Yaxşı əlamət

Bir sahibkar öz xidmətçisini yanına çağırır və deyir:

— Hardasa bir budağa yan-yana qonmuş iki qarğa görsən mənə bu haqda xəbər ver. İki qarğanın bir yerdə olması yaxşı əlamətdir!

Xidmətçi bunu yadda saxlayır və qarğa axtarmağa gedir. O axtarır, axtarır və nəhayət yan-yana qonmuş iki qarğa görür. O cəld sahibinin yanına qaçır və deyir:

— Sahibim, tez gedək, mən iki qarğa tapdım!

Sahib buna çox sevirinir və birlikdə cəld qarğaların olduğu yerə gedirlər. Bu zaman xidmətçi öndə, sahibi isə onun arxasında gedirlər. Onlar qarğaların olduğu yerə gəlib çatırlar, lakin qarğanın biri artıq uçmuş, digəri isə qalmışdı.

Bunu görən sahib bərk əsəbləşir və xidmətçini döyür. Bundan sonra onlar evə qayıdırlar, indi isə sahib öndə, xidmətçi arxada gəlir. Evə çatdıqda görürlər ki, sahibə dəbdəbəli, çox bahalı hədiyyələr göndəriblər.

Bunu görən xidmətçi sahibinə deyir:

— Bu da sənə yaxşı əlamət! Mən iki qarğa gördüm, sən məni döydün. Sənsə bir qarğa gördün, hədiyyələri qazandın. İndi hansına inanaq?!

1 şərh

azadmamedov90
Tək ya cüt səbir, qara ya ağ-qara- pişik ya hörümçək. Hamısı əlamətlərdir.