Рейтинг
+12.07

Pediatriya

18 üzv, 83 topik

Neonatologiya

Neonatologiya - latın sözü olub, neo - yeni,təzə; natus — doğuş; loqos- elm deməkdir. Yenidoğulanın doğulduğu gündən başlayaraq 28 sutkanı əhatə edən müddət neonatal dövr adlanır və 2 dövrə bölünür:

  • erkən neonatal dövr — həyatın ilk 6 sutkasını əhatə edir
  • gec neonatal dövr — həyatın 7 günündən başlayaraq 28­29 gününə qədər davam edir.

Hestasiya yaşı - bioloji yaş sayılaraq, mayalanma anından başlayıb doğuş qurtaran vaxta qədər hesablanan dövrdür. 40-42 həftənin sonunda doğulan uşaq normal, vaxtında doğulmuş uşaq hesab edilir. Hamiləlik bu dövrün axrına çatmadıqda, hansı həftədə doğuş baş verirsə, doğulmuş dölün hestasiya yaşı həmən həftəyə görə müəyyənləşdirilir.


Davamı →

Tibbi deontologiya

Tibbi deontologiya (yunanca deon, deontos — borc, müva­fiq + logos — elm) tibb işçilərinin öz peşə vəzifələrini yerinə yeti­rən zaman riayət etməli olduqları mənəvi-etik normalar toplu­sudur.

Deontologiya özündə üç əsas hissəni birləşdirir:

  • tibb işçisinin cəmiyyət qarşısında borcu;
  • tibb işçisinin xəstə, onun qohumları və yaxınları qarşı­sında borcu;
  • tibb işçisinin öz məsləkdaşları qarşısında borcu — onlara olan münasibəti.

«Tibbi deontologiya» və «Tibbi etika» anlayışları eyni deyildir. «Borc» problemi — tibbi etikanın əsas problemlərindən biridir. Deontologiya etik konsepsiyalar yığımıdır, lakin o, daha praqmatik və konkret xarakterə malikdir. Tibbi etika özündə bu və ya digər tibb sahəsinə aid spesifiklik daşımır. Tibbi deon­tologiya isə bu vəya digər tibb sahəsi ilə əlaqədar olaraq spesifik xüsusiyyətlər daşıyır (terapevtin, pediatrın, cərrahın, onkoloqun və s. deontologiyası ayırd edilir).


Davamı →

Uşaqlarda nitq problemi

Hazırda bir çox valideynlərin ən çox şikayətləndiyi problemlərdən biri uşaqlarda gec yerimə və gec danışma ilə bağlıdır.
Bu barədə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının nevroloqu, Ümumdünya Nevroloqlar və Tibbi-genetiklər Assosiasiyasının üvü Nuran Əmənullayeva açıqlamasında bildirib ki, uşaqların sağlamlıq vəziyyətini qiymətləndirən zaman onlarda nitqin və yerişin inkişafını dəyərləndirmək lazımdır.
Davamı →

Körpələr niyə ağlayır?

Kiçik yaşlı, hələ danışıb, fikrini çatdıra bilməyən uşaqlar ətrafdakılara fikrini, problemini çatdırmaq üçün təbii olaraq ağlamaqdan istifadə edəcək. 1-2 yaşlı uşaqlar kədərli olanda, darıxanda, tək qalanda, diqqət istəyəndə, acanda, susuyanda, narahat olanda, istidə, soyuqda ağlayırlar. Uşağın qarnı, başı, dişi, qulağı ağrıyanda da şiddətli ağlayır.

1. Uşaq ananın diqqətini istəyir
Uşaqlar özlərini anası ilə taktil kontakt, bədən toxunuşu zamanı təhlükəsizlikdə hiss edir. Südəmər körpə tək qalmaqda qorxur, bu ərəfədə uşağa təhlükəsizlik hissi hava-su kimi lazımdır.
Həm də ananın övladı mimikalar vasitəsilə ünsiyyəti, baxışı, danışması uşağın görmə, eşitmə və nitqinin formalaşması üçün vacibdir. Nə qədər çətin olsa da, uşağı təklikdə ağlamaqla baş-başa qoymayın, 3 yaşından sonra o bu qədər sizə bağlanmayacaq.
Davamı →

Uşaqlarda hərarətin ölçülməsi

Hərarətin ölçülməsi ən sadə tibbi manipulyasiya olsa da bir çox valideynlər bunu düzgün etmir.
Tanınmış ukraynalı pediatr Evgeniy Komarovskiy öz verlişlərinin birində bu haqda çox geniş məlumat verib.

