Рейтинг
+12.07

Pediatriya

17 üzv, 53 topik

Uşağa yumurtanı neçə aydan vermək olar?

Yumurta çox qiymətli məhsuldur. Yumurta bir çox vitamin və minerallar, əvəzolunmaz amin turşuları və digər faydalı maddələrlə zəngindir. Yumurta orqanizm tərəfindən demək olar tam mənimsənilir.

Əvvəllər belə hesab olunurdu ki, yumurta orqanizmdə xolesterinin səviyyəsini qaldırır. Lakin son araşdırmalar bunun doğru olmadığını təsdiq edib.

Müasir pediatrlar yumurtanı uşağa 6 aydan sonra verməyə icazə verir. Əvvəl yumurtanın sarısı, 1 yaşa yaxın isə yumurtanın ağı verilə bilər. Yumurta sarısının 1/4 hissəsindən başlayın, sonra yarısını, sonra bütöv şəkildə verin.
Davamı →

4 aylıq körpənin inkişafı

4 aylıq uşağın inkişafında nəzərəçarpacaq dəyişikliklər müşahidə edilir. Onun yeni hərəkətləri artıq mənimsənilmiş olur. Körpənin emosional-psixoloji sahə formalaşmağa davam edir, balaca ətraf aləmi fəal öyrənir və daha az yatır.

4 aylıq uşağın özəllikləri:
— Gün ərzində üç dəfə yatır. Gecə yuxusu 10 – 12 saat arası təşkil edər. Bəzən o, gecə yemək üçün oyana bilər.

— Sutka ərzində azı altı dəfə qidalanır.

— Başını inamla saxlayıb, hər tərəfə fırlada bilir. Arxa üstə uzanan uşaq, başını azca qaldıraraq öz ayaqlarına baxa bilir.

— Əşyaları 3 – 5 metr məsafədə fərqləndirə və yerdəyişməsini gözləri ilə izləyə bilir.

— Səsləri aydın eşidir.
Davamı →

3 aylıq körpənin inkişafı

3 aylıq körpə, yeni doğulan körpə ilə müqayisədə, daha fəal və çevik olur. Körpənin nəzərə çarpacaq dərəcədə, ətrafda baş verənlərə reaksiyası dəyişir. Şəxsi davranış xüsusiyyətləri yaranır. İnkişafı düzgün qiymətləndirmək üçün, 3 aylıq körpənin nələrin bacarmalı olduğunu bilmək lazımdır.

3 aylıq körpənin özəllikləri:
— 2 aydan 3 aya qədər körpə orta hesabla boyda 3 sm, çəkidə 600-800 qr artırır.

— Gün ərzində 3 dəfə yatır. Ümumilikdə yuxu saatı 15 – 17 saat arası təşkil edir. Sağlam körpə gecə oyanmadan ( və ya 1 dəfə yemək üçün oyanır) yatır. Narahat yuxu, daimi ağlamaq, şıltaqlıq ən müxtəlif xəstəliklərə görə müşahidə edilir.

Səbəb: virus infeksiyası, nevroloji pozuntular, davamlı sancılar, yemək uyğunsuzluğu və ya azlığı səbəb ola bilər. Bəzi uşaqlar havanın küləkli olmasına, pisləşməsinə həssas olur. Bu da onların əhvalına təsir edir.
Davamı →

2 aylıq körpənin inkişafı

İki ayında olan körpə artıq bütün sahələrdə elə irəliləyiş nümayiş etdirir ki, buna təəccüblənməmək mümkün deyil.

İki aylıq körpənin özəllikləri:
— İki aylıq körpələrin aylıq minimum 600 gr kilo almalıdır. Onun boyu 3 sm uzanır.

— İki aylıq körpə ortalama 15-17 saat arası yatır. Bunun 9-10 saatı gece yuxusudur. Gündüz yuxusu bir az azalır.

— Əgər hər hansı bir problem yoxsa körpənizi ana südü ilə bəsləməyə davam etməlisiniz və körpə hər istədiyində əmzdirilməlidir. Tez-tez emizdirmək südün artmasında ən böyük faktordur.
Davamı →

Birinci ayda körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur.

Yeni doğulmuş körpələrin özəllikləri:
— Yeni doğulmuş körpənin çəkisi ümumilikdə 2,5 – 4,5 kq arasında dəyişir. Aylıq minimum 500-600 qr kilo almaları normaldır.

— 1 aylıq körpələr gündə orta hesabla 16-19 saat arası yatarlar ancaq oyaq qaldıqları müddət zamanla artar.

