndərdiyi peyğəmbərlər Onun təyin etdiyi müəllimləri; nazil etdiyi səmavi kitablar yazdığı dərsliklər; yaratdığı kainat auditoriyası; xəlq etdiyi insanlar isə onun «necə ibadət etməli» fənnini öyrənən qullarıdır.

İnsanı xəlq etməzdən əvvəl onun yaşayacağı məkanı — Yer kürəsini yaradan Rəbb, həm də o planeti bəşər üçün bir ibadətxana edib ki, insan özünü Allahın Yerdəki xəlifəsi kimi dərk edib, Onu tanısın. Bu planetin ən qüdsü, hərəkətli, əminamanlı, özünü dərk və Rəbbi tanıma yeri isə Allahın evləri sayılan məscidlərdir. Zira Rəbbimiz buyurub: «Yer üzündə Mənim evlərim məscidlərdir. Məni ziyarət edənlər həmin məscidləri inşa və təmir edərək, orada ibadət edənlərdir».
Davamı →

Həzrəti Peyğəmbər(ə)-yə şəfa edən iki surə

Çağdaş cəmiyyətin marağına səbəb olan mövzulardan biri də sehr, cadunun mümkünlüyü və onun təsirinin qarşısının alınması məsələsidir. Sehr və ya cadunun törətdiyi fəsadlar və onların müalicəsi, tibbi sahəsi də daxil olmaqla, dünyəvi elmlər vasitəsilə tarixən və indi də tam öyrənilmədiyi üçün bəşər alternativ tövsiyələrdən də istifadə edib. Metafizikaya söykənən bu tövsiyyənin qaynağı isə Rəbb və Peyğəmbər(ə) kəlamlarıdır.

Sehr, cadu
Sehr, təbiət qüvvələri və dünyavi elmlər xaricində gizli səbəblərlə qeyri-adi işlər görməkdir. Xeyir və şəri yaradan Allah olduğu üçün sehr və ya cadunun təsiri hökmən deyil. Allah istəsə olar, istəməsə olmaz. Peyğəmbər(ə) buyurub: «Kahinlik edən, kahinə müraciət edən və sehr, cadu edən və etdirən bizdən deyil»; «Müsəlman cadu etməz. Allah saxlasın, imanı getdikdən sonra cadusu təsir edər». Sehr, cadu bədən (cisim) və ruha təsir etdiyi üçün insanları xəstələndirə, sevgi və ya nifrətə səbəb ola bilər. Onun qadın və uşaqlara təsir ehtimalı daha böyükdür. Əksər İslam alimləri hesab ediblər ki, sehr və cadu edilərkən küfürlü söz işlədilərsə, bu, küfürdür.
Davamı →

Yaxşı əlamət

Bir sahibkar öz xidmətçisini yanına çağırır və deyir:

— Hardasa bir budağa yan-yana qonmuş iki qarğa görsən mənə bu haqda xəbər ver. İki qarğanın bir yerdə olması yaxşı əlamətdir!

Xidmətçi bunu yadda saxlayır və qarğa axtarmağa gedir. O axtarır, axtarır və nəhayət yan-yana qonmuş iki qarğa görür. O cəld sahibinin yanına qaçır və deyir:

— Sahibim, tez gedək, mən iki qarğa tapdım!

Sahib buna çox sevirinir və birlikdə cəld qarğaların olduğu yerə gedirlər. Bu zaman xidmətçi öndə, sahibi isə onun arxasında gedirlər. Onlar qarğaların olduğu yerə gəlib çatırlar, lakin qarğanın biri artıq uçmuş, digəri isə qalmışdı.
Davamı →