Dizlərim niyə ağrıyır?

Bir çox insanlar dizlərdə olan ağrılarla üzləşir.

Bəzi hallarda bu ağrılar çox təhlükəli xəstəliklərin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər dizlərinizdə ağrılar tez-tez təkrarlanırsa, buna laqeyd yanaşmayın və həkimə müraciət edin. Dizlərdə olan ağrılarla (ağrıların səbəbindən asılı olaraq) revmatoloq, travmatoloq və ortoped məşğul olur.

Beləliklə, dizlərdə olan ağrıların səbəbləri:
1. Diz oynağın artroz xəstəliyi (qonartroz).
2. Menisklərin zədələnməsi (meniskopatiya).
3. Oynağın iltihabı (artrit).
4. Bud-çanaq oynağın artroz xəstəliyi (koksartroz).
5. Diz oynaqlarda qan dövranın pozulmaları.
6. Diz vətərlərin iltihabı.

— Diz oynağın artroz xəstəliyi dizdə olan ağrıların ən yayılmış səbəblərdən biridir. Adətən artroz 40 yaşından yuxarı olan insanlarda inkişaf edir. Artroz həm bir, həm də hər iki oynağı zədələyə bilir.

Xəstəlik asta-asta bir neçə ay və hətta bir neçə il ərzində inkişaf edir. Əvvəllər dizdə olan ağrılar çox zəif ifadə olunur və yalnız insan uzun müddət ərzində gəzdikdən sonra əmələ gəlir. Vaxt keçdikcə ağrılar güclənir, hətta çox az müddət ərzində gəzdikdən sonra əmələ gəlir. Stuldan qalxmaq, pilləkənlə qalxmaq və ya düşmək xəstə üçün xüsusilə çətin olur. Lakin dinc vəziyyətdə dizlər, demək olar, ağrımır və xəstə gecə saatlarında ağrıdan oyanmır.

Xəstəliyin növbəti mərhələsində ağrılarla yanaşı dizdə xırtıltı səsi əmələ gəlir və oynaq deformasiya olunur (öz normal formasını dəyişir). Qonartrozun bütün əlamətləri (ağrı, oynağın deformasiyası) illər keçdikcə daha da ağırlaşır, xəstə çətinliklə gəzir, köməksiz stuldan dura bilmir və s.

— Menisklərin zədələnməsi də dizdə olan ağrıların yayılmış səbəblərdən biridir. Menisk oynağın içərisində olan və amortizator rolunu oynayan qığırdaqdır. Meniskin zədələnməsi hər yaş dövründə ola bilər. Əksər hallarda 1 oyaq zədələnir.

Meniskin zədələnməsi travma nəticəsində olur. Qonartrozla müqayisədə meniskopatiya çox tez inkişaf edir. Bir çox hallarda bunun sədəbi yerimə, hoppanma, qaçma zamanı baş verən uğursuz hərəkətdir. Meniskopatiya idmançılarda daha tez-tez inkişaf edir.

Zədələnmə zamanı insan dizdə xırtıltı səsi eşidir və kəskin ağrı hiss edir. Ağrı o dərəcədə güclü olur ki, insan hətta addım ata bilmir. Bəzən 10-15 dəqiqədən sonra ağrı azalır və xəstə hərəkət edə bilir. Lakin ertəsi gün və ya bir gündən sonra oynaq şişə bilər. Bu zaman meniskin zədələnməsinin xarakterli əlaməti meydana çıxır. Dizdə iynə sancması hissi yaranır, bəzi xəstələr şikayət edir ki, onlarda belə hiss yaranır ki, «dizə mıx çalınıb» və ya «diz sanki indi sınacaq».

Xəstəliyin kəskin dövrü 2-3 həftə çəkir, daha sonra xəstənin vəziyyəti yüngülləşir. Düzgün müalicə olunmadan xəstəlik illərlə davam edir — ağrılar gah yox olur, gah da yenə əmələ gəlir. Kəskinləşmə adətən güclü fiziki gərginlikdən, uğursuz hərəkətdən sonra inkişaf edir.

Qonartrozla müqayisədə meniskopatiya zamanı oynaq adətən deformasiya olunmur, Lakin bəzi hallarda meniskin zədələnməsi artrozun inkişafına səbəb olur.