— Əgər hər hansı bir problem yoxsa uşağınızı ilk ay mütləq ana südü ilə bəsləməlisiniz. Hər ananın südü öz körpə üçün əvəzsiz olaraq formula edilmişdir. Bu üzdən hər körpə ilk 6 aylıq dövrdə ana südü bütün qidalanma ehtiyacını ödəyir.
Davamı →

Uşaqlarda saç tökülməsi

Uşaqlarda saçlar bir neçə səbəbdən tökülə bilər. Məsələn, düzgün qidalanmama, əsəbilik və keçəllik xəstəliyi. Daha çox qidada vitamin və mineral əskikliyi nəticəsində yaranan saç tökülməsinə rast gəlinir. Bu halda 10 yaşdan kiçik uşaqlara gün ərzində 1 stəkan, böyüklərə 2 stəkan kefir içirtmək tövsiyə olunur.

Kefir bağırsaqlarda vitamin və mineralların sorulmasını yaxşılaşdırdığına görə saçların canlanmasına, sıxlaşmasına səbəb olur. İçilməyə başladıqdan 1 ay sonra effektini göstərməyə başlasa da onu 2-3 ay fasiləsiz qəbul etmək olar.
Davamı →

Uşaq xəstələnəndə bu səhvləri etməyin

Uşaq soyuqdəymə xəstəliyinə tutulanda, valideynlər və xüsusilə də nənə-babalar müxtəlif xalq təbabəti vasitələrinə üz tutur. Lakin bəzi belə vasitələrdən kor-koranə istifadə edilməsi uşağa yalnız ziyan vurur. Rusiyalı pediatr Yevgeniy Timakov valideynlərin bəzi belə səhvləri haqqında danışıb.

1. Qızdırması olan uşağı, xüsusilə kiçik yaşlı uşağı isti yorğana bürümək olmaz!
Pediatrın sözlərinə görə, bu hərarətin daha da artmasına səbəb olacaq. Əksinə hərarəti olan uşağı yüngül geyindirmək, corab, pampers çıxartmaq lazımdır. 1 yaşa qədər olan uşaqlarda termorequlyasiya prosesləri (orqanizmdə sabit hərarət saxlamaq qabiliyyəti) hələ ki tam formalaşmayıb ki, hərarət zamanı belə uşaqları bürüməklə onlara çox ciddi ziyan vurmaq mümkündür. Bu hətta uşağın ölümünə səbəb ola bilər.
Davamı →

Uşaqlarda cırtdanboyluluq

Uşaqlarda cırtdanboyluluq haqqında geniş yazılar dərc olunsa da çox qeyri-adi və effektli bir resepti nəzərinizə çatdırmaq istəyirəm.
Hətta həftədən-həftəyə uşağın boyunda artımı sürətləndirən bu resept qanazlığından, iştahasızlıqdan, yorğunluqdan əziyyət çəkənlər üçün də faydalıdır.

Böyüklər üçün yarım stəkan, uşaqlar üçün üçdə bir stəkan güldəfnə toxumu götürülür, 1 gün adi suda isladılır, suyu süzülərək dayaz boşqaba yayılır (səməni kimi), üstünə 3-4 qat qatlanmış yaş tənzif sərilir. İki gündən sonra toxumlar cücərir. Cücərmiş güldəfnə toxumları axar su altında yuyulur və gün ərzində acqarına yeyilir. Bunu 1 ay müddətində hər gün yemək lazımdır.
Davamı →

Uşaqlarda gec dil açma

Ölkəmizdə gec dil açan və danışıq problemi yaşayan uşaqların sayı gündən-günə artmaqdadır. Əsasən, oğlan uşaqlarında meydana çıxan bu problemi çox vaxt valideynlər etinasızlıqla qarşılayaraq, “öz-özünə düzələcək”, “onun atası da gec danışıb”, “oğlan uşaqları gec dil açır” deyib, uşağı həkimə aparmaqdan yan keçirlər.

Uşaqların hansı səbəblərdən gec dil açmaları və bunun aradan qaldırılma yolları haqda defektoloq-loqoped Nərmin Vəliqızıbir sıra sualları cavablandırıb:
Davamı →

Əmzikdən istifadə

Əmzik bir çox ana üçün uşaq ağladığında, narahat hiss etdiyində can qurtarandır. Ancaq istifadə edilən əmziyin uşağa olan ziyanları bitmək bilmir! Uşaqlar üçün bir müddətdən sonra asılılıq halına gələn əmzik onların ağız sağlamlığına və diş struktruna ziyan verə bilər. Bununla yanaşı, uşaq üçün çox faydalı və vacib olan ana südündən də uzaqlaşdıra bilər. Bəs əmziyi necə istifadə etməliyik ki, uşağımıza zərəri olmasın?

Barmaq əmən uşaqlar əmzik yeməlidir
Hər bir uşaq həyat instiktləri ilə doğulur. Bu instiktlərdən biri də əmməkdir. Bu refleks uşağın qidalanması üçün çox önəmlidir və bəzi uşaqlarda çox zəif, bəzilərində isə qane edilməyəcək dərəcə çox güclü ola bilir. Bu instikt çox olan uşaqlar barmaqlarını əmməyə başlayırlar. Baş barmağının əmilməsinin qarşısını almaq üçün əmzik yaxşı bir alternativ ola bilər.
Davamı →