Tərif – həqiqətən nəticələri yaxşılaşdırır

Yapon tədqiqatçıları insanın tərif eşitdikdə işinin daha da yaxşılaşdığını elmi cəhətdən sübut etmişlər.

Tərif – bu ilhamdırmı?


Bir qrup yapon alimi tərəfindən aparılan tədqiqat sübut edir ki, insan tərif eşitdikdə və pul mükafatı aldıqda beyinin striatum adlı hissəsi aktivləşir. Beyinin bu hissəsi isə aktivləşdikdə insan öz işini yerinə yetirməyə daha həvəsli olur.

Tədqiqatın iştirakçıları belə bir tapşırıq aldılar: onlar müəyyən ardıcıllıqla kompüterin klaviaturasında klavişləri basmalı və bunu 30 saniyə ərzində mümkün qədər tez etməli idilər. Bunu etdikdən sonra onları üç qrupa böldülər. Qrupun birinə iştirakçıların hər birini ayrılıqda tərifləyən bir şəxs təyin olundu. İkinci qrupa isə ümumilikdə tərif edildi. Üçüncü qrupda isə iştirakçılar öz nəticələrini özləri qiymətləndirdilər.

Bu tapşırığı növbəti gündə də təkrar etmək tələb olunduqda onların nəticələri artıq müxtəliflik təşkil etdi.

Ayrı-ayrılıqda tərif alan qrupun iştirakçıları digər qrupların iştirakçılarından daha yaxşı nəticələr nümayiş etdirdilər. Bu da sübut edir ki, tərif eşitmək bizi daha yaxşı işləməyə stimullaşdırır.

Tədqiqatın rəhbəri bildirmişdir ki, “beyin üçün tərif eşitmək pul mükafatı almaq kimi vacib mükafatdır".

4 şərh

azadmamedov90
Mənə belə gəlir ki, bu ancaq bizə aid deyil. Çünki bir dəfə tərif eşitdikdə «təriflədik tərifi çıxdı» deyirlər bu isə tərifləyən insanı məyus edir. Yəni özünü itirir, özündən razılıq əlaməti artır, drojlu xəmir kimi şişir.
 İşçini bir az sıxmaq lazımdır, ildə bir dəfə tərifləsən bəs edir. Əlbəttə ki bu hamıya aid deyil.
Ferbara
:) İldə bir dəfə?
Tərif o zaman zərərli və keyfiyyətsiz olur ki, olduğundan üst səviyyədə və tamam səhvsiz fikir bildirilir. Əsl tərif yanında varsa, səhvi göstərilən tərifdi. Eləsi adamı daha da məsuliyyətli və həvəsli edər.
azadmamedov90
Arada bizim işçilər də deyir, bəs tənqiddən bir şey çıxmaz, bir az tərif, bir az maddi dəstək və s gərəklidir işçi daha həvəslə işləsin. Əlbəttə ki bu kimi hallarda işləyəcək, biləcək ki, bu işin sonunda ona çatan bir zərf var. Nəhayətində bəziləri artıq işi iş olduğu üçün yox, o zərf üçün edəcəklər, bəzi hallarda o görülən iş nəticə verməyəcək.
ShiringulMusayeva
 Məncə, tamamilə doğrudur. Bir var sənin işinə qiymət versinlər, bir də var sənə göz yumsunlar. Yaponlar ağıllı xalqdır.