— Hansı nahiyədə ölçmək daha yaxşıdır – qoltuq altında, duz bağırsaqda, dəridə, qulaqda? Qoltuğaltı nahiyəsində ölçmək daha yaxşıdır.

— Hansı termometr daha dəqiqdir?
Belə hesab olunur ki, civəli termometr ən dəqiqdir. Lakin bütün dünya civəli termometrlərdən imtina edir.
Davamı →

Nə üçün 1 yaşına qədər uşaqlara bal vermək olmaz?

Pediatrlar 1 yaşına qədər olan uşaqlara bal verməyi qəti şəkildə tövsiyə etmirlər.
Məsələ burasındadır ki, balda çikroskopik miqdarda olsa da Clostridium botulinum bakteriyasının sporları ola bilər.

Bu bakteriya botulizmin inkişafına səbəb ola bilər. Çox ağır xəstəlik olan botulizm nəfəsalmanın çətinləşməsi, iflic və hətta ölümə gətirib çıxarda bilər.

Daha böyük yaşda uşaqların və böyüklərin orqanizminə baldan düşən sporlar orqanizm tərəfindən zərərsizləşdirir və onların sonrakı inkişafının qarşısı alınır.

Lakin 1 yaşına qədər olan uşaqların immun sistemi hələ çox zəif olur ki, onların orqanizminə düşən sporlar inkişaf edə və çoxala bilər. Bu isə botulizmin inkişafına səbəb olacaq. 
Davamı →

Körpələrdə bişməcə

«Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir». Bu barədə pediatr Gülnar Abdullayeva bildirib.

«Dəridə yanma tərzində qızarıqlıq, bəzən dəridən qabarıq olan, azacıq qaşıntılı, təzyiq olanda solan ləkələrdir. Daha çox göbələk infeksiyasına bağlıdır.

Bəzən isə bu alt bezlərinə bağlı allergik reaksiya və ya həmin nahiyənin nəm olması, sidik yolu infeksiyası, tez-tez nəcis ifrazı, antibiotiklərin istifadəsi da bu problemə gətirib çıxara bilir. Dəri uzun müddət nəm olduqda və bez ilə təmas etdiyi dövrdə dərinin tamlığı pozulur və beləliklə də uşaqda dermatit inkişaf edir.
Davamı →

Körpənin yatağı necə olmalıdır?

Uşaqların əhval-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil.

Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir. Çarpayının hansı materialdan hazırlanması da böyük əhəmiyyət kəsb edir.

Dünyaya yeni gələn körpə üçün seçilən mebel funksiyalı olmaqla yanaşı, körpələrin rahatlıq və əqli inkişafını da təmin etməlidir. Körpə otağındakı ən vacib yer onun yatağıdır. Əksər valideynlər yeni doğulmuş uşaq üçün ortopedik yatağın vacib olduğunu bilmirlər.
Davamı →

Körpədə tonus

Bəzən analar pediatr və ya nevroloqlardan başa düşülməyən diaqnozlar eşidir. «Uşaqda tonus var» diaqnozu — belə müəmmalı diaqnozlardan biridir.

«Tonus» nə deməkdir? İlk növbədə söhbət əzələ tonusundan gedir. Əzələ tonusu bütün insanlarda var — böyüklərdə də, uşaqlarda da. Bu tonus insana ayaq üstə dayanmaq, hərəkət etmək üçün lazımdır. Əzələ tonusunun pozulması (normadan daha gərgin və ya zəif olması) böyüklərdə bir çox xəstəliklərinin əlaməti ola bilər.
Davamı →

Ana südü və süd qoxusunun körpəyə təsiri

Ana südü körpənin böyüməsi üçün ən vacib qida hesab edilir. Ana südünün faydaları və körpəyə bəxş etdiyi rahatlığın dərəcəsi heç nə ilə müqayisəyə gəlməz. Ana südünün faydalılığı 5 bal hesabında 4,2 bal, dəyərliliyi isə 5 bal hesabında 3,7 ball qiymətləndirilir.

Körpə uşağın ağlaması onun nəyə isə ehtiyacının olmasını bildirir. Bu yeni döğulmuş körpənin anasına verdiyi siqnal sayılır. Yəni anasının diqqətini özünə çəkmək üçün körpənin yeganə vasitəsi ağlamaqdır. Körpə ən çox acdıqda, susadıqda və sancılananda ağlayır. Belə hallarda körpə ana təmasına ehtiyac duyur və ağlayır. Bu səbəbdən də uşaq doğma anasının qucağında olarkən, döş əmərkən rahatlıq tapır və susur.
Davamı →