Yoxsulluq və zənginlik

Bir gün Yoxsulluq və Zənginlikbir insanın yanına gəlir və soruşurlar:

Bizdən hansımız daha gözəldir?

İnsanın canına qorxu düşür və fikirləşməyə başlayır ki, əgər desəm Yoxsulluq gözəldir, onda Zənginlik hirslənəcək və çıxıb gedəcək. Desəm zənginlik gözəldir, onda da yoxsulluğun mənə acığı tutacaq və ömür boyu mənə əzab vermək istəyəcək. O, bir az fikirləşərək dedi:

— Başımın üstündə dayanıb baxmayın, belə cavab vermək çətindir. Bir o tərəf-bu tərəf gedib-gəlin, dolanın. Sonra deyərəm.

Elə də edirlər… İnsan onlara baxır və söyləyir:

— Yoxsulluq, sən arxdan baxdıqda, kürək tərəfdən çox gözəlsən, xüsusən də getdiyin anlarda. Zənginlik, sən isə öndən gözəl görünürsən, gəliş anlarında.

1 şərh

azadmamedov90
Bu necə də maraqlı söhbətdir. İnsanlar hər zaman yoxsulluq çəkir. İstərsə maddi istərsə də mənəvi.