Mikrobloq

Hörmətli sayt administrasiyası.

Saytda aparılan yenilənməylə bağlı ərsəyə gələn yeni formatdan sonra yaranan və əvəzlənən bəzi bölmələr var.
Bunların içərisində kayzen istifadəçilərin ən sevdiyi bölmə olan Mikribloq ləğv olunub. Yanılmıramsa, onu Divar və ya Lent kateqoriyası əvəzləyib.

Elə bilirəm mənimlə həmfikir olan istifadəçilər çox olar ki, köhnə formatdakı mikrobloq saytın ən fəal, ən işlək, ən maraqlı, həm izləyici, həm oxucu cəlb edən ən aktiv bölməsi idi. Mikrobloqun aktivliyi və simpatikliyinin ən birinci amili, onun göz önündə olması, sayta daxil olmadan belə kənardan oxunması idi. Onu əvəzləyən bölmə isə, təəssüflər olsun ki, bu funksiyaları daşımır.

Bilirik ki, saytda hələ texniki işlər davam edir. Saytı başdan yaratmağın, yenidən qurmağın nə qədər çətin olduğunu bilir, bir üzv kimi də yenilənmə işlərini təqdir edir, dəyərləndirir və bəyənirəm. Bəyənmədiyim və bərpasını istədiyimsə, təkcə mikrobloqla bağlıdır.

Tamamlanma işləri bitmədiyinə görə bu yenilənmədə bizi daha hansı sürprizlərin gözlədiyi marağıyla yazdığım bu yazımı mazur görün.

Uzun sözün qısası, məlumat verməyinizi xahiş edirəm:

Mikrobloq yenidən öz əvvəlki yerinə, yəni, Canlı efirdə olan Şərhlər və Nəşrlərin yanına qayıdacaq, yoxsa yox?

Cavabınız «Yox» isə, onda yeni bir sual: Köhnə Mikrobloqu yenidən bərpa etmək mümkünmü?

 

31 şərh

Ferbara
Saytın "İstifadə kitabçası«nı (User manual, yaxud Kullanım kılavuzu) istəyirik. :)
Topikin öngörüntü şəklini heç cürə tutuzdura bilmirik. Biz hansı ölçülərdə bir şəkil yerləşdirməliyik ki, öngörüntüdə deformasiyaya uğramasın?
Bir də saytda bir-iki kobud xəta var ki, duyuq düşənlər vəziyyətdən sui-istifadə edə bilərlər. :)
 
