Xroniki qida pozğunluğu Hipotrofiyalar

Arıqlama ilə müşahidə olunan xəstəlikdir.Bu zaman uşaq təkcə arıqlamır, həm də psixi-fiziki inkişafdan geri qalır maddələr mübadiləsi pozulur.HİPOTROFİYA-yunan sözü olub hipo-az, troffe-qidalanma deməkdir, yəni «az qidalanma». Əsasən 1 yaşa qədər təsadüf edir, böyük yaşlılar arasında az təsadüf olunur.İmmunitetin və reaktivliyin nəzərə çarpacaq dərəcədə aşağı düşməsinə, bədən çəkisinin azalmasına, dəri, dərialtı toxumaların, uşağı həyatı vacib olan funksiyaların pozulmasına səbəb olur.

HİPOTROFİYANI ƏMƏLƏ GƏTİRƏN SƏBƏBLƏR-  1) Qidalanma amili-yedizdirmənin çatmamazlığı, az yedizdirmə, bir tərəfli qidalanma, yeməyin keyfiyyətsiz olması 2) İnfeksiya amili-uşağın tez-tez xəstələnməsi və xronifi infeksiyalar (dizenteriya, vərəm) 3) Qulluğun qüsurlu olması- gigiyenik qaydaların pozulması ,açıq havada az olmaq və s.
  
PATOGENEZ-həzm sisteminin funksiyasının pozulması əsas yer tutur, bu zaman ümumi turşuluq aşağı düşür, mədə və mədə altı şirəsinin aktivliyinin aşağı düşməsi bu proseslərə təsir edir.Bu isə öz növbəsində baş beyin qabığının funksiya pozğunluğuna gətirib çıxarır.1-cili əmələ gəlmiş həzm aparaının funksiyasının pozulmasına, sorulma prosesinin, zülal-yağ, su-duz, karbohidrat mübadiləsinin pozulmasına, vitamin çatmamazlığına, asidoza səbəb olur.Uşaqda arıqlama başlayır.Daxili üzvlərin, xüsusən qara ciyərin funksiyası pozulur  
KLİNİKA-uşağın arıqlama dərəcəsinə görə 3 dərəcəyə bölünür1 Dərəcəli hipotrofiyada -dərialtı piy toxuması saxlanmış olur, təkcə bədəndə hissəvi olaraq ətraflarda nazikləşir, çəki normadan 10-15% az olur, boyu normal olur.Uşağın ümumi vəziyyəti kafidir 2 Dərəcəli hipotrofiyada- uşağın arəqlaması daha çpx nəzərə çarpır dərialti piy təbəqəsi bədəndə, üzdə ətraflarda itir, nəticədə çəki normaya nisbətən 20-30% azalır.Boyu normadan 1-3 sm geri qalır uşaq həyat sevincini itirir, pis yatır.İmmunitetin aşağı düşməsinə infeksion və irinli xəstəliklərin əmələ gəlməsinə (artrit,otit,pnevmoniya,pielit) səbəb olur.İştaha aşağl düşür, yedizdirmə zamanı qusma halları olur 3 dərəcəli hipotrofiyada- ən ağır qida pozğunluğudur.Bu forma atrofiaya adlanır.Bu zaman dərialtı piy təbəqəsi olmur.Kəskin arıqlama nəticəsində uşağın sifəti «qoca sifətinə» oxşayır.Bədən çəkisi normadan 30-45% boyu 4-5 sm geri qalir.Səsi afonik tənəffüs yavaşımış qeyri-bərabər olur, iştaha aşağı düşür, qusma qəbizlik əmələ gəlir.Bədənin susuzlaşması nəzərə kəskin çarpır,ön əmgək batır, ağızın göün selikli qişası quruyur, sidiyin, nəcisin miqdarı azalır,qanqatılaşır.


Bu mətn ilk dəfə olaraq KAYZEN.AZ saytinda nəşr olunub
 Müəllif-Əhmədova Zeynəb
 «Uşaq infeksion xəstəlikləri» Huseynov.N
 Müəllif hüquqları qorunur, istifadə zamanı sayta istinaq mütləqdir

6 şərh

Ferbara
birtərədli qidalanma dedikdə nə nəzərdə tutulur?
Məqaləyə əl gəzdirmək lazımdı. Oxumaq olmur.
pascal
Topikdə ancaq xəstəlik haqqında yazılıb. Nə etmək lazımdır ki, uşaqlarda yaranan qida pozgunluğunun qarşısın ala və yaxud da yaranan bu xəstəliklə mübarizə apara bilək. Bunun haqqında da yazsaydınız yaxşı olardı.

Ferbarayla razıyam, səliqəsiz yazılıb. Rahat oxumamız üçün abzaslardan, yazı aralarından istifadə etsəniz, daha oxunaqlı olar. Təşəkkür.

Zeyneb_Ehmedova
salam.əvvəla topikin belə səliqəsiz olmağına görə üzr istəyirəm.nə qədər çalışıram amma düzəldə bilmirəm fikirlənizə görə təşəkkür edirəm və bunu nəzərə alacam
Zeyneb_Ehmedova

 Birinci qrup səbəblər – qeyri-adekvat, balanslaşdırılmamış qidalanma. Ana südü ilə qidalanan uşaqlara ananın südü, sadəcə olaraq azlıq edə bilər, yəni ananın südü uşağa tələb olunan miqdardan az ola bilər. Bu halda uşağın çəkisi kifayət qədər artmır, o çox zaman narahat, ac olur, qida qəbulları arasında minimal fasiləyə də (2,5 saat) tab gətirmir. Ana südünün çatmadığı aşkar edildiyi hallarda uşağa əlavə qida (ana südünü əvəz edən adaptasiya olunmuş qida qarışığı) verilməlidir. Uşaqda çəki artımının az olmasının digər səbəbi — əlavə qidalanmanın gecikdirilməsidir (əlavə qidaların verilməsinin optimal müddəti — uşağın 5 aylığındandır).

İkinci qrup səbəblər — qidanın mədə-bağırsaq sistemi tərəfindən pis mənimsənilməsi. Bu zaman qidalanma düzgün və miqdar etibarı ilə kifayət qədər olsa da bağırsaqda olan problemlər səbəbindən (laktaz çatışmazlığı, disbakterioz, seliakiya və s.) qəbul edilən qidalar pis mənimsənilir. Əgər çəki artımının az olmasının səbəbi bağırsaq olarsa, bu, nəcis ifrazının pozulması (əksər hallarda nəcis duru, köpüklü, kütləsi çox və pis həzm olunmuş olur) və qarında olan ağrılarla müşayiət olunur. Belə əlamətlər qeyd olunduqda yalnız bir məsləhət vermək olar – mütəxəssisə müraciət edin.

Üçüncü qrup səbəblər: maddələr mübadiləsinin pozulması.

Əgər çəki artımının az olması ilə yanaşı, uşağın boy artımının da xeyli ləngiməsi qeyd edilərsə (bəzi hallarda uşağın boyu, ümümiyyətlə, artmaya da bilər), tez bir zamanda həkim-endokrinoloqa və ola bilsin ki, həkim-genetikə də müraciət etmək lazımdır.

pascal
Zeynəb, əlavə məlumata görə çox sağ ol. Nə əcəb bu məlumatı topikə əlavə etməyib, şərhdə yazmısan?
Zeyneb_Ehmedova
pascal, topiki ədəbiyyatdan götürüb əsas məqamları yazmışam amma sizlər deyəndəki ancaq xəstəlik yazılıb amma müalicə yox ona görədə tibbi saytdan müalicəni copy-paste elədim ona görə topikə əlavə etmədim