Yarımçıq doğulan uşaqlar

Yarımçıq doğulan uşaqların fizioloji xüsusiyyətləri aşağıdakılardan ibarətdir:

  • kütlənin və boyun inkişafdan geri qalması
  • bədən quruluşunun qeyri proporsional olması — başın böyük olması (bədənin 1/3 hissəsi), boynun qısa olması,ətrafların gödək olması və s.
  • qulaq seyvanının yumşaq olması və aşağıda yerləşməsi
  • kiçik əmgək və kəllə tikişlərinin açıq qalması
  • dərialtı piy təbəqəsinin nəzərə çarpmaması
  • dırnaqların nazik olması və dırnaq yatağını örtməməsi
  • dərinin çəhrayi rəngdə olması və zərif tüklərin (lanugo) olması
  • əzələ hipotoniyası, ətraflarda daimi olmayan tremorların olması
  • əmmə, udma və digər reflekslərin olmaması və ya zəif nəzərə çarpması
  • tənəffüsü səthi dəqiqədə 36-76 arasında tərəddüd edir, taxipnoye və apnoyeyə meyilli olurlar
  • daxili orqanların tam inkişaf etməməsi

Yarımçıq doğulan uşaqlar həyatlarının I ilində bədən küt­ləsini və uzunluğunu daha intensiv artrırlar. Onlara göstərilən qulluq 2 mərhələdə aparılır:

  1. doğuş zalı və intensiv terapiya şöbəsində
  2. uşaq xəstəxanalarının xüsusi şöbələrində

Doğuş zalında uşaq doğulan kimi steril isti əski ilə bələnir və xüsusi küvezlərə qoyulur. Küvezlərdə daimi hərarət (30-350C- dək), rütubət (1-ci sutkada 90%, daha sonra 60­55%), oksigen qatılığı (30%-dək) tənzimlənir. Otaqda havanın hərarəti 250 C olmalıdır. İlk günlər yarımçıq doğulanların adaptasiya dövrünü düzgün tənzim etmək üçün ana südünün yedizdirilməsi pipetka vasitəsi ilə ağzına damızdırılmaqla aparılır.

Bədən kütləsi 2000 qr olan yarımçıqdoğulanların 10% — i doğum evindən sağlam şəkildə evə yazılırlar. Qalanları II mərhələ qulluq üçün uşaq xəstəxanalarının xüsusi şöbələrinə köçürülürlər.

Yarımçıqdoğulanların qidalanma üsulları aşağıdakılardlr:

  • Enteral yolla — döş vasitəsi ilə, zondların köməyi ilə, kateterlər (nazoqastral və nazoduadenal) vasitəsi ilə aparılır.
  • Parenteral qidalanma — göbək venasına, mərkəzi və periferik venalara qida maddələri yeridilir.

Qidalanma sxemi aşağıdakı mərhələlərdən ibarətdir:

  • Başlanğıc və minimal qidalanma
  • Qidanın həcminin tədricən artırılması
  • İnqridentlərə və həcmə görə optimal qidalanma

Yarımçıqdoğulanlar doğulduqdan 1-2 saat sonra ana südü ilə yedizdirilə bilər. Bədən kütləsi çox az olan uşaqlar doğulduqdan sonra 6-12 saat ərzində vena daxilinə 10% -li qlükoza vurulur. Bədən kütləsi 1300 kq olan uşaqlar 2 saatdan bir, 1500 kq olanlar 3 saatdan bir, 2000 kq olanlar isə ilk 24 saat ərzində 2-3 saatdan bir qidalandırılmalıdırlar.

 

Mənbə: «UŞAQ XƏSTƏLİKLƏRİ» dərsliyi, AZƏRBAYCAN TİBB UNİVERSİTETİ, 2018
Müəlliflər:
Əməkdar elm xadimi, professor, tibb üzrə elmlər doktoru    A.A.ƏYYUBOV
Professor, tibb üzrə elmlər doktoru    H.H.QABULO
Professor, tibb üzrə elmlər doktoru    N.H.SULTANOVA

0 şərh