8 MART

Əziz xanımlarımız!

Sizin, əksər kişilərimizin ildə bir dəfə hədiyyə almağı yadına salıb, məcburi təbrik etdiyi 8 Mart Qadınlar bayramınızı təbrik edirəm!
Qəlbinizdən sevinc, sevgi, səadət heç vaxt əskik olmasın!

Azərbaycan xanımlarının əksəriyyəti mənimçün həmişə sədaqət, həya, təmkin, özündən çox ailəsinin rifahına, qayğısına qalan fədakar, nəcib qadın mücəssiməsi olub.

Əziz kişilərimiz! Mütləq deyil elə bu gün nəsə bir ətir, çiçək, nə bilim, hər hansı bir hədiyyə almağı özünüzə borc bilərək sizə yaxın olan xanımları təbrik edəsiz. Qoy sizlərin adət halına çevirmək istədiyini dilədiyim xoş rəftarınız, səmimi, qarşılıqsız sevginiz, gülər üzünüz, sevgi dolu sözləriniz, yüksək insani keyfiyyətləri, dəyərləri özündə ehtiva edən gözəl, anlayışlı, qürurlu, qeyrətli analarımıza, bacılarımıza, qızlarımıza hər gün verdiyiniz hədiyyə olsun.

Qadını insan kimi saymayanlara isə tövsiyyəm budur: Onları yalnız öləndə yox, yaşadğınız hər gündə başınızın üstündə tutmağı bilin!

Azərbaycan XANIMI dünyanın ən gözəl nemətlərinə layiq olmağı haqq edən qadındır. Sadəcə, bunu ona hiss etdirin, vəssalam!

Qadınlar bayramınız mübarək, əziz Azərbaycan XANIMIM!
 

7 şərh

Ferbara
Kişilər arasında bir zarafat var: 8 mart kişilərin soyqırım günüdü. Halbuki, 8 mart 1857-ci ildə 40 000-ə yaxın qadını kişilər «soyqırım» ediblər. Maraqlıdı ki, bizim dildə wikipediada bu haqda məlumat yoxdu.
Minnətli hədiyyədənsə, səmimi təbrik daha yaxşıdı. Yanında nərgiz gülü olsa da olar. ; 
_BUMERANQ_
orxideya necə? ;)
_BUMERANQ_
Bütün kayzen xanımlarını təbrik edirəm, tək 8 mart yox, həmçinin yel çərşənbəsi münasibətilə. :)
pascal
Əlamətdar və bayram günlərində əksər saytlarda adətən, adminlər üzvləri və sayt oxucularını ilk təbrik edən insan olurlar. Bizim adminlərimiz isə saytımızın xanım üzvlərinin dünənki qadınlar bayramını nəinki sayt administrasiyası adından təbrik etməyi, heç sayta tərəf baxmağı lazım bilmədilər. Nəinki adminlər, heç kişi üzvlər də qadınlarımızı təbrik etməyə tənəzzül etmiədilər. Bravo!
azadmamedov90
Paskal əmiya mən də qatılıram, və demək istəyirəm ki, insanların bir çoxu ÇOX məsşğul ola bilirlər və bu məşğuliyyət də bizi nəinki bu kimi sosial aktivlikdən məhrum edir, hətta öz ailəmizlə belə məşğul ola bilmirik.
Keçmiş və gələcək bayramlarınız mübarək.
Xanımlara bir gün ayırmaq lazım deyil, hər gün onlar bizə əziz və dəyərlidirlər. Ümid edirəm ki, bir gün, və ya günün birində bizlər insana sırf insan olduğu üçün önəm verəcəyik.
istorik_c
Ferbara 8 mart bayramının tarixi köklərini buradan da az.wikipedia.org/wiki/Beyn%C9%99lxalq_Qad%C4%B1nlar_G%C3%BCn%C3%BC oxuya bilərsiz
Ferbara
Oxumuşam və şərhimdə fikir bildirmişəm, istorik_c. :)