— Artrit da diz ağrıların səbəbi ola bilər. Artrit hər yaş dövründə inkişaf edə bilər, lakin əksər hallarda xəstəlik cavan yaşlarda başlayır. Artrit zamanı həm bir, həm də hər iki oynaq iltihablaşa bilər. Artritin bir neçə növü var.

Artrit tez inkişaf edir (1-3 gün ərzində). Oynaq ödemləşir və şişir. Artritin ən xarakterik simptomu gecə ağrılarıdır (təxminən gecə saat 3-4 radələrində). Ağrılar o dərəcədə güclü olur ki, insan ağrıdan yuxudan oyanır. Gecə saatlarında insan yatanda ağrı gündüz saatlarla müqayisədə insan aktiv olanda, gəzəndə və s. hərəkətlər edəndə, daha güclü olur. Vəziyyətin dəyişməsi, soyuq, isti ağrını azaltmır. Yalnız xüsusi iltihabəleyhinə preparatların qəbulu ağrını azaldır.

Artroz və meniskopatiya zamanı isə, əksinə olaraq, ağrılar insanı gecə saatlarında narahat etmir, əksinə gecə saatlarında ağrılar azalır və ya heç olmur. Nadir hallarda bu xəstəliklər zamanı da ağrılar gecə saatlarında əmələ gələ bilər (xəstə yuxuda çevirdikdə və ya xəstə ayaq narahat vəziyyətdə olduqda). Lakin ayağın vəziyyətini dəyişildikdən sonra ağrılar tez keçir.

Artritin, demək olar, bütün növləri bir yox, bir neçə oynağın iltihabına səbəb olur (diz oynaqlardan əlavə ayaq və əl barmaqları oynaqları, dirsək, baldır-pəncə oynaqları da zədələnir).

— Nadir hallarda olsa da bud-çanaq oynağın artrozu (koksartroz) dizlərdə yaranan ağrılara səbəb ola bilir. Bu halda ağrı "əks olunmuş" xarakter daşıyır. Bu zaman diz oynaqların hərəkətliliyi pozulmur, diz oynaqları şişmir, deformasiya olunmur.

— Qan dövranın pozulması da dizlərdə ağrılara səbəb ola bilər. Adətən belə ağrılar insanda yeniyetmə dövründə ilk dəfə əmələ gəlir. Məsələ burasındadır ki, bu zaman orqanizm sürətlə inkişaf edir və bəzən sümüklərin böyüməsi damarların inkişafını çox qabaqlayır. Nəticədə isə pozulma yaranır.

Belə ağrılar ilk dəfə əmələ gəldikdən sonra insanın ömrünün sonuna kimi saxlanıla bilir. 18-20 yaşından sonra ağrılar azalır (məsələn, artrozda isə, əksinə olaraq, illər keçdikcə ağrılar daha da artır).

Qan dövranın pozulması ilə bağlı olan diz ağrıları diz oynağının hərəkətliliyini pozmur.

Ağrılar hər iki dizdə hiss olunur. Belə ağrıların yaranmasına havanın dəyişilməsi, soyuq, soyuqlama, fiziki gərginliklər səbəb ola bilər. Əksər hallarda belə ağrılar xüsusi isidici məlhəmlərin sürtülməsi, masaj (və ya özü-özünü masaj) və xüsusi damarları genişləndirən preparatların qəbulundan sonra keçir. Belə hal heç bir xüsusi müalicəni tələb etmir.

— Diz vətərlərin iltihabı dizlərdə ağrılara səbəb ola bilər. Bu xəstəlik adətən 40 yaşından yuxarı olan qadınlarda daha tez-tez inkişaf edir. Ağrılar adətən qadın pilləkənlə düşdükdə, ağır çantaları daşıdıqda əmələ gəlir. Düz səthdə gəzdikdə ağrılar çox nadir hallarda olur.

Ağrı bütün dizi əhatə etmir, dizin içəri səthində hiss olunur. Artrozdan, artritdə, meniskospatiyadan fərqli olaraq, bu zaman oynağın hərəkətliliyi pozulmur, dizin forması dəyişilmir, diz şişmir, deformasiya olunmur.

Ümumillikdə diz oynaqları insan bədənində ən zəif oynaqlardan biri sayılır. Bu səbəbdən onları imkan daxilində qorumaq lazımdır.

saglamolun.az
 

0 şərh