Məşhur terminlərin qeyri-adi tərzdə izahı

1. Feminizm
Kişilər və qadınlar bərabərdir. Lakin qabları kişilər yumalıdır.

2. Teokratiya

Sakit şəkildə qabları yumasam daş-qalaq ediləcəm və öldükdən sonra cəhənnəmə düşəcəm.

3. Demokratiya

Ailə şurasında qabların yuyulmasının mütləqliyinə səs verdik.

4. Suveren demokratiya

Ailə başçısı heç vaxt qab yumayacaq, çünki ailənin 146%-i bu variant üçün səs verib.

5. Anarxiya

Hər kəs öz qabını yuyur. Kimsə məni onun qabını yumağa məcbur etsə Molotov ilə tanış olacaq.

6. Transhumanizm

Mən qabyuyan maşından istifadə edirəm.

7. Kommunizm

Ailə rəhbəri deyir ki, mən bacardığım qədər qab yuyuram və istədiyim qədər təmiz qabdan istifadə edirəm. Üstəlik də mən onun yerinə qab yumasam güllələnəcəm.

8. Texnokratçılıq

Qabların necə və nə vaxt yuyulması qab yumaq üzrə ən yaxşı mütəxəssis tərəfindən təyin edilir.

9. Liberalizm

Bu mənim stəkanımdır. Onu nə vaxt istəsəm onda yuyuram. Heç kim mənə onunla nə etməli olduğum ilə bağlı əmrlər verə bilməz. Sənin öz qabınla nə etdiyin məni qəti şəkildə maraqlandırmır, lakin sən onun haqqında danışmağa haqqın var.

10. Primitivizm

Qab yumaq – bəşəriyyətin əsas problemidir. Yalnız əlləriniz ilə çirkli torpaqdan yeməlisiniz.

11. Faşizm

Təmiz qablar mənim həyatımdan daha böyük əhəmiyyətə sahibdir. Bizim qonşularımızın hamısının qabları çirklidir, buna görə də onları öldürmək lazımdır. Əgər mən ailə rəhbərinin əvəzinə qab yumasam məhv ediləcəm.

12. Kapitalizm

Kiçik qardaşım onun ev tapşırıqlarını yazmaqda kömək etməyimə qarşılıq mənim qabımı da yudu.

13. Pasifizm

Qab yumağın sadəcə zərərləri var.

14. Antisemitizm

Mənim bütün qablarımı yəhudilər çirkləndirib!

15. Antiqlobalizm

Dünya rəhbərliyi bizi təmiz qablardan istifadə etməyə məcbur etməklə unikal ailə ənənəsini məhv etmək istəyir.

16. Monarxiya

Ailə rəhbəri heç vaxt qab yumur, belə ki onun atası və babası heç vaxt qab yumayıb.


Mənbə: Banker.az

0 şərh