Tibbdə inqilab edən dahilər

İnsanlar mövcudluqlarının bütün mərhələlərində xəstəliklərə məruz qalıblar.
Bəs, maraqlıdır, tarixin tanınmış həkimləri kimlərdir? Onlar tibbə hansı yenilikləri gətirib? Tibbin tanınmış simaları və bu sahədə yenilik edən şəxslərlə bağlı kiçik araşdırma edib: Xəstəliklər bəşər tarixində rol oynamağa başladığı vaxtdan etibarən insanların bəziləri müxtəlif yollarla özünü müdafiə etmək üçün fəqli üsullar axtarmağa çalışıblar. Həkim adlandırdığımız bu şəxslər hələ tarixin qədim mərhələrindən etibarən formalaşmaqdadır. Bəs, maraqlıdır, tarixin tanınmış həkimləri kimlərdir? Onlar tibbə hansı yenilikləri gətirib? Modern.az tibbin tanınmış simaları və bu sahədə yenilik edən şəxslərlə bağlı kiçik araşdırma edib: Tibbdə inqilab edən dahilər
Hippokrat – “Tibbin atası” piyi istənilən xəstəliyin mənbəyi hesab edirdi. Buna  görə ilk növbədə istisnasız bütün xəstələrə aclıq pəhrizini məsləhət görürdü. Aloya Hippokratın sevimli bitkisi idi. O bəzi xəstəlikləri ilk dəfə izah etdi. Bu xəstə barmaqlar" xəstəliyi «dir ki, Hippokrat barmaqları» da adlanır. Çünki Hippokrat bu xəstəliyin tərifini ilk dəfə verənlərdəndir. Təsvir etdiyi digər xəstəliklər; «ağciyər xərçəngi», «ağciyər iltihabı», «siyanotik ürək xəstəliyi» və s.
Qalen – Dövrününü məşhur həkimi kimi tanınıb. Tibbdə inqilab edən dahilər - QallenQalen Roma əsilzadələrini müalicə edir və imperator Mark Avrelinin saray həkimi kimi uğur qazanıb. Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə edib. Onlardan Avropa təbibləri 1300 il faydalanıblar. O, həmçinin farmakologiya elminin əsaslarını qoyub. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynayıb.
İbn Sina – Yaxın və Orta Şərqin məşhur həkimidir. İbn Sinanın yazdığı «Təbabət elminin qanunu» kitabı Avropa tibb məktəblərində uzun müddət yeganə tibb dərsliyi kimi tədris olunur. Bu kitabda insan anatomiyasından tutmuş bir çox xəstəliklər, səbəbləri, müalicə və profilaktikası, həmçinin, daxili xəstəliklər, göz və dəri, uşaq xəstəlikləri, cərrahi metodlar, müxtəlif məsləhətlər və s. verilib. Xəstəliklərin etimologiyasına aid biliklərin, insanın naturasına, həyat tərzinə uyğun xəstəliklərə yoluxması hallarının özünəməxsus şəkildə izahatı, onun tibb aləmində bu günədək tətbiq olunması İbn Sinanın təbabətə verdiyi ən böyük töhfələrdəndir. O yazırdı ki, insan öz sağlamlığını qorumaq üçün müxtəlif faktorlara uyğunlaşdırıb:
1)Qidaya;
2)geyimə;
3)burun vasitəsilə düzgün nəfəs almağa;
4)bədən quruluşunu həmişə düzgün formada saxlamağa;5) xasiyyətini tarazlamağa;
6)bədənini «lazımsız tullantılardan» təmizləməyə;
7)fiziki və əqli aktivliyə.
Robert Kox- İnfeksional xəstəliklərin müalicəsi üzrə Robert Koxxeyli təcrübə toplayıb. Xüsusilə də, vəba xəstəliyi ilə mübarizədə bir sıra mühüm elmi yeniliklər əldə edib. O, Volşteyn şəhər xəstəxanasında həkim kimi fəaliyyət göstərərkən Sibir xorasının müalicəsi ilə bağlı xeyli elmi-təcrübi eksperimentlər aparıb. Bu xəstəliyin iribuynuzlu mal-qara arasında yayıldığını aşkarlayıb, nəticədə ağciyərin kəskin formada iltihab keçirdiyi qənaətinə gəlib.
«Patogen orqanizmlərin öyrənilmə metodları» adlı elmi iş nəşr etdirib. Bu əsərdə bakteriyaların yetişdirilməsi üçün bir sıra yeni elmi üsullar təqdim olunub.  1882-ci ildə isə o, vərəm xəstəliyini törədən bakteriyanı (vərəm çöpünü) aşkar edib. Kox, vərəmin müalicəsilə bağlı tədqiqatlarını davam etdirib, beləliklə tuberkulin adlı yeni maddə aşkarlayıb. Bu maddə vərəm mikroblarından alınırdı və vərəm xəstəliyinin müalicəsində istifadə zamanı müsbət nəticələrə gətirib çıxarırdı.
Lui Paster - o quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını verib. Pasterin xəstəliklərin qarşısının alınması üçün Pyer Roksla apardığı araşdırmalar nəticəsində peyvənd hazırlanmışdı. Paster bu üsulu ilk olaraq dovşanlar üzərində sınadı. Daha sonra peyvəndin quduz xəstəliyinə təsirini araşdırmaq üçün 11 itlə sınaq keçirdi. 6 iyul 1885-ci ildə quduz bir it tərəfindən dişləyən 9 yaşlı Cozef Meisterə quduz peyvəndi tətbiq etdi və onu sağaltdı.
Ceyns Parkinson - Sinir sistemi xəstəliyini dünyaya tanıtdırmaqla tarixə düşüb. Parkinsonun «xəstə hərəkətsiz hətta hardansa tutub yeriyərkən əzələ qüvvələri ilə birlikdə həmdə istəmsiz titrəmələri, gövdəni qabağa əymə və gəzməkdən ani olaraq qaçışa keçmə, duyğulara və ağıla aid hər hansı bir zehni pozğunluq” kimi halların 50-60 yaşında ortaya çıxdığını  və xəstənın  əzələlərin sərtliyi səbəbindən ümumi bir yavaşlama yaşadığını ortaya qoyub. Kəşf etdiyi sinir xəsətliyi məhz onun adı ilə elmdə Parkinson xəstəliyi deyə tanınır.

 
Müəllif: Səkinə ƏLƏKBƏROVA

0 şərh