Birinci ayda körpənin inkişafı

Həyatının ilk ayı ərzində körpə mövcudluğunu yeni şəraitə öyrəşdirməli, həyatın yeni qaydalarına uyğunlaşmalıdır. Bu ay ərzində o hiss etmədən çox şey öyrənmiş və artıq çox şey bacarmış olur.

Yeni doğulmuş körpələrin özəllikləri:
— Yeni doğulmuş körpənin çəkisi ümumilikdə 2,5 – 4,5 kq arasında dəyişir. Aylıq minimum 500-600 qr kilo almaları normaldır.

— 1 aylıq körpələr gündə orta hesabla 16-19 saat arası yatarlar ancaq oyaq qaldıqları müddət zamanla artar.

— Əgər hər hansı bir problem yoxsa uşağınızı ilk ay mütləq ana südü ilə bəsləməlisiniz. Hər ananın südü öz körpə üçün əvəzsiz olaraq formula edilmişdir. Bu üzdən hər körpə ilk 6 aylıq dövrdə ana südü bütün qidalanma ehtiyacını ödəyir. Tez-tez əmizdirmək südün artmasında da ən böyük amildir. Körpəmin qarnı doyurmu kimi sual yaşayan valideynlər ifrazat və sidiyə nəzarət etməlidirlər. Bir aylıq körpə, gündə 4-5 dəfə ifrazat edirsə o körpə doyur. İfrazatları qatı deyil, maye konsistensiya olmalıdır.

— Birinci ayın sonunda balaca artıq tədricən embrion vəziyyətindən çıxaraq, fəal hərəkət edir, əl və ayaqlarını oynadır. Onun bütün hərəkətləri balanssızdır, lakin tədricən onlar daha koordinasiyalı olur. buna hələ 2-3 ay lazım olacaq.

— Bəzi 1 aylıq uşaqlar qarın üstə uzandıqda, başlarını azca qaldıra bilir. Onu şaquli vəziyyətdə saxladıqda, körpə bir müddət başını saxlaya bilir. Lakin hələ ki, baş və boyun əzələləri tam inkişaf etmədiyindən başlarını nəzarət edə bilmirlər. Bu məsələdə onlara yardımçı olmalısınız.

— Körpə qarın üstə uzandıqda o, baş və arxasını eyni zamanda bir azca qaldırmağı bacarmalıdır. Əgər bu zaman əlinizi onun dabanının altına söykəsəz, o ayağını əlinizə sıxaraq, bir neçə santimetr irəli gedəcək.

— Uşağın həyatının ilk dörd həftəsi ərzində o ananın səsini digər səslərdən fərqləndirməyi bacarır. O ananın toxunuşunu, qoxusunu gözəl bilir. Tez-tez uşağınızı qucağınıza alıb onu çox sevdiyinizi, mahnı və layla dedikdə həm onu çox xoşbəxt edərsiniz, həm də güvən duyğusunu inkişaf etdirmiş olarsınız.

— Körpə görə bildiyi hər şeyi nüsxələyir. Ona tez-tez gülümsəyin və o tez bir zamanda, sizin təbəssümünüzə təbəssümlə cavab verəcək. Və bu yenidoğulmuşun qeyri-ixtiyari təbəssümü deyil, artıq məhz sizə ünvanlanmış, dərk edilmiş hərəkəti olacaq.

— 1 aylıq körpələr, təxminən 15-30 sm məsafə görürlər və hərəkət edən cismləri yaxınlaşdıranda gözləri ilə qısa bir müddət təqib edirlər. O səslərə cavab olaraq, səsin gəldiyi tərəfə başını çevirir.

anayam.az
 

0 şərh