Рейтинг
+23.58

Tibbi patologiya

20 üzv, 58 topik

Parxon sindromu

Bu xəstəlik özünü oliqodipsiya, oliqouriya, böyrək və ürək xəstəlikləri olmadan ətraflarda ödemin olması ilə səciyyələndirir. Xəstəliyə ən çox qadınlar arasında rast gəlinir. Bu zaman aşağıdakı patologiyalar da meydana çıxa bilir:
— aybaşı tsiklinin pozulmaları
— baş ağrıları
— hiperxolesterinemiya.

Baş ağrılarının əmələ gəlməsinə səbəb beyin qişalarının ödemi, damar patologiyaları və emosional vəziyyət səbəb olur. Xəstəlik piylənmə fonunda və piylənməsiz baş verə bilir. İdiopatik ödem dövri və daimi olmaqla 2 yerə ayrılır.
Davamı →

Yastıayaqlıq

Pəncə skeletimiz üçün dayaq və amartizator rolunu oynayır, hərəkət zamanı tarazlığı, bədən yükünün bərabər paylanmasını və bədənin ahəng hərəkətini təmin edir. İnsanın yerişi, qaməti, günün sonunda ağrıların və diskomfortun dərəcəsi ayaq tağının formasından asılıdır.

Ayaq tağının qeyri-düzgün formalaşması və ya onun zədələnməsi bütün dayaq-hərəkət aparatının işinin pozulmasına səbəb olur. Bu zaman aşıq-daban oynağı, diz və bud çanaq oynaqları və bütün bədən əzlələləri əziyyət çəkirlər. İnsanda yastıayaqlıq varsa, ayaq tağı düzgün fəaliyyət göstərmir.
Davamı →

Xromosom pozuntuları - Fragile- X sindromu

Fragile X sindromu en geniş yayılmış, irsi ikinci zəka geriliyi sindromudur.
FMR1 geni beynimizin ehtiyac duyduğu məlumatları ehtiva edir. Fragile X sindromu DNT repliksdiyası nəticəsində yaranan bit səhvdən FMR1 geninin mutasiyasından qaynaqlanır. Fragile X sindromlu insanlarda genin yenilənən hissəsi normadan daha böyükdür bə bu genişlənmə çox böyük olduğundan normal genetik göştərişlərə müdaxilə edir və Fragile X-ə səbəb olur. Fragile X skndromu qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir.
Davamı →

Podaqra haqda

Podaqra nədir?
Podaqra sidik turşusu mübadiləsinin pozulması sayəsində yaranan metabolik oynaq xəstəliyidir. Bu zaman sidik turşusunun natrium duzları oynaq yarığındakı sinerial qişaya düşür və nəticədə uratlar onu zədələyir. Beləliklə, iltihabi proses yaranır.

Bu, özünü gecə başlayan möhkəm oynaq ağrıları ilə büruzə verir. Ayağın baş barmağı şişir, qızarır, qeyd etdiyimiz kimi, dözülməz ağrılar verir. Tutmalar 1-4 gün ərzində davam edə bilər.
Əvvəllər effektli vasitələr olmadığından xəstələr çox əzab çəkirdilər, lakin müasir dövrdə iltihab əleyhinə bir çox preparatlar mövcuddur və onların köməkliyi ilə tutmaları aradan qaldırmaq olur.
Davamı →

Daun xəstəlik deyil, sindromdur

Daun sindromlu diaqnoz ən dəhşətli diaqnozlardan biridir. Bu sindrom 1866-cı ildən məlumdur. İngilis həkimi Lanqdan Daun xarakter xüsusiyyəti olan bu xəstəliyi bir qız uşağında müşahidə edib və onu «monqolizm» adlandırıb. Ancaq asiyalı alimlərin xəstəliyin «monqolizm» adlandırılmasına münasibətindən sonra bu xəstəlik onu kəşf edən alimin şərəfinə «Daun sindromu» adını alıb.
 
Bu uşaqlar bir-birlərinə oxşayır, stereotipləri eyni olur. Yəni onlarda boy qısa olur, əqli inkişafdan geri qalır, kəlləsi kiçik və yumru olub üz nahiyyəsində yastılaşır. Yanaqlar üzün yastılaşmış fonunda bir qədər üzə çıxır. Gözləri uzunsov və kiçik olur, göz yarığı çəp, göz bucağında dəri büküşlü, ağzı yarıaçıq, dili böyük, qarnı köpmüş, dişləri seyrək, əzələləri və oynaqları zəif inkişaf etmiş olur. Yəni monqoloid irqinə mənsub şəxslərə bənzəyirlər. «Monqolizm» adı da bu səbəbdən işlədilib.
Davamı →

Orqanizmdə yod əskikliyinə işarə edən 8 simptom

Yod insan orqanizmi üçün həyati vacib mineraldır. Yod qalxanvari vəzi hormonlarının sintezində böyük rol oynayır. Bu hormonlar orqanizmin bir çox vacib funksiyalarına təsir edir.

