Рейтинг
+12.07

Pediatriya

18 üzv, 83 topik

Körpənin çəkisinə yox, boyuna fikir verin

«Kök körpə yaxşıdır, sağlamdır!» Cəmiyyətdə az qala hamı bu fikirdə olsa da, mütəxəssislər uşağın sağlam olduğunun göstəricisinin çəki deyil, boy olduğunu düşünür. Pediatrlar bildirir ki, körpələrin kök olmasına baxmayaraq, boy uzanma inkişafı aşağı olan uşaqda müxtəlif xəstəliklərin baş verə bilər.

Qeyd edək ki, anadangəlmə ürək, ağciyər, böyrək xəstəliyi olan uşaqlarda boy uzanması çox yavaş inkişaf edir. Xüsusilə də ilk 2 yaşlarındakı uşaqların böyümə cədvəlinə görə boyları qısadırsa bu cür xəstəliklərin olacağı ehtimalı böyükdür. Ən gec 4 yaşından etibarən böyümə sürəti düzgün olmalıdır. Yeni doğulan körpənin boyunun təxminən 50 sm olduğunu ifadə edən mütəxəssislər bildiri ki, körpələrin ilk 3 ayda 8, ikinci 3 ayda 8 sm, üç və dördüncü 3 ayda isə 4 sm uzanmalıdır.

Mütəxəssislərin fikrincə, uşaqda hər hansı bir dövrdə böyümə sürətinin təyin olunmasında ideal plan uşağı minimum 6 ay izləməkdir. Qısa boylu uşaqlarda əgər uşağın xüsusi məhdudlaşdırıcı bir vəziyyəti yoxdursa, onda uşağa kalsium, dəmir və zəngin qidalar verilməlidir. Ən ideal qida qaynağı isə süd və süd məhsullarıdır. Həftədə bir neçə gün qırmızı və ağ ət, balıq yeyilməlidir. Çərəzlərdən (qoz, fındıq, badam), ərik, qara quru və təzə üzüm mütləq uşağa yedirilməlidir. Tünd yaşıl yarpaqlı tərəvəzlər və parlaq rəngli meyvələrdən istifadə etmək uşağın sağlamlığı üçün çox faydalıdır.

Davamı →

Ananın yoxluğu körpədə stress yaradır!

Ananın yoxluğu körpədə stress yaradır!
Alimərin fikrincə, körpə dünyaya gəldikdən sonra qida və sığınacaq ehtiyacları ilə təmin edilməsinə baxmayaraq, uşaqlarda yenə stress müşahidə oluna bilər. Körpəni depressiyaya salacaq ən vacib səbəb isə onun anadan məhrum edilməsidir.
İlk altı ay ərzində ananın körpədən ayrılması, onda üç ayrı əlamət üzrə müşahidə ediləcək.

Qeyd edək ki, körpənin birinci dövrünün etiraz dövrü olduğunu söyləyən mütəxəssislər, bu dövrdə uşağın davamlı ağladığını və yanına kiminsə yaxınlaşdığı zaman susduğunu, ancaq yaxınlaşan adamın anası olmadığı zaman, yenidən ağlamaya başladığını bildirir.

Xatırladaq ki, ana və körpə arasında fövqəladə bir ruh bağlılığının mövcudluğunu və bunun uşaqların beyin və bədən inkişafı üçün mühüm olduğunu bildirən alimlər, sevgi və diqqət görən uşaqların beyinlərində sevgi kanallarının açıldığı qənaətindədir.

Davamı →

Xroniki qida pozğunluğu Hipotrofiyalar

Arıqlama ilə müşahidə olunan xəstəlikdir.Bu zaman uşaq təkcə arıqlamır, həm də psixi-fiziki inkişafdan geri qalır maddələr mübadiləsi pozulur.HİPOTROFİYA-yunan sözü olub hipo-az, troffe-qidalanma deməkdir, yəni «az qidalanma». Əsasən 1 yaşa qədər təsadüf edir, böyük yaşlılar arasında az təsadüf olunur.İmmunitetin və reaktivliyin nəzərə çarpacaq dərəcədə aşağı düşməsinə, bədən çəkisinin azalmasına, dəri, dərialtı toxumaların, uşağı həyatı vacib olan funksiyaların pozulmasına səbəb olur.

HİPOTROFİYANI ƏMƏLƏ GƏTİRƏN SƏBƏBLƏR-  1) Qidalanma amili-yedizdirmənin çatmamazlığı, az yedizdirmə, bir tərəfli qidalanma, yeməyin keyfiyyətsiz olması 2) İnfeksiya amili-uşağın tez-tez xəstələnməsi və xronifi infeksiyalar (dizenteriya, vərəm) 3) Qulluğun qüsurlu olması- gigiyenik qaydaların pozulması ,açıq havada az olmaq və s.
  