Cavid
Salam zəhmət olmasa problemlərlə bağlı yazın aradan qaldıraq, biz saytı yeniləmək üçün olduqca əziyyət çəkmisik istər mənəvi istər maddi baxımdan amma əvəzində xoş sözlərdən çox tənqidlər olur buda yaxşıdır inkişaf üçün. Siz dediyiz kullanma klavuzu hazırlanır və inşAllah nəşr ediləcək. Şəkilin ölçüsü isə 1200x800 yaxud 750x500 olar buda topikin sonunda əlavə olunmalıdır orda xüsusi yer var yəqin nəşr edəndə görmüsüz
Ferbara
Cavablandığınız üçün təşəkkürlər. Deyə bilməyəcəyim problemləri şəxsiyə yazaram.
Ferbara
Sizin profildə qeydə yazdım.
Türkəl
Salam Cavid.
Sayt üçün və etdikləriniz hər şey üçün təşəkkürlər. Sadəcə olaraq sayt yenilənərkən bu barədə bir yazı, yəni baş verənləri izah edən bir məqalə görmədim. Şəxsən mən də bir az təccübləndim. Hazırda saytda çatışmazlıqlar var, sayt məncə natamamdır bir az. Yəni bu belə olaraq qalacaq, yoxsa düzəlişlər aparılacaq/aparılır?
Gülnar
Eger berpa edilmeyecekse, keçmiş mikrobloqun xeberdarliqsiz silinmesinin istifadeçilere hörmetsizlik olduğunu düşünürem.
Cavid
Salam bunun hörmətsizliklə nə əlaqəsi varki? Biz saytin versiyasın dəyişdik bunu proqrmist edib və keçmiş mikribloqun qaytarılmasını sizdən də çox biz istədik ancaq mümkün olmadı, bunun üçün nə etdik alinmadı bunu hörmətsizliklə bir əlaqəsi yoxdu, Biz bilə bilə silsək siz haqlı olardız. Amma onuda nəzərə alın ki istifadəçilər bəzən nəşr və yazıları silir hamısın və bu da statistikaya çox mənfi təsir edir bunu etməyin zəhmət olmasa
Gülnar
Şexsen menim mikrobloqumun silinmesi problem deyil menimçün.
Hörmetsizlik xeberdarliğin olmamasi ile elaqelidi.
Yazi istifadeçinin mülkiyyetidirse onu ancaq istifadeçi sile ve ya saxlaya biler. 
Ferbara
Saytın yeni formatda olacağı barədə kayzen admin miktobloqda xəbər vermişdi. Yəqin ki, siz görməmisiniz. Mikrobloqun əmələ gəlməməsi adminlərə də sürpriz olmuş demək ki. Heç kim hörmətsizlik kimi qəbul eləmir. Relax. :)
Gülnar
Uzatmaq istəməzdim əslində. Amma şərhimin "şişirdilmiş reaksiya" kimi yozulması vadar edir.
Xəbərdarlıq yeni format barədə deyil, yeni formatın silinmə ehtimalı yarada biləcəyi barədə olmalı idi. Adminlərin də bundan xəbərsiz olduğunu bilə bilməzdim. Çünki onlar da bilməyəcəksə kim bilməlidi ?:)
Dediyim o idi ki, sadəcə xəbərdarlıq etmək xoş olardı, çünki istifadəçi öz beyninin məhsulu olan yazılar üzərində müəlliflik hüququna malikdi.
Ferbara
:) Öz beyin məhsullarını adam öz yanında saxlayar, mənim kimi. Bura isə həmin beyin məhsullarımızı paylaşmaq üçün özgəsinin saytıdır. Özgə saytda da hər cürə qəza ola bilər.
Cavid
Salam pascal bəli divar onu əzəz edib düzdü mikrobloqu yeniyə köcürmək mümkün olmadı amma yene de bu barədə elimizən gələn edərik. yaranan problemlərlə bağl bizə bildirin zəhmət olmasa
kayzen
Təəssüf ki, keçmiş halında mikrobloqu saxlamaq mümkün olmadı.
Müasir trendlərə uyğun olaraq onu Wall (Divar) əvəzlədi. Mikrobloqun və Qalereyanın olmamasından şikayət edən istifadəçiləri başa düşürük. Təəssüf ki, belə alındı.
Saytda olan problemlərə gəlincə, gəlin hazırda olan problemlərin siyahısını çıxardaq:
1. Qeydiyyat prosesini təkmilləşdirmək (hazırda qyediyyat mümkün deyil və yalnız invite ilədir)
2. FAQ yeniləmək (şəklin ölçüsü, istifadə qaydaları və s. əlavə etmək)
3.
4.
5.
Ferbara
Deyə biləcəyim rastlaşdığım problemlər:
1. Məktub yazmaq olur, lakin göndərmək olmur. 
2. Canlı efirdə bəyənilən və bəyənilməyənlər görünmür, çünki bəyənmə və bəyənməmə əməliyyatlarının qeydiyyatını sayt apara bilmir. 
3. Elə də vacib deyil. Profil tənzimləməsində ölkə siyahısı boşdu.
4. Bildim ki, Güc şərhlərimizə verilən xalların cəmidi.
5. Bilmədim ki, YAYIMLA 2 nədi.
6. Profildə Qeyd nə üçündü? 
Ferbara
Bildirişlər gah gəlir, gah da spama düşür.
 
