Burun və boğazdakı artıq əti kəsdirməyin ziyanları

«Uşaqların boğazında olan „qlandalar”ın immun sisteminin qorunmasında xüsusi əhəmiyyəti var”. 

Onun sözlərinə görə, ağız boşluğuna daxil olan infeksiya ilk növbədə boğazdakı ət badamcıqlarının toxumaları tərəfindən tutulur:

“Bundan sonra infeksiyaya qarşı mübarizə yaranır, orqanizm öz-özünü tənzimləməyə başlayır. Badamcıqları məhz bu səbəbdən kəsdirmək düzgün deyil. Uşaqlar böyüdükcə, boğazdakı badamcıqların həcmi kiçilir. Böyük insanlarda artıq orqanizm o badamcıqlar olmadan özü-özünü tənzimləyə bilir.

Badamcıqların cərrahi üsulla götürülməsinə xüsusi tibbi göstərişlər olmalıdır. Məsələn, ildə üç dəfədən çox angina diaqnozu ilə xəstələnmə baş verirsə, həkim boğazdakı „artıq ət“in kəsilməsini məsləhət görə bilər. Həmçinin, revmatizm kimi hallarda, elektrokardioqramma müayinələrindən sonra cərrahi müdaxiləyə ehtiyac yaranır.

Təkrar anginalarda infeksiya orqanizmdə oturursa, ürəyi, oynaqları, böyrəyi zədələyə bilir. Müalicə həkimi uşağı bu diaqnozla müayinə etdikdə həmin nahiyələrdəki şikayətlərə də diqqət edir. Ürəkdəki problemlər vaxtında müalicə olunmasa, ciddi fəsadlar yaranır. Oynaqlardakı qüsurlar isə əlilliyə qədər gətirib çıxara bilir”.

Vaqif Qarayev onu da əlavə edib ki, valideynlər pul və vaxt tapan anda əsassız şəkildə boğazdakı badamcıqları cərrahi əməliyyat etdirməməlidir:

»Badamcıqlar burun, udlağın bir növ qapısıdır. Tonzillektomiya – badamcıqların götürülməsi əməliyyatı ilə bir əsas olmadan boğazdakı həmin ətləri götürsək, orqanizmdə faringit adlı ciddi xəstəlik yaranır. Bu isə çox çətin müalicə olunan problemdir”.

Vaqif Qarayev

0 şərh