Ardı →

Peyvənd

peyvəndErkən aparılan peyvənd uşaqları difteriya, iflic, tetanus və s. kimi bir çox ciddi və ölümcül xəstəliklərdən qoruyur. Əgər uşağınız bu xəstəliklərə yoluxmursa, deməli, adını bilmədiyiniz peyvəndlər köməyə gəlib. Lakin uşağın immunitet sistemi aşağıdırsa, görünməyən xəstəliklər uşaqları təkrarən yaxalaya bilər.

Peyvəndin mənfi təsirləri təhlükəlidirmi?
Peyvəndlər aşağı temperaturda qızdırma, infeksiya yerində qızartı və şişkinlik kimi təsirlər yarada bilir. Bəzi peyvəndlər müvəqqəti olaraq baş ağrısı, başgicəllənmə, halsızlıq və iştahasızlıq meydana gətirir. Nadir hallarda rast gəlinən bu təsirlər narahatlığa səbəb olsa da, peyvəndlər uşaqları ölümcül xəstəliklərə yaxalanmaqdan qoruyur. Allergiyaya meyilli uşağa peyvənd olmaz.

Peyvənd erkən aparılmalıdır.
Uşaqlar kiçik yaşlarında təhlükəli xəstəliklərə daha çox məruz qaldıqlarından və onları bu xəstəliklərdən qorumaq üçün peyvənd erkən yaşlarda aparılmalıdır.
Peyvəndsiz keçinmək yaxşı fikir deyil. Çünki belə halda uşaq ciddi xəstəliklər qarşısında müdafiəsiz qalır. Tibbi səbəblər üzündən, eləcə də peyvəndə qarşı allergiyası olan uşaqların dəhşətli xəstəliklərdən qorunması ətrafındakı insanların immunitet sisteminin möhkəm olmasından asılıdır. 

Həmçinin bax:
-Uşaqlara peyvənd vurduraqmı? I 
-Uşaqlara peyvənd vurduraqmı? II


Davamı →

İştahsız uşağı yedirməyin 6 asan yolu

Əgər uşağınız iştahsızdırsa, nə yedirəcəyinizi bilmirsinizsə, sizə iştahsız uşağınıza yemək yedirəcək 6 əhəmiyyətli yolu təqdim edirik.
Bir çox valideynlər uşaqlarının iştahsızlığından şikayətlənirlər. Bəs uşağınızın iştahını açmaq, daha çox yeməsini təmin etmək üçün nə etməliyik?

1. Axşam yeməyini erkən saatda yedirin: Bir çox uşaq günortadan sonra məktəbdən evə gəldikdə, təxminən saat 3-ə kimi acır. Bu vaxt uşaqlarınız üçün ən yaxşı yemək saatı ola bilər. Axşam da yüngül yemək yeyə bilər. Əgər uşağınız məktəbdə günorta yeməyində çox yeyibsə bu doğrudur. Ancaq günorta yeməyində qarınını doyurubsa, məktəbdən gələnə kimi heç nə yedirməyin. Axşam yeməyində daha çox acmasını gözləyin.

2. Az-az yedirin: Uşağınıza bir az yediyiniz yeməkdən və bir az da sevdiyi yeməkdən az-az yedirin. Məsələn, toyuq sevirsə bir az toyuq, bir az da tərəvəz yeməyi verin. Tərəvəz yeməyini bitirsə toyuğunu da yeyə biləcəyini söyləyin.
Ardı →

Uşaqda immunitetin zəifləməsinin əlamətləri və səbəbləri

Bəzi uşaqlar az-az hallarda xəstələnir və xəstələndikdən sonra da sağlamlıqlarını tez bir zamanda bərpa edirlər. Digərləri isə asanlıqla bir xəstəlikdən digərinə “keçir” və bunun sonu görünmür.

Bunun səbəbi isə uşaq immunitetinin vəziyyətindən asılıdır. Doğulduğu ilk günlərdən uşağın immunitetinin qayğısına qalmaq valideynlərin əsas vəzifələrindən biridir. Uşağın həyatının nə qədər sağlam və tam dəyərli şəkildə keçməsi bir çox hallarda məhz onun immunitetinin vəziyyətindən asılı olur.

Kiçik yaşlı uşaqlarda immunitetin zəifləməsinin əlamətləri bunlardır:

— Uşaq soyuqdəymə və infeksion xəstəliklərə (KRVX — kəskin respirator virus xəstəliyi, qrip) il ərzində 5 dəfədən artıq tutulur.

