Uşağın ağzından niyə pis qoxu gəlir?

Valideynlər tərəfindən en çox verilən sullardan biri də uşağın ağzından qoxu gəlir, səbəb nədir?
Ağızdan pis qoxusu gəlməsi uşaqlarda sıx rastlanan haldır. Uşaqlarda rast gəlinən ağız qoxusunun əsas səbəbləri dişlərlə və burunla əlaqəlidir.

Ən vacib səbəblərind biri uşaqların dişlərinə və ağız gigiyenasına düzgün riayət etməməsidir. Dişin çürük olması, damaqda iltihab, badamcıqların arasında yemək artıqlarının qalması ağızdan pis qoxu gəlməsinə səbəbdir.

Allergiyalı uşaqlar və burunda adenoid olan uşaqlar daha çox ağızdan nəfəs aldıqları üçün ağızdan qoxu gəlməsinə səbəb olur.

Ac qalmaq da ağızdan qoxu gəlməsinə səbəbdir. 6 saat ac qalan uşağın ağzından qoxu gələr.

Burunda yad cismin qalması zamanı da uşağın ağzından pis qoxu gələcəkdir.

Tez tez təkrarlanan tonzillit ağız qoxusuna səbəb olur.

Körpələrdə diş çıxarma dönəmində ağızdan qoxu gələr.

Bütün bunlardan əlavə uşaqlarda qurd invaziyaları zamanı, böyrək xəstəlikləri zamanı və metabolik xəstəliklər zamanı ağızdan pis qoxu gələr.

Ağızdan pis qoxu gəlməməsi üçün uşaqlara 2 yaşdan etibarən diş fırçalamağı öyrətmək lazımdır. Gigiyenik qaydalara riayət edildiyi halda hələ də ağızdan pis qoxu gəlirsə bu zaman həkimə müraciət olunmalı və səbəb araşdırılmalıdır.

Ağızdan aseton qoxusu gəlirsə – şəkərli diabet, balıq qoxusunun gəlməsi isə qaraciyər və böyrək xəstəliklərinin xəbərçisi ola bilər.

Dr. Xanım Bəkirova

0 şərh