Tibbi deontologiya

Tibbi deontologiya (yunanca deon, deontos — borc, müva­fiq + logos — elm) tibb işçilərinin öz peşə vəzifələrini yerinə yeti­rən zaman riayət etməli olduqları mənəvi-etik normalar toplu­sudur.

Deontologiya özündə üç əsas hissəni birləşdirir:

  • tibb işçisinin cəmiyyət qarşısında borcu;
  • tibb işçisinin xəstə, onun qohumları və yaxınları qarşı­sında borcu;
  • tibb işçisinin öz məsləkdaşları qarşısında borcu — onlara olan münasibəti.

«Tibbi deontologiya» və «Tibbi etika» anlayışları eyni deyildir. «Borc» problemi — tibbi etikanın əsas problemlərindən biridir. Deontologiya etik konsepsiyalar yığımıdır, lakin o, daha praqmatik və konkret xarakterə malikdir. Tibbi etika özündə bu və ya digər tibb sahəsinə aid spesifiklik daşımır. Tibbi deon­tologiya isə bu vəya digər tibb sahəsi ilə əlaqədar olaraq spesifik xüsusiyyətlər daşıyır (terapevtin, pediatrın, cərrahın, onkoloqun və s. deontologiyası ayırd edilir).

«Deontologiya» termini ingilis filosofu J. Bentham tərəfindən 19-cu əsrdə əxlaq nəzəriyyəsini ayırd etmək üçün təklif olunmuşdur. Tibbi deontologiyanın əsasları isə bu adla adlandırılmasa da hələ qədim dünya tibbində qoyulmuşdur. Hər bir tarixi erada həmin dövr üçün cəmiyyətdə hakim olan mənəvi dəyərlərə uyğun olaraq tibbi deontologiya özünəməxsus çalarlarla ifadə edilmişdir. Lakin buna baxmayaraq hər zaman tibb sənəti öz humanist dəyərlərindən irəli gələrək bəşəri, siniflərdən kənar etik normalar daşımışdır — xəstə insana kömək, onun əziyyətinin azaldılmasına çalışmaq dəyişməz olaraq qalmışdır.

PEDİATR VƏ SAĞLAM UŞAĞIN VALİDEYNLƏRİ

Valideynlərin sağlam həyat tərzi sağlam uşağın bünövrə­sinin formalaşması deməkdir. Bu nöqteyi-nəzərdən pediatrın əsas işi sağlam uşağın doğulması üçün analarla fikir mübadilə­sinin aparılmasından ibarətdir:

  • Anaya xronik infeksiya ocaqlarını sanasiya etdirmə­sinin vacıbliyi bildirilməlidir
  • Hər bir dövr üçün (antenatal, postnatal) risk faktorla­rının eliminasiyası aparılmalımalıdır
  • Pediatr valideynlərin etimadını qazanmalıdır
  • Valideynlərlə danışıq zamanı deontologiyaya riayət edilməlidir
  • Uşaqlara düzgün qulluğun qaydalarını anaya başa sal­maq lazımdır
  • Uşağın oyuncaqlarının, qidalanmasının və geyiminin düzgün seçilməsini anaya bildirməlidir
  • Hər bir uşağın gələcəkdə arzu olunduğu (cinsdən asılı olmayaraq) yönümdə fikir mübadiləsi aparılmalıdır
  • Tərkibində kanserogen maddələrin çox olduğu qidalar haqqında anaya məlumat verilməlidir
  • Ananın hər dövrdə psixoemosional tonusunun stabil saxlanması üçün müəyyən tədbirlər aparılmalıdır
  • Pediatr hər bir valideynlə onun başa düşdüyü səviyyədə maarifləndirmə aparmalıdır

PEDİATR VƏ XƏSTƏ UŞAĞIN VALİDEYNLƏRİ

Pediatr xəstə uşağın valideynlərini xəstəlik haqqında ətraflı məlumatlandırmalıdır və bu zaman:

  • Anamnezin düzgün toplanması üçün valideyinlərə ve­rilən suallar aydın və lakonik olmalıdır.
  • Şübhə yaradan diaqnoz haqqında valideynləri məlu­matlandırmaq məsləhət olunmur, çünki bu, valideyn­lərdə fikir ayrılığı yaradır.
  • Pediatr tədbiq olunacaq müayinə və müalicə haqqında valideynlərə ətraflı məlumat verməlidir.
  • Xronik xəstəliklər olduqda pediatr xəstəliyin proqno­zunu onlara açıqlamalıdır.
  • Letallıqla nəticələnən xəstəlik olduqda valideynlərin psixoloji durumunu nəzərə alaraq, vəziyyəti birdən de­mək olmaz. Mülayim şəkildə (həyacan keçirmədən) baş verə biləcək vəziyyətin dərinliyi yavaş-yavaş vali­deynlərdən birinə başa salınmalıdır. Uşağın vəziyyə­tinin yaxşılaşacağı kimi sözlər kəskin olaraq işlətmək olmaz.
  • Ananın uşaq haqqında maraqlandığı hər bir sualına pediatr diqqətlə qulaq asıb cavablandırmalıdır.

PEDİATR VƏ SAĞLAM UŞAQ

Hər bir sağlam uşağın daxili aləmi bir çox xüsusiyyətləri özündə cəmləyən mənbədir. Bu xüsusiyyətlərin düzgün yönləndi- rilməsində və uşağın sağlam böyüməsində əsas vəzifəni valideyn­lərlə birlikdə pediatrlar daşıyır.

Pediatr bu istiqamətdə tərtib etdiyi iş planını tibbi-etika, deontologiya və mənəvi-psixoloji meyarlara riayət etməklə apar­malıdır.