— Bu xəstəliklərin uşaqda hərarətin qalxmadan keçməsi mənfi əlamətdir. Bu, immun sisteminin fəaliyyətində ciddi pozulmaların olmasını sübut edir. Bu halda immun sistemi o qədər zəifləmiş olur ki, bakteriya və viruslara qarşı ciddi şəkildə müqavimət göstərə bilmir.


Ardı →

Uşağa qulluq

Doğuş otağında mama-tibb bacısı artıq uşağın tualetinə başlayır: onun cifti işlənilir, yenidoğulmuşların gözlərinə göz xəstəliklərinə tutulmaması üçün sulfasil-natrium məhlulu tökür, sonra onun dərisini yumşaq salfetlərlə qandan və selikdən təmizləyir, onu steril əsgilərə və yorğana bükür, ayaqlarının altına qızdırıcı qoyur.Həyatın 5-ci günü bütün uşaqlara, yalnız əks-göstərişi olanlar istisna olunmaqla, vərəm əleyhinə peyvənd vurulur. Peyvənd çiyin nahiyəsinə dəri altına vurulur. Gənc valideynlər peyvənd yerində əmələ gələn qabıqdan qorxmamalı və həmin yeri “zelyonka” ilə silməməlidir.


Ardı →

Körpə otağı

Otağın sadə, səliqəli və rahat olması əhvali-ruhiyyəyə, insanın psixoloji vəziyyətinə öz təsirini göstərir. Bu mənada valideynlər böyüdüb boya-başa çatdıracaqları körpələri üçün gözəl oyuncaqlarla yanaşı, rahat otaqlar da arzulayırlar...

Dünyaya yeni gəlmiş körpəsi üçün otaq hazırlamaq və bu otağı yeni əşya və ya mebellə bəzəmək hər bir valideynin arzusudur. Bəzən isə valideynlər otağın gözəl görünməsi üçün o otağı lazım olandan çox «bəzəyirlər». Əslində isə körpə otağını lazımsız əşyalarla və ya mebellərlə bəzəmək düzgün deyil. Çünki bu, ən azı körpəyə yorucu təsir bağışlayır.İlk növbədə, otağın təhlükəsiz və rahat olmasını düşünməlisiniz. Yaxşı olar ki, döşəmə taxtadan deyil, parketdən olsun, çünki taxta tez çirklənir və çətin təmizlənir. Döşəməyə xalça sərilməsi də uşaqlar üçün uyğun deyil. Çünki xalça toz və mikroorqanizmləri özünə çəkir ki, bu da müxtəlif mikrobik və allergik problemlərə yol açır. Ən idealı yuyulması və silinməsi asan olan döşəmə növlərindən istifadə etməkdir.
Ardı →

Eynəkli uşaqlar niyə çoxalır?

Eynəkli uşaqların sayının çoxalmasını hər birimiz görürük. Əvvəllər yuxarı sinif şagirdlərində görünən bu problemi indi lap azyaşlı uşaqlarda və dəfələrlə çox görürük.

Bu, tək hər kəsin müşahidəsi ilə yekunlaşmır, statistik rəqəmlərdə də problem əks olunub. 13 yaşa qədər uşaqların göz və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı statistikaya baxanda, son 10 ildə iki dəfəyə yaxın artım var. 2007-ci ildə ilk dəfə diaqnoz qoyulmuş xəstələrin sayı 15 402 olubsa, 2016-cı ilin statistikasında bu rəqəm 26 000-i keçib. 13 yaşa qədər uşaqların hər 10 000 nəfərinə düşən göz və göz aparatı xəstəliklərindən əziyyət çəkənlərin sayı 2007-ci ildə 80 nəfər olubsa, 2016-cı ildə bu 125 nəfərdən çox olub.

Fikir versək görərik ki, bir çox hallarda uşaqlar uzağı görmə problemi yaşayırlar. Ancaq yaxını görürlər ki, tibdə bu, miopiya adlanır. Bəs miopiyanın ildən-ilə artmasının səbəbi nədir? Eynəkli uşaqlarımızın sayı niyə çoxalır?
Davamı →

Uşaqlarda təzyiqə diqqət vacibdir – Səbəblər

Uşaqlıqda çəki, qan təzyiqi və xolesterinə nəzarət yaşlaşanda beyin funksiyasını qorumaq üçün vacibdir.

Finlandiya alimləri orta yaşda idrak sağlamlığı ilə artıq çəki, təzyiq və xolesterin arasında birbaşa əlaqəni aşkar edən ilk elmi işi yekunlaşdırıblar.
Finlandiyada 1980 – ci illərdən başlanan və bu günə qədər davam edən tədqiqatların nəticəsi göstərib ki, uşaqlıqda sistolik (yuxarı) qan təzyiqi, qanda xolesterin səviyyəsi və bədən kütləsi indeksi orta yaşda beyin funksiyalarının necə olacağını təyin edir.


Davamı →