Sakit axan göz yaşları ömrü uzadır

Həyatda nadir hallarda ağlayan insanlar mədə xorası, bağırsaq xəstəliklərindən daha çox əziyyət çəkirlər və onların uzunömürlü olma ehtimalı çox az olur. Amerikalı alimlər uzun illər apardıqları tədqiqatlardan belə qənaətə gəliblər. Tanınmış həkim Uilyam Freyanın fikrinə görə göz yaşları ilə insan sağlamlığının birbaşa əlaqəsi var.

Elmi araşdırmalar nəticəsində sübut olunub ki, insan ağlayarkən onun göz yaşları orqanizmdəki zərərli maddələri özü ilə birgə xaric edir. Bu zərərli maddələr orqanizmdə qaldıqda isə onlar bütövlükdə orqanizmin fiziki və psixi yüklənməsinə səbəb olur.

Amma söhbət heç də bütün günü hönkür-hönkür ağlamaqdan deyil, sakit göz yaşları axıtmaqdan gedir. Mütəxəssislər belə göz yaşlarını insan üçün zəruri sayır, tövsiyə edirlər ki, buna görə utanmaq və çəkinmək lazım deyil. Əks təqdirdə göz yaşlarını məcbur saxlamaq bir cox ciddi xəstəliklərin yaranmasına təkan verir. Psixoloqlar qeyd edirlər ki, aylarla, illərlə ağlamayan insanlarda sinir pozğunluğu və psixi dəyişikliklər daha cox müşahidə olunur.

Maraqlı faktlardan biri də odur ki, göz yaşları ilə birgə orqanizmdən təkcə zərərli maddələr deyil, həm də stress stimulyatorları da xaric olunur.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarında və ayrı-ayrı statistik göstəricilərdə məlum olur ki, qadınlar kişilərə nisbətdə daha uzunömürlüdürlər. Bunun əsas səbəblərindən də biri qadınların daha tez-tez göz yaşlarını axıtmalarıdır.

Yəqin ki, ameikalı alimlərin bu araşdırmalarından sonra kişilər də nəticə cıxaracaq. Vaxtında göz yaşlarını axıtmayıb dünyadan tez köçərək öz qadınına göz yaşları bəxş etməkdənsə, arabir sakit göz yaşları axıdıb həm özünün, həm də doğmalarının ömrünü uzadacaqlar.


İlham Cəmiloğlu

1 şərh

azadmamedov90
Sonra da islamı bəyənmirlər, kişilər illərdi deyirlər ağlayın, özləri də ağlayırlar.
Həqiqətən də bədəndəki emosianal enerjini bədəndən xaric etmənin növlərindən biridir. Tam razı