Hazırcavab şəxsiyyətlər

Oxuyacağınız bu, xırda hekayələr lətifə deyil. Tarixi şəxsiyyətlərin həqiqətən başlarına gələn hadisə və hazırcavablıqlarıdır.Tarixdə elə suallara elə cavablar verilmiş, elə diaolqlar yaşanmışdır ki, dəfələrlə oxunsa belə fərqli mənalar çıxarmaq mümkündür. Bəlkə də bu dialoqlar saytda ayrı-ayrı vaxtlarda nəşr olunub. Əminəm ki, ya burda, ya da başqa yerdə bunları oxumusunuz. Təkrar biliyin anasıdır deiyb, bu topikdə hamının məcmusun nəşr edirəm.



Amerikadakı əkiz qüllərə hücumdan sonra Məhəmməd Əli ilə CNN müxbiri arasında keçən unudulmaz dialoq:

CNN müxbiri:
— Cənab Məhəmməd Əli, bu dəhşətin meydana gəlməsinə səbəb olan terroristlərlə eyni dinin bir mənsubu olaraq nə hiss edirsiniz?

Məhəmməd Əli:
— Siz Hitler ilə eyni dini paylaşan bir mənsub olaraq nələr hiss edirsinizsə, eynisini.





İngiltərə kralı Corc ilə görüşdüyü əsnada Mahatma Qandinin üzərində hər zamanki kimi ağ örtüklü geyimi olur

Dəvətdən çıxan kimi bir jurnalist soruşur:

-  Geyiminiz bir kralla görüşmək üçün kifayət idimi?

Qandi heç fikir vermədən cavab verir:

— Kral ikimizə də kifayət edəcək qədər geyimli idi .




Amerikalı iş adamı bir çinliyə lağ edərək soruşur:

— Ölüləriniz məzarlarına qoyduğunuz düyüləri nə vaxt yeyəcək?

Çinli başını qaldırmadan cavab verir:

- Sizin ölüləriniz, qoyduğunuz çiçəkləri iylədiyi zaman.





Nazım Hikmətin Bursa həbsxanasında məhbusluq günlərindən bir xatirə..

Həbsxananın yoxlamasına Ədalət nazirliyindən bir müfəttiş gəlir.
Bir neçə gün yoxlama getdikdən sonra direktora:

— Nazim da buradaymış, çağır da görək necə biridir? — deyir.

Nazım Hikməti otağa gətirirlər. Müdir kreslosuna yaxşıca yayxanan müfəttiş şairi təpədən dırnağa süzür və:

— Demek, Nazim Himət sizsiniz, — deyər. Amma oturması üçün yer göstərmir və qısa bir söhbətdən sonra  «Geə bilərsiniz» deyir.

Nazim Hikmət tam qapıdan çıxarkən dayanır və müfəttişə:

— Ömər Xəyyam adını eşitmisinizmi? — deyə soruşur. Müfəttiş dərhal:

— Ömər Xəyyam kim eşitmiyib ki.

Nazim:

— Bəs Xayyamın zamanında İran hökmdarı kim idi? — deyə soruşur.

Müfəttiş çaşır. Nazim Hikmət sözünü davam etdirir:

— Görürsünüz, sənətkarı xatırladınız, amma hökmdarı bilmədiniz. İllər sonra məni də dünya xatırlayacaq, amma dövrün Ədalət nazirini və sizi kimsə xatırlamayacaq. — deyib, çıxır.

Müfəttiş etdiyi səhvi anlayıb Nazım Hikməti geri çağırır, amma şair dayanmadan gedir.



Professor dərsdə tələbənin birinə sual verir:

— Hər nə varsa, Allah yaradıb?

— Əlbəttə, professor. Nə varsa, Allah yaradıb.

— Allah hər şeyi, həəər şeyi yaradandır?

— Əlbəttə, ser.

O zaman professor belə dedi:

— Deməli, əgər hər şeyi Allah yaradıbsa, deməli, şəri də Allah yaradıb. Əgər nəzərə alsaq ki, bizim gördüklərimiz, əməllərimiz bizim kimliyimizi təyin edir, belə çıxır ki, Allah özü şərdir. Düz deyirəm?

Çaşıb qalan tələbə cavab verməyə çətinlik çəkdi. Bundan xoşhallanan professor, gülümsədi və sevindi ki, öz fikirlərini necə də asan sübut edə bildi. Bu zaman tələbələrdən biri əlini qaldırıb, söz istədi:

— Professor, sizə sual vermək olar?

— Buyur.

Tələbə ayağa qalxaraq sual verdi:

— Professor, soyuq mövcüddür?

— Bu nə sualdır? Əlbəttə mövcuddur, sənə heç vaxt soyuq olmayıb?

Professorun bu tip cavabına otaqda olan digər tələbələr gülsə də, həmən tələbə davam etdi:

— Səhv edirsiniz, professor. Əslində soyuq deyilən bir şey mövcud deyil. Fizikanın qanunlarına əsasən, bizim soyuq saydığımız, əslində istiliyin olmaması deməkdir. 0 dərəcə Selsidə istiliyin tam yox olması, ətraf mühütün reaksiyasının aşağı düşməsi istiliyin olmaması deməkdir ki, biz buna ad qoyub, soyuq deyirik.

Tələbə davam etdi:

— Professor, bəs qaranlıq mövcuddur?

— Əlbəttə mövcuddur.

— Professor, siz yenə səhv edirsiniz. Qaranlıq məvhumu əslində işığın olmamasına deyilir. Siz işıqlığı ölçə bilərsiniz, onun gurluşunu ölçə bilərsiniz, amma qaranlığın yox. çünki qaranlıq artıq özü-özlüyündə işığın sıfıra bərabər olması deməkdir.

Sonda tələbə bir daha sual verdi:

— Professor, bəs şər qüvvələr, şər özü mövcüddür?

— Əlbəttə, mən özüm bir az öncə bunu sübut etdim.

Buna cavab olaraq tələbə:

— Yox, yenə səhvsiniz. Əslində şər öz-özlüyündə heçdir. ŞƏR ALLAHSIZLIQ DEMƏKDİR. Bu qaranlığa bənzəyir, haradakı işıq yoxdur, deyirik ora qaranlıqdır, bu soyuğa bənzəyir, haradakı ki istilik yoxdur, deyirik soyuqdur. Eləcə də, ALLAHSIZ qəlbli insanlara şər insanlar deyirik. Sevgi olmayan qəlblərə, boş qəlblərə şər deyilir, proffessor! Belə çıxır ki, şər özü sübut edir ki, Allah var!

Bu tələbənin adı Albert Eynşteyn idi

0 şərh