Yodun çatışmazlığı qalxanvari vəzinin fəaliyyətini pozur, hipotireozun inkişafına səbəb olur. 2017-ci ildə keçirilmiş araşdırma göstərib ki, dünyada yaşayan insanların 1/3 hissəsində yod çatışmazlığı mövcuddur.

1. Bədən çəkisinin kəskin və «səbəbsiz» artması
Əgər insan qidalanmada heç bir dəyişiklik etməyibsə, lakin buna baxmayaraq onun çəkisi artırsa, bu yod çatışmazlığına işarə edə bilər.
Davamı →

Hipoksiya

Hipoksiya orqanizmin toxumalarının oksigenlə kifayət qədər təhciz edilməməsi ilə və ya toxumalarda oksigen sərfinin pozulması ilə əlaqədar olan tipik prosesdir. Hipoksiya oksigen aclığıdır. Oksigenin toxumalara nəql edilməsində iştirak edən funksional sistemlərin hər birinin funksiyasının pozulması hipoksiyanın əmələ gəlməsinə səbəb olur. Nəqletmədə iştirak edən sistemlər aşağıdakılardır:
— xarici tənəffüs sistemi
— qan dövranı sistemi
— qan.

Oksigen daşıyıcı sistemlərin fəaliyyətinin normal səviyyədə olduğu hallarda toxumaların oksigeni kafi dərəcədə sərf edə bilməsi nəticəsində də bəzən hipoksiya yarana bilir. Hipoksiyanı növlərinə görə 2 yerə bölürlər:
Davamı →

Patoloji gülüş

Belə hesab olunur ki, gülüş insan orqanizminin müdafiə mexanizmidir. Gülüş insanı psixiki gərginlikdən və stresdən azad edir.

Araşdırmalar göstərir ki, gülüş ürək-damar və nəfəsalma sistemi xəstəliklərinin riskini azaldır. Yaxşı yumor hissi olan insanlar stres, depressiya və s. nevroloji pozulmalardan daha az əziyyət çəkir.

Lakin bəzən gülüş xəstəliyin simptomu kimi meydana çıxa bilər. Təbii ki, burada söhbət idarə olunmayan, səbəbsiz, qeyri-təbii, patoloji gülüşdən gedir. Belə gülüş bu kimi xəstəliklərin simptomu ola bilər:
Davamı →

Ev şəraitində süd vəzilərini müayinə etmək

Unutmayın, erkən aşkarlandıqda süd vəzi xərçənginin qarşısını almaq mümkündür! Ayda bir dəfə 10 dəqiqə vaxt ayıraraq süd vəzinizdə baş verən hər hansı dəyişikliyi vaxtında aşkarlaya bilərsiniz.

Hər bir xanım öz-özünə süd vəzilərini müayinə etməyi bilməli, hətta bunu adi bir iş halına salmalıdır. Əgər bilmirsə, öyrənməli və utanmamalıdır. Bu, vacib və mütləqdir. Süd vəzilərini ayda bir dəfə olmaqla, mütəmadi olaraq müayinə etmək lazımdır.
Davamı →

Travmatologiya nədir?

Travmatologiya tibb elminin sahələrindən biri olub travma nəticəsində əmələ gələn xəstəlikləri müalicə edir. Bu xəstəliklərə travma nəticəsində əzələ və sümük toxumasında baş verən xəstəliklər aiddir. Travmatologiyanın müalicə etdiyi xəstəliklərə yaralanmalar, sınıqlar, çıxıqlar, yanıqlar, əzilmələr və s. aiddir.

Travmatologiya sahəsi təcili yardım tələb edən bir sahədir. Belə ki, travma səbəbindən əmələ gələn xəstəliklərin əksəriyyətinə təcili yardım etmək lazım gəlir.

Travmatologiya sahəsi sümük və qığırdaq toxumasının müxtəlif xəstəlikləri ilə də məşğul olur. Travmatologiyanın bu bölməsi ortopediya adlanır.
Davamı →