Aşka sürgün

Niyə ağlayırsan başına dönüm?
Bəsdir qurtaraq da bu ağlamağı....
Ağlama, öldürmə qoy rahat ölüm,
Ağlayıb öldürmə ölümqabağı...

Ağlama , elə bil kitabxanada,-
Könlünü sən mənə açmamısan heç.
Ağlama, fərz elə dərs olanda da,
Mənimlə bufetə qaçmamısan heç.


Əvvəlcə adımı sil telefondan,
Sonra şəklimizdən qayçıla məni.
Təki çıxardasan məni yadından,
Did məni, kəs məni, parçala məni...

Nə bilim, rəqs elə ya mahnı oxu,
Unut... heç qoyma ki, yadına düşüm.
Jurnallar vərəqlə, corab-zad toxu,
Çıxsın yaddaşından səsim, gülüşüm...

Zəng elə ən yaxın bir rəfiqənə,
Soruş “Aşka sürgün “ nə vaxt başlayır?
Danışın kiminsə dalınca yenə,
Deyin : o qız onun nəyin xoşlayır?

Danış o filmdən, bu serialdan,
Həyatdan bir an da üzmə əlini.
Axırda yorulub düşəndə haldan,
Soruş itirdiyin dərs cədvəlini...

Qoyma gözlərindən qəti yaş düşə,
Nə də xatirəmi əziz saxlama.
İçindən keçəni elə həmişə,
İçindən keçəni... bircə ağlama...

 

Müəllif: Qismət

Həmçinin bax: Şəhərin ən qoca fahişəsinə

10 şərh

soni_memmedzade

Əzizim,səhər lap yerinə düşdü.

Qoyma gözlərindən qəti yaş düşə,
Nə də xatirəmi əziz saxlama.
İçindən keçəni elə həmişə,
İçindən keçəni… bircə ağlama.

Bacarmaq olsaydı nə var idi ki?ÇOx sağ ol canım mənim.

rezerv
Anladığım qədəriylə sinif yoldaşlar arasında yaşanan hislərdən söhbət gedir.Amma,çox düz yazılıb.Mən bunun canlı şahidi olmuşam. Mənim də iki sinif yoldaşım bir birilərini istəyirdilər. Oğlan da qıza daima belə olmasını söyləyirdi.
Asya
hmmmmmmmmmmmm
Rene

Şeir xoşuma gəldi, amma məhz bir bənddə adıçəkilən serialın adıyla adlanması mənə çatmadı… Maraqlıdır, unudulmağını bu cür israrla istəyən sevgilinin ayrılmaq səbəbi nədir?..

faberit
Hörmətli Rene bucür bədii ifadə vasitlərinə və steriotiplərinə Murad Köhnəqaladan maraqlı şəhr verilib
Rene

Murad Köhnəqala ilə tamamilə razıyam, mən o sualı əslində cavab almaq üçün vermədim. Çünki mübarizə aparmayıb ayrılan, sonra sevgidən dəm vuranların əslində sevgidən xəbərləri olduğuna şübhəm var. Yalnız boğazdan yuxarı deyilmiş sözlər və romantik insanlar. Mən bilmirəm sevgi var ya yox, və varsa o tam olaraq nədir. Mənimçün sevgi bir insanı görəndə sevinməkdir, o insanın yanında artıq başqasına ehtiyacın olmadığını, gözlədiyinin elə o olduğunu dərk etməkdir. Və bir insana qarşı məndə bu hiss varsa (və bu qarşılıqlıdırsa, ən azından belə düşünməyimçün səbəblərim varsa :) ) mən bunu mütləq ona deməliyəm, onunla birlikdə olmaq üçün əlimdən gələni etməliyəm. Və hisslərimin qarşılıqlı olduğundan bu şeirin müəllifi qədər əmin olsam o insandan əsla vaz keçmərəm. Yoxsa «gəl sevə-sevə ayrılaq» söhbətləri mənə çatmır. Hələ bir ayrılandan sonra arsız-arsız «məni unut» deyənləri isə heeç cürə başa düşə bilmirəm. :)

soni_memmedzade
Bəzən sevənlər bir -birinə görə,hansısa yaşam rahatlığıçün,bəzən təhlükəyə atmamaqçün,bəzən də elə sevdiyi üçün,bir-birinin dırnaq arası xoşbəxtliyiçün ayrılmalı olurlar.bu hər iki tərəfin əzabı olsa belə barışırlar.(issız adam filmindəki kimi).Əslində onlar bir-birinin içindəki eyni insanlardılar.
heyatin-ellerinde
Seven insan ayrilmaz.Cox sey demek olar.Diqqetimi cekmedin.Artiq seni evvelki kimi sevmirem.Soyutdun meni ozunden,yaxud baskasin sevirem.Seni aldatmisam ve s..............ama bir tek seni sevdiyim ucun gedirem demek yalandi.men ozumu daha xosbext etmek isteyirem demek daha duzgun olardi......................calisib sadece ureyindekileri demek her 2 teref ucun daha yaxsidi