Yenidoğulmuşlarda doğru bildiyimiz səhvlər

Uşağın əmgəyi böyükdü
Uşaqlarda əmgəyin ölçüsü bizim üçün çox önəmli deyil. Belə ki, əgər baş çevrəsi hər ay böyüyürsə və ölçüləri yaşına uyğunsa narahat olunacaq bir şey yoxdur və Calsium preparatına ehtiyac yoxdur.

Uşağın əmgəyi balacadı və kəllədaxili təzyiqi vardır
Yuxarıda qeyd etdiyim kimi başın çevrə ölçüsü ayına uyğunsa qorxulacaq hal yoxdur. Başın çevrəsi həm də orda mövcud olan tikişlər hesabına böyüyür. 6 ayına qədər uşaqlarda gözündə çəplik, tez-tez dilini çölə çıxartma, alt çənədə əsmə, dərinin mərmərvari rəngdə olması normaldır. Bu kəllədaxili təzyiqi, hipoksiyası anlamına gəlməz, müalicə heç verilməz və vitamini D kəsilməz.

Uşağın qulağında ağrı var
Otit çox ciddi diaqnozdu və onun diaqnozu müayinə zamanı təsdiqlənir. Heç bir halda qulağına hər hansı bir dərman, ana südünü tökmək və ya hər hansı bir müdaxiləni etmək düzgün deyil.

Əllərinin içini yumayın, yuxusu qaçacaq
Bu mifdir, həqiqətə heç bir uyğunluq yoxdur.

Uşağın timusu var
Belə bir diaqnoz yoxdur. Timus immun sisteminin formalaşmağında böyük rol oynayır. Heç bir halda xırıltıya səbəb olmaz.

Dr. Gülnar Abdullayeva

0 şərh