Bilmək qadağandır!

Heç kəs dünyada hər şeyi bilə bilməz, ən azı ona görə ki, bunları bilməyə icazə verilmir. Dövlət həmişə məxfilik və şəxsi həyatın toxunulmazlığı haqqında qanunlar vasitəsi ilə müəyyən şeyləri üstüörtülü və gizli saxlayır, söhbət müxtəlif tarixlərdə, müxtəlif məkanlarda baş vermiş hadisələrdən gedir, amma mahiyyət dəyişmir, sirr yenə sirr olaraq qalır.
Əlbəttə bir vətəndaş kimi bizim dövlətdə baş verən hadisələr haqqında daha çox bilməyə haqqımız var, amma bəzi sirlər var ki, onlar heç zaman bizlərdən çoxuna aşkar olmayacaq.
Mümkün olduğu qədər, ehtiyatla qorunan bəzi sirlərdən siz də xəbər tutun.

1.Firma sirri


Firmanın sirlərini saxlamaq – qanuni sərəncamlar ilə qorunur. Axı son nəticədə sağlam rəqabət mühiti kapitalist cəmiyyəti üçün olduqca mühüm amildir. Ona görə də bir sıra kompaniyalar, onlara axının üzərində qalmaq imkanı verən hər bir nüansı bütün mümkün vasitələr ilə qıfıl altında saxlamağa çalışırlar. Əsas məqsəd bazarın ucuz, saxta mallar ilə dolmasına imkan verməməkdir.
Belə halda isə monopoliyanın meydana çıxması təmin olunur. Məsələn, əgər kimsə, nə vaxtsa Coca-Cola-nın məxfi formulunu bilsə, onda şirkət dünyada Cola istehsal edən yeganə müəssisə ola bilməyəcək. Bizlərdən hər biri daha az vəsaitlə kolanı hətta öz tamında da hazırlayacaq. Buna görə də bu gün Cola firması əlindən gələni edir ki, hələ daha 100 il də öz sirlərini qoruyaraq nömrə 1 qalmağa müəssər olsun.

2. Neft yataqlarının yerləşməsi


Əgər hökumətlər neft ehtiyatlarının saxlandığı yerləri gizli saxlamasaydı, onda hamı bundan məlumat tutar, qiymətli torpaqlar dərhal əldən-ələ keçər və qiymətli qazıntı maddəsinin qiyməti isə indikindən də qat-qat baha olardı.

3. Məxfilik qrifləri


Ölkələrin digər dövlətlərdə, həmçinin ayrı-ayrı fərdlərlə bağlı baş verən hadisələr haqqında informasiya əldə etmək üsulları olduqca müxtəlifdir. Onlar lazımı məlumatı fərqli informasiya kanalları vasitəsi ilə əldə edirlər. Bu məlumatlar xüsusi qovluqlara toplanır. Hökumət bu informasiyanı ictimaiyyətə açıqlaya bilər, amma bu çox nadir hallarda və müəyyən müddətin başa çatmasından sonra baş verir. Bəzən bilərəkdən informasiya sızıntısına yol verilir və ya da onun üzərindən məxfilik qrifi götürülür. Əksər hallarda isə hökumətlər öz reputasiyalarını xilas etmək üçün informasiyanı uzun illər ərzində gizli saxlayırlar.

4. Bank hesabları


Əslində əksər zamanlarda banklar hökumətin əleyhinə işləyirlər. 1934-cü ildə yaradılmış İsveçrə Bank aktı müştərilərə vergidən yayınmaq, həmçinin öz real gəlirlərini gizlətmək imkanı verən offşor bankların hüquqlarını müdafiə edir. Bu hökumət orqanlarının müştəri ilə bağlı informasiyaya çıxış əldə etmək imkanını məhdudlaşdırır. Həmin şəxsi cinayətdə ittiham olunması və həmin hesabların cinayət işinin açılması ilə bağlı istifadə olduğu hallar istisna təşkil edir. Həmçinin irəli sürülən ittiham offşor ölkənin qanunvericiliyinə əsasən də cinayət hesab olunmalıdır.

5. Tibbi sirlər


Bir çox ölkələrdə tibbi qeydlərin və xəstələrin xəstəlik tarixçələrinin gizli saxlanması (məxfiliyi) ilə bağlı qanunlar mövcuddur. Bütün həkimlər və tibb işçiləri qanuna əsasən Hippokrat and içməlidir, bu anda əsasən onlar öz müştərilərinin tibbi sirlərini gizli qoruyub saxlamalıdır, o vaxta qədər ki, bu sirin açılması nə pasient, nə də başqa bir şəxsi həyatı üçün təhlükə daşımasın. Bütün digər nüanslar ilə yanaşı bunun əsas səbəbi həm də xəstənin utandırıcı, alçaldıcı və digər xoşa gəlməz situasiyalara düşməsinin qarşını almaq, onu bu kimi mənfi hisslərdən qorumaqdır.

6.  Nüvə silahı ilə bağlı sirlər


Dünyada silahlanma uğrunda aparılan yarış heç səngimək bilmir. Əlbəttə ki, nüvə silahları ilə bağlı informasiya, çox gizlində, dərin bir sirr kimi saxlanılır. Çünki bu informasiya yad əllərə düşərsə, bu çox güclü fəsadlar törədə və problemlərə çevrilə bilər. Bu informasiya yalnız rəsmi nümayəndələrə məlum olur, onları belə məxfi materiallara xüsusi çıxışları olur.

7.  Hərbi sirlər


Əlbəttə ki, müharibə şəraitində və ya hərbi vəziyyətlər olduqda, sirlərsiz keçinmək mümkün deyil. Orduların yerləşməsi və ya müxtəlif cür hərbi strategiyalar böyük sirr olaraq saxlanılır. Çünki, bu ölüm-dirim məsələsidir. Ən böyük təhlükə informasiya sızıntısı və onun düşmən əlinə keçməsidir. Bu növ hərbi sirlərin bütün mümkün vasitələr ilə gizlədilməsi və bundan ötrü min bir fəndin işlənib hazırlanmasına baxmayaraq, yenə bu işin peşəkarları –hərbi kəşfiyyatçı adlanan şəxslər bu informasiyanı çıxarda bilirlər.

8.  Məhkəmə sirləri.


Məhkəmə prosesləri çox çətin və həssas məsələ olaraq görünə bilər. Burada ayrı-ayrı insanlar, bəzən də ümumiyyətlə kütlə içindən bəxtə-bəxt seçilən şəxslər digər insanların taleyini həll edə, onları təqsirkar və ya təqsirsiz olduğuna dair qərar verə bilərlər, bu zaman onlar sadəcə öz rəylərinə arxalanır (söhbət andlılardan gedir). Əksər məhkəmə prosesləri məxfi saxlanılır, xüsusən də məhkəmə iştirakçılarına xəsarət yetirmək istəyən şəxslərin əlində təhlükəli bir silaha çevrilə biləcək detalların gizli qalmasına çalışırlar. Həmçinin də kriminal tədqiqatın nəticələri də gizli saxlanılır ki, onlar prosesin gedişinə təsir göstərməsin.
Bundan əlavə ən müxtəlif hökumət sənədləri də gizli saxlanılır. Əgər sirr nə qədər möhkəm saxlanılırsa, onda sirli informasiyanın aşkara çıxması da bir o qədər böyük təhlükə kəsb edir. Məxfilik qrifi altında ən müxtəlif sənədlər saxlanılır, o cümlədən hərbi planlar və strategiyalar, danışıqlar taktikası, müxtəlif silahların hazırlanması və s.

Banker.az

0 şərh