pascal
Yeni saytın ilk günlərində ancaq bildirişlər Spama düşürdü. İndi heç ora da gəlmir. Tamam kəsilib.
Ferbara
Deyəsən Güc-ün nə olduğunu tam bilmirəm. Çünki Apollon nadir hallarda şərh yazıb, amma gücü reytinqinə bərabər sayılır.
Ferbara
Saytın quruluşuna elə də iradım yoxdu. Daha çox mobil telefonlar üçün uyğunlaşdırılmış quruluşdadı. Amma mobil telefonda üzvün profili tam görünmür (məsələn online olub-olmadığını göstərən hissə görünmür).
İndiki saytlar adətən iki versiyada fəaliyyət göstərir:desktop və mobil. Daha yaxşısını siz bilərsiniz, amma kayzenin də bu iki versiyada fəaliyyətdə olmasını istərdim (bəlkə də çox şey istiyirəm). :)
Ferbara
Telefonda profil səhifəsi tam görünür. :)
BaRLeLiTa
Saytın yeni formatına məndə öyrəşə bilmirəm. Köhnə saytın formatı daha anlaşılanıydı, ən əsasıda hərşey gözönündəydi. Mikrobloqsa tamamən aradan götürülüb dəyəsən,  inciməyin amma köhnə saytımız daha yaxşıydı :) 
azadmamedov90
Salam. Hamı səhifə dəyişdiyinə görə adminləri qınayırlar.))
 Adətdi bizdə bir az pul olan kimi ev remont edilər, ev genişləsin deyə bəzi yerləri ləğv edirlər, və ya yeni bir otaq tikirlər. İndi bu səhifədə bu formada bir az kiçilməyinə bxmayaraq, əməli başlı genişlənib, işıqlıdır. Qalır bircə «oboy» vurulsun, birdə ki "şvaner-stenka" yığılsın )) ən əsası isə hamının istifadə etdiyi «mikroblog» otağı düzəldilsin. İndi sağdan çıxan oxşar məqalə əvəzinə o çıxa lap əla olardı məncə.
asel
Uzun müddət sonra sayta gəldim. Nə yalan deyim, gələndən emelli başlı «mikrobloq» axtarışındayam.Nəysə ki, Pascalın bu yazısı yerinə düsdü..Təşəkkürlər.:)))
Düzü, en cox sevdiyim bölmə elə mikrobloq idi..Görünür, saytın bu yeniliyinə biraz gec öyrəsəcəm.:)))
Yenə də əziyyət cəkilib Kayzan ucun.:) 
 
asel
Ka
pascal
Kayzen Bakının bu gününə bənzəyir. Köhnə, qədimi, SEVİMLİ tikililəri söküb, əvəzinə müasir, yeni tikililər yarandı. İnsanlarsa (userlər) yenilikdə yaşasalar da hələ də köhnəni arzulayırlar.
asel
Səhv yazdıqlarımızı nəşrə verdikdən sonra düzəldə bilsəydik, lap əla olardı.:)))
*Kayzen 
kurdamir
Yazı nəşr edildikdən sonra,düzəliş etmək mümkündür 
pascal
kurdamir, yazını (topiki) yox, şərhi nəzərdə tutur asel.
Türkəl
Mikrobloq sağ olsaydı, saytdakı iyrənc reklamlardan (başqa saytlara keçidlərdən) şikayətlənərdim. Yerləşdirdiyim yazı bitər-bitməz, hansısa dəxlisiz keçid adamın gözünə girir. Bundan sonra yenidən yazmaq həvəsim azaldı.
kayzen
Nothing personal,just business))
Türkəl
Thanks for your lousy, inadequate and outdated reply.
You have to learn to conduct proper business, instead of turning your site into a disgrace. It's not only about the ads themselves, it's also the design. My articles are too good to be in point blank range from those fraudelent click baits. 
Good bye for now. I'll be back when you change your ways. 
Türkəl
Görürəm ki, o iyrənc reklamlar saytdan ləğv olunub. Əla! Kayzen-ə qayıdıram!