Üçüncü dünya ölkələri


Fərqli mənalarda istifadə olunan bu anlayışın geniş istifadəsi, sənaye ölkələriylə sosialist ölkələrinin xaricində qalan ölkələr üçün işlədilir. 1950-ci illərin sonunda yaranan bu anlayış iki qütbə ayrılmış dünyanın nəticəsidir. Az inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələri nəzərdə tutan bu termin əhali artımı sürətlə inkişaf edən və iqtisadi çətinliklər yaşayan ölkələrə aid edilir.

İkinci mənası  isə ölkələr arasındakı əlaqəyə görə qiymətləndirilib, ABŞ və SSRİ mərkəzli olmayan müstəqil ölkələri ifadə edir. ABŞ-ın başında durduğu Birinci Dünya Ölkələrini, SSRİ-nin öndə olduğu İkinci Dünya ölkələri təqib edərkən, bitərəf olaraq adlandırılan qrup Üçüncü Dünya Ölkələridir. Bu vəziyyət Yuqoslaviyanın dağılmasının və siyasi rəhbərliklərin dəyişməsi nəticəsində fərqli hala gəldi.

XXI əsrə çatdıqda iki qütblülüyün sona çatmasıyla bitərəflərin yerini inkişaf etməkdə olan ölkələr aldı. Beləliklə, bu anlam inkişaf etmiş ölkələrin xaricində qalan, iqtisadiyyatı qeyri-kafi və beynəlxalq təşkilatlara üzv olmayan ölkələri aid edildi.

Sözün istifadə vasitəsi hər nə olursa olsun, "Üçüncü dünya ölkəsi" termini, ümumiyyətlə, bir ölkəni kiçik və gücsüz göstərmək üçün işlədilən ifadədir.

Üçüncü dünya ölkələri heterogen bir görünüm verən, fərqli mədəni və siyasi quruluşa malikdirlər.

Üçüncü dünya ölkələrinin bəzi əsas xüsusiyyətləri bunlardır:

— Siyasi olaraq qeyri-sabitdirlər.

— Siyasətin ordu ilə yaxın əlaqəsi vardır.

— Böyük əksəriyyəti inkişaf etməkdə olan ölkələrdir.

— Əhalinin əksəriyyəti kənd təsərrüfatı sektorundadır və işsizlik geniş yayılmışdır.

— Gəlir səviyyəsi aşağıdır və kapital təcrübəsi qeyri-kafidir.

— Doğum faizi yüksək, əhali artımı çoxdur.

— Təhsil səviyyəsi və məktəblərdə oxuma faizinin aşağı olması,savad, bilik dərəcəsini aşağı salmışdır.

Nur Üstündag
Üçüncü dünya ölkələri, Sosial Elmlər Ensiklopediyası
 

1 şərh

azadmamedov90
Özümüzü o siyahıda gördüm… məncə bu başqa formada da adlandırıla bilər, məsələn vacib ölkələr və xalqları-adət-ənənə, dəyərləri, təbii sərvətləri, təbiəti, coğrafi mövqe və s., və də ancaq istifadə edilə biləcək, sömürülə bilən ölkələr.