Pediatrın sağlam uşaqla apardığı işin əsas məqsədi — onun sağlamlığının qorunması, xəstəliklərin profilaktikası və sağlam­lığın bərpasından ibarətdir. Uşaqların müayinəsi zamanı pediatr bəzi məqamlara xüsusi fikir verməlidir:

  • Uşaqda narahatlıq yaratmamaq üçün (ağlamaması üçün) ona baxış ananın qucağında həyata keçirilməlidir
  • Uşağın soyundurulması mərhələlərlə və fikrini yayın­dırmaqla aparılır
  • Məktəbyaşlı uşaqlara baxış onları tərifləyərək (məktəb­də yaxşı oxuduqlarını, bacarıqlı olduqlarını söyləyərək) aparılmalıdır
  • Heç vaxt uşağı digər uşaqlar yanında utandırmaq olmaz
  • Pediatr uşaqla mülayim tonda danışmalıdır (bərk gül­mək, qışqırmaq olmaz)
  • Yeniyetmə uşaqlara baxış keçirdikdə, onların utandıq­larını nəzərə alaraq başqalarının yanında soyunmasını tələb etmək olmaz
  • Uşaqlara hər dövrün normal fizioloji halı başa salın­malıdır

PEDİATR VƏ XƏSTƏ UŞAQ

Perdiatr xəstə uşağa mehriban münasibət göstərməli, onun qohum və yaxınlarının narahatlıqlarını normal qarşılamalıdır.

İlk olaraq pediatr uşağın valideynlərindən düzgün anam- nez toplamalı, daha sonra isə xəstəyə baxış keçirməlidir. Baxış zamanı aşağıdakı qaydalara riayət etməlidir:

— Uşaqlar çox vaxt ağrının lokalizasiyasını düzgün deyə bilmədikləri üçün pediatr baxış zamanı uşağa yayın- dırıcı suallar verərək palpasiya zamanı uşağın habitu- suna baxır. Ağrı olan nahiyədə (uşağın fikri yayınsa belə) uşağın üzünün mimikasında dəyişiklik qeydə alınır.

— Pediatr uşağa ilk baxışında onun cərraha, təxirəsalın­maz yardıma və təcili hospitalizə olunmasına ehtiyac olub-olmamasını həll etməlidir.

— Hospitalizə olunmuş uşaqlar cinsə və yaşa uyğun ola­raq palatalara yerləşdirilir.

— Məktəbəqədər uşaqlar ana, nənə və digər yaxın adam­ları ilə birgə qalır.

— Epidemioloji göstərişlər nəzərə almaqla, xəstə uşağın yanına qohumlarının gəlməsinə icazə verilir.

— Həkim məktəbyaşlı uşaqlarla onların oxuduqları kitab­lar haqqında mütaliə etməli, uşaq filmlərinin və s.müzakirəsini aparmalıdır.

  • Ailədə, məktəbdə psixogen stress yaşamış uşaqlara pe­diatrlar xüsusi diqqət yetirməlidirlər. Bu stresin səbəbinin izah edilməsində onlara kömək etməlidirlər.
  • Uşağa ona tətbiq olunacaq müayinə və müalicə haq­qında məlumat verilməlidir.

— Ağır müayinə və müalicələri bir gündə tədbiq etmək düzgün deyildir.

PEDİATR VƏ HƏMKARLARI

Pediatr öz həmkarları arasında etik qaydalara riayət etməklə münasibət qurmalıdır. Həkimlər bir-birlərinə hörmət və xoşməramlı münasibət bəsləməlidirlər.

  • Həkim başqa bir həkimin professional bacarığını icti­mai olaraq şübhə altına qoymamalı və onu hər hansı bir şəkildə etibardan salmamalıdır. Həmkarının ün­vanına olan professional şərh və etiraz geniş tibb ictimaiyyətinə sirayət etmədən və etik komissiyaya çıxarılmamaqla, yalnız arqumentləşdirilmiş şəkildə, təhqirə yol vermədən, mümkün qədər üzbəüz şəxsi söhbətdə ifadə edilməlidir.
  • Ağır klinik hallarda təcrübəli həkimlər az təcrübəli həmkarlarına doğru, nəzakətli şəkildə məsləhət ver­məli və kömək göstərməlidirlər. Lakin müalicə prose­sinə bütün məsuliyyəti yalnız və yalnız xəstənin ma­raqları nəzərə alınmaqla, həmkarlarının məsləhətlərini qəbul və ya imtina etməklə müalicə həkimi özü da­şıyır.
  • Elm və müalicə müəssisələrinin rəhbərləri olan hə­kimlər öz tabeçiliklərində olan həmkarlarının peşəkar­lığının artırılmasına daima nəzarət etməlidirlər.
  • Həkimlər müəssisənin digər tibb və köməkçi heyətinə hörmətlə yanaşmalı, daim onların bacarıqlarının tək­milləş dirilmə sinə yardım etməlidirlər.
  • Həkimlər bütün tibb heyəti ilə nəzаkətli dаvrаnmаlı, оЫап хəstələrin yаmndа çətin vəziyyətdə qоymаmаlı və sərbəst fəаliyyət göstərmələrinə mаnеçilik yaratma­malıdırlar.

 

Mənbə: «UŞAQ XƏSTƏLİKLƏRİ» dərsliyi, AZƏRBAYCAN TİBB UNİVERSİTETİ, 2018
Müəlliflər:
Əməkdar elm xadimi, professor, tibb üzrə elmlər doktoru    A.A.ƏYYUBOV
Professor, tibb üzrə elmlər doktoru    H.H.QABULO
Professor, tibb üzrə elmlər doktoru    N.H.SULTANOVA

 

 

 

0 şərh