Kompüterin mərkəzi qurğusu – prosessor

Altıncı sinifdə kompüterin yaddaş qurğuları haqqında geniş məlumat verilib. Növbəti iki dərsdə giriş və çıxış qurğularından danışılacaq. İndi isə verilənlərin emalı zamanı istifadə olunan qurğuları gözdən keçirək.
Sistem bloku kompüterin əsas hissəsidir: kompüterin qalan hissələri ya sistem blokunun içərisində yerləşir, ya da ona kənardan qoşulur. Sistem blokunun içərisində yerləşən ən vacib qurğu sistem lövhəsidir. Çox zaman ona ana lövhə də deyilir. Sistem lövhəsinin üzərində çoxlu komponentlər quraşdırılıb.
Kompüterin mərkəzi qurğusu – prosessorBu komponentlər içərisində ən önəmli olanları mərkəzi prosessor, yaddaş və genişləndirmə yuvalarıdır.
Mərkəzi prosessoru mikroprosessor və ya, sadəcə, prosessor da adlandırırlar. Prosessor kompüterin bütün qurğularının işini idarə edir. Məhz buna görə mərkəzi prosessoru kompüterin “beyni” adlandırırlar. Ölçüsü təxminən 2 sm2 olan müasir prosessorlarda milyonlarla elektron element olur. Kompüterin parametrləri verilərkən ilk növbədə prosessorun tipi göstərilir.
Prosessoru sürətli olan kompüter daha güclü hesab olunur. Prosessorun sürəti herslə (Hz) ölçülür və meqahers (MHz), yaxud giqahers (GHz) ilə ifadə olunur.
Sistem lövhəsində digər vacib komponent genişləndirmə yuvalan, yaxud genişləndirmə slotlandır. Bu yuvalara xüsusi kartlar — genişləndirmə kartlan taxılır. Onların köməyi ilə kompüterin özünü dəyişmədən istifadə imkanlarını genişləndirmək olur.
Müxtəlif qurğulan sistem lövhəsinə qoşmaq üçün sistem blokunun arxa panelində çoxlu bağlayıcılar, yaxud portlar var. Hər bir bağlayıcıya bir xarici qurğu qoşulur.
Bəzi bağlayıcılar yalnız müəyyən qurğular üçün nəzərdə tutulub, bəzilərinə isə müxtəlif qurğular qoşmaq olar. Genişləndirmə slotlan kimi, bu portlar da kompüterin imkanlarını genişləndirir.
İşlədiyiniz kompüterin prosessorunun adını və sürətini öyrənin. Bunun üçün:
  • Siçanın göstəricisini iş masasında Computer simgəsinin üzərinə aparıb, sağ düyməni çıqqıldadın.
  • Açılan kontekst menyusunda Properties bəndini seçin.
  • Açılan pəncərənin Processor sətrində prosessorun tipi və sürəti haqqında informasiya göstərilib.
  • Həmin sətirdə gördüyünüz CPU qısaltmasının açılışını öyrənin.


Müəllif: Ramin Mahmudzadə, İsmayıl Sadıqov, Naidə İsayeva
Mənbə: İnformatika 7 Ümumtəhsil məktəblərinin 7 — ci sinfi üçün İnformatika fənni üçün Dərslik

0 şərh